Faxralı futbol komandası Borçalı çempionatının finalında!

Faxralı.com saytının verdiyi məlumata görə, 16.03.2019 tarixində Borçalı Mini Futbol Çempionatının növbəti turunun oyunları keçirilib. Faxralı futbol komandamız yarımfinal mərhələsində Orzuman komandası ilə qarşılaşıb. Oyunun əsas hissəsi 3:3 bərabərliklə yekunlaşıb. Penaltilərlə komandamız 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Final oyunu Faxralı və Kirov komandaları arasında keçiriləcək. Xatırladaq ki, Kirov komandası ilə bundan əvvəlki oyunun nəticəsi 3:3 olub. Komandamıza finalda da uğurlar arzu edirik və hər kəsi azarkeş olaraq komandamızın yanında olmağa dəvət edirik.

Qeyd edək ki, Faxralı komandasının sponsoru “ERA Electronics” mağazalar şəbəkəsidir.

Final oyunun tarixi və yeri barədə saytımızda məlumat veriləcəkdir. Bizi izləməyə davam edin.

Cavanşir Hüseynov
www.faxrali.com

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur