Mirzə Ülfət oğlu Əlizadə

Mirzə Ülfət oğlu Əlizadə 1956-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini bitirib.

Sonra Sumqayıt şəhərində texniki peşə məktəbində təhsil alıb. 1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində Anqolada hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra Moskvada Olimpiya tikintilərində işləyib. 1978-ci ildən Moskva şəhərində yaşayır.

İqtisadçıdır. İş adamıdır, xeyriyyəçidir. İki övladı var.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

 

 

 

Mirzə Ülfət oğlu Əlizadə barədə yazırlar

İlham Borçalı : Elimizim hörmətli oğlu Mirzə Əlizadəyə ittihaf edirəm.

MİRZƏ DAYI

Həbibin,Rzanın ruhu candadı,
Ələsgər qeyrəti axan qandadı.
Səsin,sorağın da hər bir yandadı,
Elinə dayaqsan, ay Mirzə dayı.

Vətən həsrətini kimlər qanmadı,
Onların elinə canı yanmadı.
Yatanlar çox yatdı heç oyanmadı,
Həmişə oyaqsan, ay Mirzə dayı.

Vətən sevməyəni yaşatmaz Vətən,
Ağsaqqal sayılmaz hər yoldan ötən.
Həyat yollarında düz yol göstərən,
Yanan bir mayaqsan, ay Mirzə dayı.

İlham ömür sürüb dağlar qoynunda,
Dahilər tanıyır sənin soyunda.
Faxralı elinin hər bir toyunda,
Ən əziz qonaqsan, ay Mirzə dayı.

Moskva 25 10 2018

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur