Faxralı kəndindən olan 2-ci Qarabağ müharibəsinin iştirakçıları ilə görüş keçirilib

02.05.2021-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndindən olan, 2-ci Qarabağ müharibəsinin iştirakçılarının bir qismi ilə görüş keçirilmişdir.

Görüş Ayaz İmanovun və Namiq Babaşlının təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmişdir.

2-ci Qarabağ müharibəsinin iştirakçılarından aşağıda adları qeyd olunan şəxslər tədbirdə iştirak etmişdirlər:

  • Fariz Ayaz oğlu İmanov, yaralanmış, hal-hazırda vəziyyəti normaldır
  • Cavid Hüseyn oğlu Aşırov, yaralanmış, hal-hazırda vəziyyəti normaldır
  • Məhəmməd Ziyəddin oğlu Namazov, zabit olaraq iştirak edib
  • Namiq Həmid oğlu Ələsgərov
  • Ramil Vahid oğlu Bədəlov
  • Ehtiram Etibar oğlu Nəsibov
  • Bayram Tahir oğlu Bayramov, həkim
  • Vüqar İmdad oğlu Mikayılov, həkim
  • Səlim Tofiq oğlu Ayvazov, həkim

Tədbirdə 1-ci Qarabağ müharibəsi veteranlarından aşağıdakı səxslər də iştirak etmişdirlər:

  • Rəşid Mustafa oğlu Hüseynov
  • Ziyəddin Mahmud oğlu Namazov
  • Kamran Aydın oğlu Xəlilov

Obyektiv səbəblərdən iştirak edə bilməyənlər:

  • Elmar Azad oglu Qurbanov
  • Fərhad Nizami oğlu Əlizadə
  • Rövşən Oruc oğlu Uğurlu, yaralanmış, hal-hazırda vəziyyəti normaldır
  • Bəhman Ramiz oğlu Babaşov, hal-hazırda hərbi xidmətdədir
  • Elmar İlqar oğlu Bədəlli, hal-hazırda hərbi xidmətdədir
  • Sahib Məhəmmədəli oğlu Xəlilov, hal-hazırda hərbi xidmətdədir
  • Ziya Samir oğlu Şahmuradov, hal-hazırda hərbi xidmətdədir
  • Rəşad Razi oğlu Nəbiyev, hal-hazırda hərbi xidmətdədir
  • Tural Elşən oğlu Həsənov, hal-hazırda hərbi xidmətdədir
  • Mahir Bayram oğlu Nəbiyev, həkim
  • Məhəmmədəli Sabir oğlu Hüseynov, həkim
  • Şükür Məmməd oğlu Əliyev, hərbi həkim
  • Fərman Hüseyn oğlu Budaqov, həkim

Görüş zamanı Kamran Xəlilov əvvəlcə öz döyüş yolu haqqında tədbir iştirakçılarını məlumatlandırmış, sonra isə 2-ci Qarabağ müharibəsi iştirakçılarının fiziki durumu və sosial vəziyyəti ilə marqalanmış və onlara istənilən  lazımi dəstəyin verilməsinə hazır olduğunu bildirmişdir.

Tədbirdə Rəşid Hüseynov faxralı.com saytında Qarabağ müharibəsində iştirak edənlərin kateqoriyalar üzrə bölünməsini qeyd etmiş, başqa sözlə müharibədə daha çox aktiv iştirak edənlər üçün xüsusi bölmənin yaradılmasını təklif etmişdir.

Görüşdə iştirak edən “YURD SEVGİSİ” qəzetinin baş redaktoru Nürəddin Faxralı (Həsənov) görüş iştirakçılarının hamısına qəzetin 15-ci (85) nömrəsini hədiyyə etmiş və döyüş iştirakçılarının qəzetində işıqlandırılması üçün onların haqqında ətraflı məlumatların təmin olunmasına ehtiyac olduğunu bildirmişdir.

Tədbirə dəvət olunan Faxralı ziyalılarından şair publisist Həzi Həsənli bu tədbirdə müəyyən səbəbdən iştirak edə bilməmiş, lakin növbəti tədbirlərə qatılacağına söz vermişdir.

Tədbirdə iştirak edənlərin və iştirak edə bilməyənlərin hər birinə təşəkkür edirik.

Görüşdən sonra xatirə şəkilləri çəkilmişdir.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur