Facebookda 4000 nəfər üzv olduq

Faxralı.com saytının rəsmi Facebook səhifəsinin istifadəçi sayı 4000 nəfəri keçib. Səhifənin üzvlərinin böyük hissəsi əslən Faxralı kəndinən olan şəxslərdir.

Məqsədimiz Faxralı kəndi ilə bağlı olan informasiyaları operativ şəkildə istifadəçilərə çatdırmaqdır. Səhifəmiz vasitəsilə bir neçə şəxsin uzun illər axtardığı insanların tapılmağına köməklik göstərmişik. Kəndimizin adət-ənənələrini, tarixi keçmişini, müasir dövrün yeniliklərini özündə əks etdirən səhifəmiz istifadəçilər tərəfindən maraqla qarşılanır.

Bundan əlavə Instagram səhifəmizin də 1700 nəfərdən çox üzvü mövcuddur.

Bizi izləyən, dəstəkləyən, statuslarımızı bəyənən, paylaşan hər kəsə təşəkkür edirik.

Facebook səhifəmiz: www.facebook.com/faxrali
Instagram səhifəmiz: www.instagram.com/faxrali.kendi

Sosial şəbəkələrdə səhifələrimizi idarə edən şəxsləri təqdim edirik:

  • Cavanşir Hüseynov
  • Namiq Babaşlı
  • Gəray Baytalov
  • Elşən Orucov
  • Murad Əliyev
  • Mustafa Hüseynov

Foto və video məzmunlar üzrə dəstək göstərən Dünyamalı Məmmədova və Ali Ağayarova da təşəkkür edirik.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur