Hümbət Nəsib oğlu Əhmədov 1952-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində zəhmətkeş bir ailədə doğulub.
1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini qiyabi bitirdikdən sonra əmək fəaliyyətinə Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kolleci) başlayıb.
1970-ci illərdə Respublikamızda da geniş vüsət almış tələbə inşaat dəstələrinin yaradıcılarından olub.
1975-1978-ci illərdə tələbə inşaat dəstəsində komandir, komissar, zona üzrə komissar, Bakı-Xaçmaz tələbə inşaat dəstəsinin komandiri kimi faydalı işlər görmüşdür. Eyni zamanda texnikumun tələbə yataqxanasında tərbiyəçi-müəllim kimi fəaliyyət göstərən Hümbət müəllim burada da özünün yüksək mənəvi-əxlaqi keyfiyyətlərinə söykənərək səmimi və mehriban bir ailə şəraiti yaratmağa nail olur.
1988-1996-cı illərdə texnikumda ictimai elmlərin əsasları fənnindən dərs deyir. Yüksək təşkilatçılıq bacarığı müdriyyətin də gözündən qaçmır.
1996-cı ildə musiqi şöbəsinə müdir təyin olunur. Qısa müddət ərzində şöbədə nümunəvi nizam-intizam yaradır. Bütün vaxtını rəhbərlik etdiyi şöbənin işlərinə sərf edən Hümbət müəllim elmi yaradıcılıq işləri üçün də vaxt tapa bilir.
Ayrı-ayrı vaxtlarda “Azərbaycanın qədim tarixi abidələri”, “Şah İsmayıl haqqında”, “Karl Marksın fikirləri”, “Borçalıda qədim Alban tarixi abidələri” kimi aktual və maraqlı yazıları ilə dövri-mətbuat səhifələrində çıxış etmişdir. Xanlar Qutqaşınlının “Qafqaz Albaniyasından bir yarpaq” adlı kitabın elmi redaktorudur.
2003-cü ildən 2016 cı iləqək tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.2016-2017 ci illərdə Bakı Humanitar Kollecin direktoru vəzifəsində calışıb.
Ailəlidir, 3 övladı var.