Faxralıda Novruz bayramı münasibətilə cıdır təşkil olunub

Faxralı kəndində ənənəyə uyğun olaraq bu il də cıdır mərasimi təşkil olunub. Böyük maraqla qarşılanan yarışda digər kəndlərdən nümayəndələr də iştirak edib. Nəticədə yarışın qalibi Faxralı kəndindən olan Ariz Süleymanov olub.

Cıdırın qalibi Kənd Sovetinin sədri Novruz Ayvazov tərəfindən mükafatlandılıb.

Xatırladaq ki, tədbir canlı olaraq Faxralı.com saytının rəsmi Facebook səhifəsində yayımlanıb.

 

Şəkillərin müəllifi: Sahil Xudiyev

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur