Faxralı kəndi 3 tərəfdən dağlar, təpələr ilə əhatə olunduğu halda, qarşı tərəfi üzü Tbilisi şəhərinə istiqamətdə açıqdır.

 

https://www.facebook.com/nambaba1972/videos/10218244287292618/?substory_index=11

Kəndin ətrafını əhatə edən görkəmli yerlərin hamısı formasına və yerləşdiyi əraziyə uyğun olaraq tarixi adlarla adlandırılımışdır. Molla Əhmədli təpəsindən başlayan tarixi yer adları aşağıda göstərilir:

  • Haram təpəsi
  • Dumaneşən
  • Süpürgəli
  • Gözəldağ
  • Qarama bulağı
  • Əzgilli yal
  • Yastana
  • Qaşqatala
  • Miyirdiş
  • Təhməz, Təhməzin qayası, Təhməzin bulağı
  • Ağzı gödək
  • Babaşlının dam yeri
  • Quru dərə

  • Qaraqayanın qabağı
  • Qoşa bulaq
  • Yahaların binəsi
  • Qızılqayanın üstü (Almalıq)
  • Qızılqaya
  • Tənəkli
  • Xəmmədli
  • Sərginə
  • Səngər
  • Daşkəsən
  • Qarabulaq
  • Xurdaçılar
  • Haça qaya

 

Faxralının torpağıdı bu yerlər

(Rəşid Faxralı –  “Oğuz eli Faxralı” kitabından)

Faxralı qayım-qedim türk ellərindəndir. Borçalının (və deməli Faxralının da!) əksər adət-ənənəsinin oğuz tayfalarınm güzəranı ilə bağlı olduğunu Mirəli Seyidov, M.F.Qırzıoğlu, U.Şaiq, V.V.Bartold, G.Yoloğlu, Abbas Abdulla, Hüseynqulu Məmmədli, Valeh Hacılı və basqaları elmi dəlillərlə təsdiqləyib. Türkdilli xalqların ilkin yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud”da işlədilən sözlərin, söz birləşmələrinin bir çoxu Faxralıda bu gün də yaşamaqdadır.

Borçalıdakı (həm də Faxralıdakı!) bəzi yer adlarının oğuzlarla səsləşdiyini, bəzi məqamlarda eyniyyət təşkil etdiyini göstərən Qorqudşünas Hüseynqulu Məmmədli yazır ki, Dədə Qorqud boylarında adı gedən yer adlarının 11-i müştərəkdir. Doğrudan da, Ağ qaya, Qara qaya, Quru dərə və s. kimi adlar olduğu kimi, Dumaneşən, Qazan qaya, Kor bulaq və s. kimi adlar təhrifə uğramış şəkildə Faxralıda da var.

Yeri gəlmişkən, bu və bu qəbil adların – toponimlərin, hidronimlərin, aykonimlərin… yozumlarının “Kitabi-Dədə Qorqud” kontekstində araşdırılması Faxralının tarixini gümanlardan qoparar, dəqiqləşdirilmə istiqamətində səmərəli olardı. Bununla bərabər, əksər adların yerin quruluşu, relyefi, rəngi ilə əlaqədar olduğunu da nəzərdən qaçırtmaq olmaz. Hər halda, “…boylarda cərəyan edən hadisə və əhvalatlar, əsasən…Gürcüstan… bölgələrində cərəyan etmişdir” fikri ilə razılaşmaq lazımdır.

***

Kəndin ətrafındakı yer adları barədə daha ətraflı məlumata aşağıdakı linklərdən tanış olmaq olar.

Bu yer adları faxralıların anlamında daha doğmadır və öz dillərində daha gözəl səslənir.

 

Faxralının görməli təbii mənzərələri

 

Faxralının ilk məskunlaşdığı ərazi – Haram təpəsi

 

Faxralının girişi – Təpələr (BVM abidəsi sağ tərəfdə yerləşir) 

 

Faxralıya gedən asvalt yol – Gilliyin burnu

 

Təpələrdən Faxralıya tərəf uzanan asvalt yol

 

Dumaneşən

 

Böyük Qaradaşın uzaqdan foto görüntüsü

 

Böyük Qaradaşın Gözəldağla yanaşı görüntüsü

 

Böyük Qaradaşın arxa tərəfdən yaxından görüntüsü

 

Böyük Qaradaşdan Faxralı kəndinə girişin görüntüsü

 

Kiçik Qaradaş

 

Gen dərə – Süpürgəli

 

Kariyer – Süpürgəli

 

Gözəlliklər məkanı – Gözəldağ

 

Təhməz istiqaməti tərəfə çəkilmiş foto görüntü

 

Təhməzin “Daşın altı” istiqamətinə foto görüntüsü

 

Qoşabulaqdakı şəlalə

 

Təhməzdəki Göyqaya

 

Tənəklidəki əzəmətli Qızılqaya

 

Faxralıların binə yeri – Sərniyə

 

Sərniyə meşəsi

 

Qovu yolu – Kəndin arxasında əzəmətli Səngər dağı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur