Bu kitab  Faxralının özümlü, bənzərsiz xarakterinin, ömrü Faxralıya ad olanların cəsarətinin, mərdliyinin, hazırcavablığının, masqaralığının… rəmzi olan hadisələrin, əhvalatların yaddaşıdı…

Faxralı dağlara mətərislənib, qayalara söykənib, sıx meşələrlə əhatələnib. Hər dağının, qayasının, meşəsinin, talasının, cığırığının, izinin, çeşməsinin, bulağının adının öz yozumu var. Bu kitab Faxralının yer-yurd adları haqqında bilgidi…

 

 

 

 

Şöhrəti zaman-zaman şəriksiz olan Faxralı orta məktəbinin məzun-alimləri haqqında məlumat toplusu olan bu kitab həm də Faxralı torpağıdı, suyudu, havasıdı, lilpar bulaqları, şiş qayalarıdı, dolama cığırlarıdı, göy çəmənləridi, sal daşlarıdı, qalın meşələridi… Bu kitab uğura çıxan faxralıların yol-yoldaşıdı…

Bir sözlə, bu kitab Faxralı dünyasıdı – Faxralının dünəni-bugünlü dünyası…

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur