Bu gün Minayə İslam qızı Orucovanın 60 yaşı tamam olur

2 nömrəli Faxralı natamam orta məktəbində müəllimlik fəaliyyəti ilə işə başlamış Minayə İslam qızı Orucova (Poladova), hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika üzrə müəllimə işləyir.

O, kollecdə işlədiyi illər ərzində “İxtisas artıma”, “İKT–nin təhsildə tətbiqi”, “Fəal təlim metodları”, “İnklüziv təhzil üzrə” təlimlərdə, həmçinin Hümanist pedaqogikadan Ş.A.Amanaşvilinin seminarlarında, 2018-ci ildə Milli Psixolodiya Forumunda iştirak etmiş, CİBS-in təşkil etdiyi “Bır dəqiqədə uşağı tanıma” adlı tanınmış psıxoloqların çıxışlarını dinləmiş və müvafiq sertfikatlar almışdır.

Minayə Orucova ailəlidir, 2 övladı, 4 nəvəsi vardır.

Bu gün onun 60 yaşı tamam olur. Bu münasibətlə Minayə müəlliməyə uzun ömür, can sağlığı və işlərində yeni-yeni uğurlar arzu edirik!

14.01.2020

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur