Şamil Oruc oğlu Orucov (elmlər namizədi)

QISA MƏLUMAT

Şamil Oruc oğlu Orucov 1929-cu ildə Borçalının Faxralı kəndində anadan olmuşdur. 1937-1948-ci illərdə Faxralı kənd orta məktəbini bitirmişdir. 1954 – 1957-ci illərdə Faxralı kənd kitabxanasındamüdir vəzifəsində işləmişdir. 1954 – 1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Avtomobil nəqliyyatı” fakültəsini bitirmişdir. O, həmçinin institutda oxuduğu müddətdə paralel olaraq Azərbaycan Dəmir yol İdarəsinin ambarında təchizatçı işləmişdir. 1959-cu ildən isə həmin müəssisənin təchizat və nəqliyyat şöbəsində böyük mühəndis, 1961-ci ildə texniki şöbənin mühəndisi işləmişdir. Şamil Orucov 1962-ci ildə Azərbaycan SSR Tikinti Nazirliyinin maddi texniki bazasında nəqliyyat şöbəsinin rəisi vəzifəsini icra etmişdir. 1964-cü ildə Azərbaycan SSR EA-nın İqtisadiyyat institutunun aspirantı olmuşdur. 1967-ci ildə EA-nın İqtisadiyyat İnstitutununda kiçik elmi işçi işləmişdir.
1967-ci ildə dissertasiya müdafiə etmişdir. 1968-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutuna keçmiş və burada böyük mühəndis-iqtisadçı vəzifəsində işləmişdir. 1968-ci ilin sonunda Xalq Təsərrüfatı sahələrinin yerləşdirilməsi sektoruna müdir vəzifəsinə irəli çəkilmişdir. Həmin ildən də Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadi planlaşdırma kafedrasına müqavilə yolu ilə müəllim düzəlmişdir. 1971-ci ildən 1997-ci ilə qədər Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent vəzifəsində işləmişdir. 1983-cü ildə iqtisadiyyatın təşkili və planlaşdırılması kafedrasına müdir təyin olunmuşdur. Şamil Orucovun elmi və pedaqoji fəaliyyəti 35 elmi məqalədə və 3 kitabda, 17 tezis-məruzələrdə öz əksini tapmışdır. Bunlardan başqa 10 kitabı redaktə etmiş və bir neçə aspiranta elmi rəhbər olmuşdur. Şamil Orucov 1997-ci ildə vəfat etmişdir.

Mənbə : REDAKTORDAN

SADİQ ƏQİDƏLİ MÜƏLLİM

Yaranışdan kişilikdən pa­yı olan Faxralının yurda şərəf olan oğulları bir deyil, beş de­yil. Hər əsrin, hər döv­rün öz qəh­­rə­manı olub bu kənddə. Hə­lə keçən əsrlər­dən kimi sazı-sözü, ki­mi qocaqlığı, cə­sur­luğu, kimi də müdrikliyi, küsülülər barış­dı­ran bircə kəl­məsi ilə ad-san qazanıb. Təkcə Faxralıda yox, bü­töv­lükdə Bor­­­çalıda tanınıb, hər yerdə hörmət-iz­zətlə qarşılanıb bu elin igid­ləri, ağsaqqalları.  XX əsrdə isə Faxralı ziyalıları, Fax­ralı orta məktəbinin yetirmələri olan alimlər bu ağır-batman elin şöh­rə­tini daha da artırıblar. Bu gün onların sorağı Bor­ça­lı­nın, Azər­baycanın hüdudlarından çox-çox uzaqlardan gəlir. Və qürur duyulası haldır ki, ixtisasından, tutudğu vəzifədən asılı ol­mayaraq onları bir şey birləşdirir: – tarixən faxralılara xas olan kişilik, mərdanəlik, qeyrət və qətiyyət, səxavət və sədaqət kimi insani keyfiyyətlər bu gün də hər bir Faxralı balasının qa­nın­da, canındadır və dünyanın harasında olmasından asılı ol­ma­yaraq onların hər biri içində bir Faxralı gəzdirir.

Bu gün Azərbaycan elminin elə bir sahəsini tapmaq çətindir ki, o sahədə Faxralıda doğulub boya-başa çatmış, orta təhsilini bu kənddə almış ən azı bir alim fundamental elmi-tədqiqatla məş­ğul olmasın. Azərbaycan elminə, təhsilinə böyük töhfələr ver­miş onlarla alimin adını çəkmək olar. Onlardan biri də hə­mişə böyük hörmət və rəğbətlə, minnətdarlıq hissi ilə xatır­la­dı­ğım Şamil Orucovdur. Və onu bu cür xatırlayan təkcə mən de­yi­ləm. Qədirbilən faxralılar, borçalılar, bütövlükdə dostları, tanışları, yaxınları, alim həmkarları və bir də minlərlə yetirməsi onun haqqında sözün əsl mənasında ürəkdən gələn səmimi söz­lər söyləyirlər. Çünki bunu sağlığında özü qazanmışdı. Şamil müəllimin, sağlığında hər yerdə böyük sayğıyla qarşılanması­na, bu gün isə minnətdarlıq və qədirşünalıqla yad edilməsinə səbəb dərin erudisiyalı, məhsuldar fəaliyyət göstərən alim olamsından da  çox onun sadəliyi, səmimiliyi, halallığı və daim haqq-ədalət tərəfdarı olması idi.  Heç kəsə sirr deyil ki, heç də uzaq olmayan keçmişdə – sovet dönəmində, lap elə indinin özün­də də ali məktəblərdə çalışan alim-müəllimlərə qarşı cə­miy­yətdə münasibət birmənalı olmayıb. Bəzilərinin   cəmiy­yə­tin rüşvət və s. kimi çirkabalrından özünü qoruya bilməyərək ic­timaiyyətin haqlı qınağına tuş gəldiyi vaxtda Şamil Orucov əqidəsinə sadiq qalıb öz təmizliyini, saflığını qoruya bilmişdi. Şeyx Sədi Şirazinin yazdığı kimi:

Düzlüyü çox sevir taleyi yazan,
Görmədim düz yolda yolunu azan.
Həqiqət yolundan dönməsə hər kəs,
Çatar arzusuna, diləyi sönməz.

Şamil Orucov heç vaxt həqiqət yolundan dönmədi, çünki  yolunu düz getdi. Və çox arzularına da beləcə çatdı.

…Şamil Oruc oğlu Orucov 1929-cu ildə Faxralı kəndində anadan olub. 1937-ci ildə Faxralı kənd orta məktəbinə daxil olub, 1948-ci ildə həmin məktəbi bitiribdir. 1950-1953-cü illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət edib. Ordu­dan tərxis olunduqdan sonra doğma yurda qayıdıb və bir müddət Faxralı kəndindəki kitabxananın müdiri vəzifəsində çalışıb. 1954-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) “Avtomobil nəqliyyatı” fakültəsinə daxil olub, 1959-cu ildə həmin fakültədə təhsilini başa vurub. Ailə vəziyyətilə əlaqədar olaraq Şamil Orucov institutda oxu­du­ğu müddətdə eyni zamanda Azərbaycan Dəmiryol İdarəsinin anbarında təchizatçı işləyib. 1959-cu ildə institututu bitirdik­dən sonra isə həmin müəssisənin təchizat və nəqliyyat şöbə­sin­də böyük mühəndis, 1961-ci ildə texniki şöbənin mühəndisi vəzi­fəsində çalışıb. 1962-ci ildə Azərbaycan SSR Tikinti Nazir­liyinin maddi-texniki bazasında nəqliyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Müxtəlif rəhbər vəzifələrdə çalışsa da, hələ tələbəlik illə­rin­dən elmi axtarışlara olan böyük maraq onu bir an da tərk etmə­yib və o, 1964-cü ildə Azərbaycan SSR EA-nın İqtisadiyyat İns­titutunun aspiranturasına daxil olub. 1967-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək EA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi  fəaliyyətini davam etdirib.

1968-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin İq­ti­sa­diyyat İnstitutuna keçən Şamil Orucov burada böyük mühən­dis-iq­tisadçı vəzifəsinə təyin olunub. Həmin ilin sonunda isə Xalq Təsərrüfatı sahələrinin yerləşdirilməsi şöbəsinə müdir və­zi­fəsinə irəli çəkilib və elə o vaxtdan eyni zamanda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadi “Sənayenin iqtisadiyyatı və planlaşdırılması”  kafedrasında müqavilə yolu ilə müəlim kimi pedaqoji fəaliyyətlə də məşğul olub. 1971-ci ildən 1997-ci ilə – ömrünün sonuna qədər Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olan professor Şamil Orucov 1983-cü ildə iqtisadiyyatın təşkili və planlaş­dı­rıl­ması kafedrasına müdir təyin olunub. Və bir müddət İnstitut xalq nəzarəti komissiyasının sədri vəzifəsində işləyib. Onun elmi-pedaqoji fəaliyyəti 35 elmi məqalədə və 3 kitabda, 17 tezis-məruzələrdə öz əksini tapıb. Eyni zamanda 10 kitabı redaktə edib, bir neçə aspirantın elmi rəhbəri olub.

Yaşasaydı bu il onun 80 yaşı tamam olacaqdı. Amma tə­əs­süflər olsun ki, heç 70 yaşını qeyd eləmək də ona nəsib olmadı. Volterin belə bir fikri var: “Ölümdən kimlər qorxar və kimlər ondan boyun qaçırmaq istər? Günahkar ondan qorxur, bədbəxt onda nicat axtarır, igid ona meydan oxuyur, müdrik isə təəssüf hissi keçirmədən onu qəbul edir”. Şamil müəllim ölümü də müdrikcəsinə qarşıladı və 1997-ci ildə bizləri tərk edərək haqq dünyasına qovuşdu. Əziz xatirəsi isə bu gün də bizimlədir, sabah da bizimlə olacaq.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur