Söhbəddin İlyas oğlu Məmmədov 1958-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olub.
1976-cı ildə Faxralı orta məktəbini, 1981-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirib.
2005-ci ildən 2012-ci ilədək 2 saylı Faxralı orta məktəbində direktor vəzifəsində çalışıb. Uzun illərdir ki, Faxralıda pedaqoji fəaliyyətlə məşğuldur.
Dövrü mətbuatda şeir və elmi yazıları dərc olunub. Ailəlidir. Bir oğlu, üç qızı var.
Söhbəddin Məmmədovun bəzi şeirləri ilə buradan tanış ola bilərsiniz.
Mənbə: zim.az