Bu gün “Liberty Bank”-ın səyyar avtomobili Faxralı kəndində olub

Bu gün “Liberty Bank”-ın səyyar avtomobili Faxralı kəndində olub

Bu gün “Liberty Bank”-ın səyyar avtomobili əhaliyə təqaüdlərin verilməsi üçün Faxralı kəndində olub. Bolnisi rayonunun majoritar deputatı Qoqi Meşveliani də vəziyyətlə yaxından tanış olmaq üçün kəndə gəlib. Təqaüdçülərin axınını və sosial məsafəni təmin etmək üçün hüquq mühafizə orqanlarının əməkdaşları da bu prosesə cəlb olunub. Müəyyən edilmiş normalara uyğun olaraq vəsaitlər paylanılıb. Mustafa Amaşov, Faxralı.com 06.04.2020

Ətraflı
Bələdiyyə sədri Faxralı sakinlərinə müraciət etdi

Bələdiyyə sədri Faxralı sakinlərinə müraciət etdi

Bolnisi bələdiyyəsinin Faxralı və İmirhəsən kəndləri üzrə icra nümayəndəsi Novruz Ayvazov Faxralı kəndinin sakinlərinə müraciət edib. Əziz və hörmətli Faxralı kənd sakinləri! Yəqin ki, bütün dünyada yayılan koronavirusundan xəbəriniz var. Mən də bunu özümə borc bilib bir daha sizə müraciət etmək istəyirəm. Sizdən koronavirusunun əleyhinə tədbirlər görməyi xahiş edirəm. Bildiyiniz kimi, Bolnisi və Marneuli rayonları

Ətraflı
Faxralı kəndində Koronavirusla bağlı yoxlanışlar aparılıb

Faxralı kəndində Koronavirusla bağlı yoxlanışlar aparılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirusun “pandemiya” elan olunmasından sonra bütün dünya ölkələrində profilaktik tədbirlər həyata keçirilməkdədir. Gürcüstan Respublikasının da müxtəlif bölgələrində bu tədbirlər davam etdirilir. Bu gun, Bolnisi rayonunun Faxralı kəndində də rayon icra nümayəndələrinin iştirakı ilə vətəndaşların sağlamlıq durumu ilə bağlı yoxlanışlar aparılmışdır.

Ətraflı
Faxralı kəndində olan zibillik problemini həll etmək üçün araşdırmalara başlanıldı

Faxralı kəndində olan zibillik problemini həll etmək üçün araşdırmalara başlanıldı

Bolnisi munisipalitetinin meri Davit Şerazadişvili, birinci müavini Buba Qobejishvili, bələdiyyə və sakrebulonun nümayəndələri ilə birlikdə Faxralı kəndində olan poliqondakı vəziyyətlə tanış olublar. Kənd sakinləri bildiriblər ki, neçə ildir tullantılar yerə atılır, böyük ərazidə zibil qalaqları yaranıb və illərdir ki, bu problemindən əziyyət çəkirlər. D.Şerazadişvili məsələnin araşdırılacağına və problemin aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcəyinə söz

Ətraflı
Faxralı kəndinin sakinlərinin problemlərinin həlli ilə bağlı maliyyə ayırılıb

Faxralı kəndinin sakinlərinin problemlərinin həlli ilə bağlı maliyyə ayırılıb

Bolnisi şəhərinin meri Davit Şerazadaşvili Faxralı kənd əhalisi ilə görüşərək onların problemlərini dinləyib. Bolnisi şəhər meri Davit Şerazadaşvili bildirib ki, Faxralı kəndindəki bir çox problemlərin həlli məqsədilə maliyyə ayırılıb. O, həm görüləcək işlərdən danışıb, həm də daha hansı işləri görmələrini istədiklərini əhalidən soruşub, onların problemlərini dinləyib və qeydə alıb. Faxrali.com, 12.02.2020

Ətraflı
Faxralı kəndinin yetirmələri Ələddin Nəsibov və Nurlan Bayramov kikboksinq üzrə ölkə çempionu olublar

Faxralı kəndinin yetirmələri Ələddin Nəsibov və Nurlan Bayramov kikboksinq üzrə ölkə çempionu olublar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən 2 fevral Gənclər Gününə həsr olunmuş kikboksinq üzrə Respublika çempionatı keçirilmişdir. Faxralı kəndinin yetirmələri Ələddin Nəsibov və Nurlan Bayramov bütün rəqiblərinə qalib gələrək 1-ci yerə sahib olublar. Həmin yarışda Ələddin Nəsibov kəmər döyüşünün qalibi olmuşdur. Nurlan Bayramov da diplom və medalla mükafatlandırılıb. Qeyd edək ki, hər iki

Ətraflı
Faxralı kəndinin balaca nümayəndəsi Ceyhun Hüseynli şahmat üzrə Abşeron çempionu olub

Faxralı kəndinin balaca nümayəndəsi Ceyhun Hüseynli şahmat üzrə Abşeron çempionu olub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Abşeron rayonu Gənclər və İdman İdarəsi  tərəfindən 26-29.01.2020-ci il tarixlərində “2 fevral Gənclər günü”nə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilmişdir. Rayonun 7-12 yaşlardan ibarət 83 şahmatçının iştirakı ilə keçirilən turnirdə Abşeron rayon Xırdalan şəhər 1 saylı məktəbin 1-ci sinif şagirdi Ceyhun Cavanşir oğlu Hüseynli də iştirak

Ətraflı
30 il öncə, o gecə Faxralının qarışıq yuxusuna qan çilənmişdi

30 il öncə, o gecə Faxralının qarışıq yuxusuna qan çilənmişdi

Hümbət oğlu Əhmədov 1965-ci ildə anadan  olmuşdu. Tay-tuşlarından heç bir nəzərəçarpacaq xarakteri ilə fərqlənmirdi, sakit təbiətli oğlan idi… Politexnik institutunun IV kursunda oxuyurdu. Orta məktəbimizdə riyaziyyat müəllimi işləyirdim. Bir gün dərsdə kimin hansı sənəti seçdiyi ilə maraqlandım: – Mən mühəndis diplomlu insan olacağam, – dedi İlqar Hümbət oğlu. Onda baxışlarım bir anlığına xətrini çox istədiyim

Ətraflı
Bu gün Minayə İslam qızı Orucovanın 60 yaşı tamam olur

Bu gün Minayə İslam qızı Orucovanın 60 yaşı tamam olur

2 nömrəli Faxralı natamam orta məktəbində müəllimlik fəaliyyəti ilə işə başlamış Minayə İslam qızı Orucova (Poladova), hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika üzrə müəllimə işləyir. O, kollecdə işlədiyi illər ərzində “İxtisas artıma”, “İKT–nin təhsildə tətbiqi”, “Fəal təlim metodları”, “İnklüziv təhzil üzrə” təlimlərdə, həmçinin Hümanist pedaqogikadan Ş.A.Amanaşvilinin seminarlarında, 2018-ci

Ətraflı
Türkiyə mediasında Etimad Bayram oğlu Eyvazlı haqqında xəbərlər yayımlanıb

Türkiyə mediasında Etimad Bayram oğlu Eyvazlı haqqında xəbərlər yayımlanıb

Türkiyə mediasında əslən Bolnisi rayonun Faxralı kəndindən olan və hal-hazırda Türkiyədə yaşayan Karabük Ünivetsitetinin Professor Doktoru Etimad Bayram oğlu Eyvazlı haqqında xəbərlər yayımlanmışdır. Belə ki, o, 3 yanvar 2020-ci il tarixində universitet tələbələri üçün nəzərdə tutulan, özü tərəfindən yazılmış 7 ədəd elmi əsərini Karabük Bələdiyyəsi tərəfindən yeni açılan kitab evinə hədiyyə etmişdir. Bu xeyirxah hadisə

Ətraflı
İlham Borçalı “Qızıl Qələm” Media Mükafatı Laureatı adına layiq görülüb

İlham Borçalı “Qızıl Qələm” Media Mükafatı Laureatı adına layiq görülüb

Əslən Faxralı kəndindən olan, hal-hazırda Rusiyanın Moskva şəhərində yaşayan və sosial şəbəkələrdə şeirlərinə həsr olunmuş çoxlu video çarxlara rast gəldiyimiz İlham Borçalı (İlham Tahir oğlu Abbasov) daha bir mükafata layiq görülmüşdür. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (Azər.KİVİHİ) Rəyasət Heyətinin qərarı ilə o, “Qızıl Qələm” Media Mükafatı Laureatı adına layiq görülmüşdür. Qeyd edək ki, İlham

Ətraflı
Faxralı FK 3-cü dəfə Borçalı çempionu olub

Faxralı FK 3-cü dəfə Borçalı çempionu olub

Faxralı futbol komandası Borçalı Mini Futbol Çempionatının final mərhələsində Kirov komandası ilə qarşılaşıb. Ağır keçən oyunun əsas hissəsi 2-2 hesabla yekunlaşıb. Penaltı mərhələsində komandamız üstünlük əldə edib və 3-cü dəfə kubokun sahibi olub. Bütün Faxralı azarkeşlərini təbrik edirik! 29.12.2019 

Ətraflı
Facebookda 4000 nəfər üzv olduq

Facebookda 4000 nəfər üzv olduq

Faxralı.com saytının rəsmi Facebook səhifəsinin istifadəçi sayı 4000 nəfəri keçib. Səhifənin üzvlərinin böyük hissəsi əslən Faxralı kəndinən olan şəxslərdir. Məqsədimiz Faxralı kəndi ilə bağlı olan informasiyaları operativ şəkildə istifadəçilərə çatdırmaqdır. Səhifəmiz vasitəsilə bir neçə şəxsin uzun illər axtardığı insanların tapılmağına köməklik göstərmişik. Kəndimizin adət-ənənələrini, tarixi keçmişini, müasir dövrün yeniliklərini özündə əks etdirən səhifəmiz istifadəçilər tərəfindən

Ətraflı
Faxralı futbol komandası finala yüksəldi

Faxralı futbol komandası finala yüksəldi

Dünən Faxralı futbol komandası Borçalı Mini Futbol Çempionatının yarımfinal mərhələsində Ormeşən komandası ilə qarşılaşıb. Komandamız ağır keçən oyunun nəticəsində 6:5 hesabı ilə qələbə qazanıb və final mərhələsinə yüksəlib. Azarkeş dəstəyində rəqibdən geri qalan Faxralı futbol komandası oyuna yaxşı başlasa da hesabda geri düşmüş və son dəqiqədə vurulan 2 qolla qələbə qazanmışdır. Komandamızın qurucusu və təşkilatçısı

Ətraflı
Faxralı kəndinin nümayəndəsi İlham Borçalı “İlin vətənpərvər şairi” mükafatına layiq görülüb

Faxralı kəndinin nümayəndəsi İlham Borçalı “İlin vətənpərvər şairi” mükafatına layiq görülüb

İlham Borçalı barədə ətraflı məlumata buradan tanış ola bilərsiniz. 20 noyabr 2019-cu il tarixində Media Araşdırma Mərkəzi və Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (Azər.KİVİHİ) tərəfindən aparılmış sorğular əsasında bir sıra şair və yazıçılar mükafatlandırılıb. Əslən Faxralı kəndindən olan, hal-hazırda Rusiyanın Moskva şəhərində yaşayan və sosial şəbəkələrdə şeirlərinə həsr olunmuş çoxlu video çarxlara rast

Ətraflı
Faxralının tanınmış folklorşünas alimi Hüseynqulu Məmmədlinin 100 illik yubileyi qeyd olunub

Faxralının tanınmış folklorşünas alimi Hüseynqulu Məmmədlinin 100 illik yubileyi qeyd olunub

Tiflisdə əslən Bolnisinin Faxralı kəndindən olan və ömrünün 50 ilini elmə, maarifə həsr edən görkəmli folklorşünas alim Hüseynqulu Məmmədlinin 100 illik yubileyi qeyd olunub. Tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilib. Tədbiri açan Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, muzeyin direktoru Leyla Əliyeva ziyalı alim Hüseynqulu Məmmədlinin ömür yolu və elmi fəaliyyəti haqqında fikirlərini bildirib.

Ətraflı
Bayraq gününə həsr olunmuş yarışda kəndimizin yetirmələri 3 medal qazanıb

Bayraq gününə həsr olunmuş yarışda kəndimizin yetirmələri 3 medal qazanıb

Azərbaycan Respublikası Kikboksinq Federasiyası 9 noyabr Bayraq gününə həsr olunmuş yarış keçirmişdir. Yarışda kəndimizin yetirmələri də fəal iştirak edib və yüksək nailiyyətlər əldə ediblər. Xatırladaq ki, idmançılarımız bundan öncə də müxtəlif nüfuzlu yarışlarda uğur qazanıblar. Faxralı kəndini qürurla təmsil edən idmançılarımızı, ailələrini, məşqçilərini təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzu edirik. Nəticə əldə edən

Ətraflı
Həmyerlimiz Asif İbrahim oğlu Qasımovun Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Həmyerlimiz Asif İbrahim oğlu Qasımovun Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentiyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının bir qrup əməkdaşları, o cümlədən həmkəndçimiz Qasımov Asif İbrahim oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir. Ətraflı məlumata aşağıdakı linkdən tanış ola bilərsiniz: https://president.az/articles/34308 Saytımızın idarə heyəti adından Asif Qasımovu təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq! REDAKTORDAN

Ətraflı
Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib

Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib

2019-cu ilin sentyabr ayının 12-13-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib. Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirin iştirakçısı olan yerli və xarici nümayəndələri salamlayıb. Ümumdünya Mətbuat Şuraları Assosiasiyası (WAPC) barədə məlumat verən Ə.Amaşov bildirib ki, qurum 1992-ci ildə

Ətraflı
Səməndər Məmmədov “Cümhuriyyət” medalı ilə təltif edilmişdir

Səməndər Məmmədov “Cümhuriyyət” medalı ilə təltif edilmişdir

Azərbaycan yazıçılar birliyinin ūzvū, “Qızıl qələm” mukafatı laureatı, qabaqcıl təhsil işçisi və Prezident təqaūdçūsū olan Faxralı kəndinin dəyərli oğlu şair-publisist Səməndər Eyvaz oğlu Məmmədov 27.05.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vətənimizin inkişafı naminə səmərəli fəaliyyətinə görə “Cümhuriyyət” medalı ilə təltif edilmişdir. Faxralı saytının idarə heyəti də bütün faxralılar kimi hörmətli Səməndər müəllimi

Ətraflı
Faxralıda külək və dolunun kənd sakinlərinə vurduğu ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb

Faxralıda külək və dolunun kənd sakinlərinə vurduğu ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb

Güclü külək və dolu Bolnisi rayonunun bir neçə kəndində problemlər yaradıb. Faxralı.com saytı 24News.ge saytına istinadən xəbər verir ki, rayonun icra başçısının birinci müavini Buba Qobecişvili və İnfrastruktur departamentinin rəhbəri Konstantin Kordzadze ilə birgə Xatisopeli, Saraçlı və Faxralı kəndlərində yaranan vəziyyətlə tanış olublar. Təbii fəlakət Xatisopeli və Faxralı kəndlərindəki yaşayış evlərinin dam örtüklərinə, Mamxuti kəndində

Ətraflı
Faxralıya yağan dolu xeyli ev və təsərrüfata ciddi ziyan vurub

Faxralıya yağan dolu xeyli ev və təsərrüfata ciddi ziyan vurub

11.07.2019-cu il tarixində, axşam saatlarında Faxralı kəndində və ətraf kəndlərdə güclü küləklə müşahidə olunan leysan yağış və dolu ciddi ziyan vurub. Yağan güclü dolu nəticəsində evlərin dam örtükləri, əkin sahələri və eləcə də bir sıra avtomobillər ziyan görüb. Həmçinin əsən güclü külək nəticəsində bir neçə ağac qırılaraq yerə düşüb, elektirik naqilləri sıradan çıxıb. Daha sonra

Ətraflı
Gözəlliklər seyrangahı – FAXRALI

Gözəlliklər seyrangahı – FAXRALI

Həyatda nə qədər yer gəzirsən gəz, dünyanın hansı gözəl guşəsinə gedirsən get, yenə uşaqlığını keçirdiyin doğma ocağı, o ocaq başında sevincini, qayğını bölüşdüyün doğmaları axtarırsan. Həyat zirvəsinə addımladığın yollar bir gün səni illər öncə ən gözəl günlərin xatirəyə çevrildiyi ocağa, doğulduğun o kəndə, o obaya aparar. Tanrının boylandığı mavi səma altında bu dünyanın mənəvi çirkinliklərindən,

Ətraflı
Eloğlumuz Azər Hüseyn oğlu Bağırovu yaxından tanıyaq…

Eloğlumuz Azər Hüseyn oğlu Bağırovu yaxından tanıyaq…

Azər Hüseyn oğlu Bağırov Faxralı kəndinin Məmmədbağıröyü nəslinin nümayəndəsidir. O, dövrü mətbuatda Azər İQRAR təxəllüsü ilə tanınır və televiziya ekranlarında bədii qiraətçi kimi tez-tez çıxışlar edir. Nümunə kimi 10.06.2019-cu il tarixdə Azər İQRAR “Dünya TV” kanalının qonağı olmuş və həmin görüşdə o, elimizin dəyərli oğlu Rəşid Faxralı haqqında danışmış, sonra isə onun şeirlərindən birini çox

Ətraflı
1999-cu il məzunları 20 illik yubileylərini qeyd ediblər

1999-cu il məzunları 20 illik yubileylərini qeyd ediblər

Faxralı kənd orta məktəbinin 1999-cu il məzunları 20 illik yubileylərini qeyd ediblər. Məzunlar bu əlamətdar günlə bağlı olaraq kəndin girişində yerləşən Böyük Vətən Müharibəsi veteranlarının (1941-1945-ci illər) şərəfinə ucaldılmış abidənin restavrasiyasını təşkil ediblər.   

Ətraflı
II dünya müharibəsində şəhid olmuş Faxralıların xatirəsinə ucaldılmış abidə yenidən qurulacaq

II dünya müharibəsində şəhid olmuş Faxralıların xatirəsinə ucaldılmış abidə yenidən qurulacaq

1999-cu il Faxralı kənd məzunları 20 illikləri münasibətilə belə bir layihəyə imza atmaq istəyirlər. Belə ki, onlar öz məvacibləri hesabına II dünya müharibəsində şəhid olmuş Faxralıların xatirəsinə ucaldılmış abidənin yenidən qurulmasını və ətraf ərazilərin abadlaşdırılmasını həyata keçirəcəklər. Layihənin planlaşdırılmaş formasının videosunu təqdim edirik: 

Ətraflı
Faxralı futbol komandası 2-ci dəfə Borçalı çempionu oldu

Faxralı futbol komandası 2-ci dəfə Borçalı çempionu oldu

Faxralı.com saytının verdiyi məlumata görə, 29.03.2019 tarixində Borçalı Mini Futbol Çempionatının final oyunu keçirilib. Faxralı və Kirov komandaları arasında keçirilən oyun maraqlı məqamlar və geniş tamaşaçı auditoriyası ilə yadda qalıb. Yüksək əhval-ruhiyyə ilə meydana çıxan Faxralı komandası 8-1 hesabı ilə inamlı qələbə qazanaraq kubokun sahibi olub. Qeyd edək ki, Faxralı komandasının sponsoru “ERA Electronics” mağazalar

Ətraflı
Faxralı kəndinin azyaşlı idmançısı, Bakı çempionu Bayramov Nurlanı tanıyaq

Faxralı kəndinin azyaşlı idmançısı, Bakı çempionu Bayramov Nurlanı tanıyaq

Faxralı.com saytında uğurları ilə seçilən şəxslərin tanıdılması məqsədilə mütəmadi olaraq məqalələr paylaşacağıq. Bu dəfəki yazımız Faxralı kəndinin azyaşlı idmançısı, yaşının az olmasına baxmayaraq artıq bir neçə çempionluğu olan Bayramov Nurlan Samir oğlu haqqındadır. O, 04.01.2011 tarixində Bakı şəhərində anadan olmuşdur. Kikboksinq idman növü ilə məşğul olur. Əslən Faxralı kəndinin Alqazaxlar nəslindəndir. Atası Bayramov Samir Tofiq

Ətraflı
Farxalıda Novruz münasibətilə cıdır təşkil olunub

Farxalıda Novruz münasibətilə cıdır təşkil olunub

Xalqımızın ulu və qədim bayramı olan Novruz bu il də Faxralıda geniş və təntənəli şəkildə qeyd olunub. Farxalı.com saytının məlumatına görə, hər il olduğu kimi ənənəvi tədbirlər planı çərçivəsində iki gün öncə futbol yarışı, bu gün isə cıdır təşkil olunub. Kənd Sovetinin sədri Novruz Ayvazovun və Bolnisi Bələdiyyəsinin Faxralı üzrə nümayəndəsi Dostu Aşırovun təşkilatçılığı ilə

Ətraflı
Faxralı futbol komandası Borçalı çempionatının finalında!

Faxralı futbol komandası Borçalı çempionatının finalında!

Faxralı.com saytının verdiyi məlumata görə, 16.03.2019 tarixində Borçalı Mini Futbol Çempionatının növbəti turunun oyunları keçirilib. Faxralı futbol komandamız yarımfinal mərhələsində Orzuman komandası ilə qarşılaşıb. Oyunun əsas hissəsi 3:3 bərabərliklə yekunlaşıb. Penaltilərlə komandamız 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Final oyunu Faxralı və Kirov komandaları arasında keçiriləcək. Xatırladaq ki, Kirov komandası ilə bundan əvvəlki

Ətraflı
Faxralımız Borçalı çempionatında yarımfinalda

Faxralımız Borçalı çempionatında yarımfinalda

Borçalı kəndləri arasında futbol çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib. Faxralı.com saytı xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub. İlk olaraq meydana Orzuman və Qoşakilsə komandaları çıxıblar. Görüş “dağlılar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ikinci oyununda Kirov və Qaraçöp kollektivləri üz-üzə gəliblər. Birincilər 3:2 hesablı qələbəyə seviniblər. Qızılkilsə – Gəyliyən qarşılaşmasında azarkeşlər

Ətraflı
Faxralı gəncimizdən növbəti uğur!

Faxralı gəncimizdən növbəti uğur!

21.12.2018 tarixində Türkiyənin İstanbul şəhərində 15 iyul Şəhidləri xatirəsinə həsr olunmuş, bir çox ölkələrin idmançılarının işirakı ilə “kickboxing” idman növü üzrə beynəlxalq dərəcəli yarış keçirilmişdir. Yarışda iştirak edən, Faxralı kəndindən olan gənc idmançımız Həmid Həsənov Türkiyəli rəqibinə qalib gələrək 1-ci yere layiq görülmüşdür. İdmançımız kubok ilə təltif olunmuşdur.

Ətraflı
Professor Əflatun Həsənov Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olundu

Professor Əflatun Həsənov Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olundu

19 sentyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında təltif olunan şəxslərdən biri də Faxralı kəndinin nümayəndəsi Əflatun Mürsəl oğlu Həsənovdur. Qeyd edək ki, Ə.Həsənov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı, BP şirkətinin konsultantı, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun vitse-prezidenti və eyni zamanda professordur. Faxrali.com saytı adından

Ətraflı
Bolnisidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bolnisidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Tbilisi. 17 yanvar. REPORT.AZ/ Gürcüstanın Bolnisi rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, Bolnisi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycan və gürcü ictimaiyyətinin numayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bolnisi Rayon İcra

Ətraflı
GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun Faxralı kənd qəbirstanlığındakı məzarını ziyarət etdi

GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun Faxralı kənd qəbirstanlığındakı məzarını ziyarət etdi

Gürcüstan Azərbaycanlıları Konqresi 20 Yanvar Şəhidi İlqar Əhmədovun Faxralı kənd qəbirstanlığındakı məzarını ziyarət etdi. Anım mərasimində Şəhidimizin ailə üzvləri, kəndin ziyalılarından Cümşüd Gülməmmədov, Sayad Allahverdiyev, GAK – ın Faxralı kəndi üzrə nümayəndəsi Alı Xuduyev, Fatimə Aslanqızı, Hacı xanım Validə Xəlilova, 1 nömrəli məktəbin şagirdləri,GAK nümayəndələri iştirak etdilər.Anım mərasimində mərhumun ruhuna dualar oxundu, Faxralı ziyalıları İlqar

Ətraflı
Bolnisi meri Faxralı kənd sakinləri ilə görüşüb

Bolnisi meri Faxralı kənd sakinləri ilə görüşüb

Bolnisi şəhərinin meri, Davit Şerazadaşvili və Bolnisinin majoritar deputatı Gogi Meşveliani Faxralı kənd əhalisi ilə görüşərək onların problemlərini dinləyiblər. Cmedia xəbər verir ki, Bolnisi şəhər meri Davit Şerazadaşvili, Bolnisinin majoritar deputatı Googi Meşveliani və Faxralı kənd deputatı Dostu Aşırov ilə birlikdə, əhali ilə görüşərək həm görüləcək işlərdən danışıb həm də daha hansı işləri görmələrini istədiklərini

Ətraflı
Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

Tbilisi, 15 iyun, AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində iyunun 15-də Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, komitə sədri Azərbaycan Prezidenti adından ictimaiyyət nümayəndələrini Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur