Faxralı Cümə məscidi (Göy məscid)

Faxralı Cümə məscidi (Göy məscid)

Faxralı məscidi Osmanlı memarlığı üslubunda inşa edilmiş bir tarixi memarlıq abidəsidir. Məscid, Cümə məscid adı ilə tanınır. İlk zamanlar məscidin adı Göy məscid olub. Ətraflı məlumat burada. Çəkiliş: Ali Ağayarov, Cavanşir Hüseynov (Amaşlı) Montaj: Cavanşir Hüseynov Dəstək: Hacı Sahib, Namiq Babaşlı, Musa Poladov, Elşən Orucov. Musiqinin ifaçısı: Əli Əsgər Məmmədov – Qəlb atəşi Musiqinin bəstəkarı:

Ətraflı
“Böyük Vətən Müharibəsi” abidəsi

“Böyük Vətən Müharibəsi” abidəsi

2019-cu ilin may ayında Faxralıda Böyük Vətən Müharibəsi veteranlarının şərəfinə ucaldılmış abidə yenidən restavrasiya olunub. Faxralı kənd orta məktəbini 1999-cu ildə bitirmiş məzunlar, məktəbi bitirməklərinin 20 illik yubileylərini xeyirxah əməllə tarixə yazmışlar. Onlar 1980-1985-cı ilərdə Faxralının girişində, “Təpələr” deyilən ərazidə Böyük Vətən Müharibəsi (1941-1945-ci illər) iştirakçılarının şərəfinə ucaldılmış abidəni yenidən restavrasiya etmişlər. Qeyd edirik ki,

Ətraflı
Gözəlliklər seyrangahı – FAXRALI

Gözəlliklər seyrangahı – FAXRALI

Həyatda nə qədər yer gəzirsən gəz, dünyanın hansı gözəl guşəsinə gedirsən get, yenə uşaqlığını keçirdiyin doğma ocağı, o ocaq başında sevincini, qayğını bölüşdüyün doğmaları axtarırsan. Həyat zirvəsinə addımladığın yollar bir gün səni illər öncə ən gözəl günlərin xatirəyə çevrildiyi ocağa, doğulduğun o kəndə, o obaya aparar. Tanrının boylandığı mavi səma altında bu dünyanın mənəvi çirkinliklərindən,

Ətraflı
Zəlimxan Yaqub – “Faxralı mənəviyyat etalonudur”

Zəlimxan Yaqub – “Faxralı mənəviyyat etalonudur”

Faxralı Borçalının poeziya-söz, saz-aşıq sənəti məktəbinin mənəvi mərkəzlərindən biri, bəlkə də birincisini hesab edirəm. Faxralının mərd, qeyrətli, səxavətli kişilərinin adı-sanı zaman-zaman dillərdən düşməyib. Bu mənada Faxralı həm də qəhrəmanlığımızın, qətiyyətimizin simvolu olub. Kəpənəkçidə doğulmuşam. Bizim nəslimizin xeyir işlərinə Şair Nəbinin təbii, ilhamı şırqa verib. Əmim İlyaz 95 yaşındadı. Şair Nəbini əzbər bilən kişilərdən biri də

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur