Eloğlumuz Azər Hüseyn oğlu Bağırovu yaxından tanıyaq…

Azər Hüseyn oğlu Bağırov Faxralı kəndinin Məmmədbağıröyü nəslinin nümayəndəsidir. O, dövrü mətbuatda Azər İQRAR təxəllüsü ilə tanınır və televiziya ekranlarında bədii qiraətçi kimi tez-tez çıxışlar edir. Nümunə kimi 10.06.2019-cu il tarixdə Azər İQRAR “Dünya TV” kanalının qonağı olmuş və həmin görüşdə o, elimizin dəyərli oğlu Rəşid Faxralı haqqında danışmış, sonra isə onun şeirlərindən birini çox böyük məharətlə, yüksək ustalıqla söyləmişdir. Həmin görüşün video görüntüsünü Sizlərə təqdim edirik. Sonda Azər Bağırova bədii fəaliyyətində uğurlar arzu edir, nailiyyətlərinin davamlı olmasını Allahdan diləyirik.

 

REDAKTORDAN

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur