Həci Molla Qurban oğlu Həsənov – 1924-cü ildə Faxralı kəndində anadan olub.
1943-cü ildə A.S.Puşkin adına Tbilisi ikiillik müəllimlər institutunu, 1955-ci ildə ADPU-nun “Azərbaycan dili və ədəbiyyat” fakultəsini bitirib.
1943-1950-ci illərdə Faxralı orta məktəbinin müəllimi və direktor müavini işləyib.
1950-ci ildə Tbilisidə rus dilində nəşr olunan “Zarya Vostoka” qəzetinin xüsusi müxbiri olub.
1958-ci ildən 1991-ci ilə kimi Bakıda çıxan “Kommunist” qəzetində ədəbi işçi və Azərbaycanın müxtəlif bölgələrində xüsusi müxbir işləyib.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olub
Mənbə : Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“, Bakı-2015.