Müharibənin qələbəsindən sonra Faxralı “Yeni yol” kolxozunun adı dəyişib “Qələbə” oldu. Müharibədən sağ qayıdanlann hesabına kolxoz işçi qüvvəsi ilə qismən təmin olundu. Qadınların əməyi yüngülləşdi. Kolxoz yeni kənd təsərrüfatı texnikası, yük maşınları ilə təmin olundu. Aclıq, yoxsulluq aradan qaldırıldı. 1946-1948-ci illərdə kolxozun ümumi gəliri xeyli yüksəldi. Hər zəhmət gününə 8-10 kq taxıl, qarğıdalı, pendir, yun, yağ. üzüm, şərab, pul verildi. Müharibənin qara günləri arxada qaldı.
1946–cı ildə kolxoz iki yerə ayrıldı. Kolxozun birinə Gürcüstan Komunist Partiyası Mərkəzi Komitəsinin I katibi
K.N.Çarkiviani adı verildi. Kolxoza Əli Xəlilov sədr seçildi.
“Qələbə” kolxozuna isə qonşu Saraclı kəndində kolxoz sədri işləyən İsrafıl Məmmədov sədr vəzifəsinə gətirildi.
MEHRƏLİ HƏSƏN OĞLU HƏSƏNOV. 1905-ci ildə Faxralıda dövrünün adlı-sanlı xalq sənətkarı aşıq Həsənin ailəsində göz açmışdı. Kolxoz quruculuğunun fəal iştirakçısı və ilk firqəçilərdən idi. Kollektivləşmə başlanan ilk günlərdən 1935-ci ilə qədər mexanizator (traktorçu) işləmiş, 1935-ci ildə kolxoz sədri vəzifəsinə irəli çəkilmişdi. 1938-ci ildə Gürcüstan Ali Sovetinə ilk çağırış zamanı rayon zəhmətkeşləri tərəfındən deputat seçilmişdi. Faxralı kəndinin ən çətin illərində (müharibəyə qədər və müharibədən sonra) 10 il kolxoza rəhbərlik etmişdi. İşlədiyi illərdə qabaqcıl təsərrüfat başçısı kimi əməyi yüksək qiymətləndirilmiş “Şücaət“, “Za otvaqa”, “Mərdlik”, ”Za doblestmy trud”,”ı94ı-1945-ci illər faşizm üzərində qələbə” orden və medalları ilə təltif olunmuşdur. Müharibə illərində şəxsi zəhmət haqqı hesabına qırıcı təyyarə düzəltdirmiş, cəbhəyə hədiyyə etmişdi. Buna görə Stalinda təşəkkür teleqramı almışdır. Xəstəliyi ilə bağlı 1946-cı ildə kolxoz sədrliyindən azad edilmiş, 2 il kənd soveti sədri işləmişdiır. Lakin, xəstəliyi əmək fəaliyyətini davam etdirməyə imkan verməmiş. 1948-ci ildə şəxsi ərizəsi nəzərə alınaraq təqaüdə çıxmışdı. 1950-ci ildə isə dünyasını dəyişmişdir.
ƏLİ XƏLİL OĞLU XƏLİLOV. 1906-cı ildə anadan olub. Kolxoza ilk daxil olanlardan biri idi. Təsərrüfaı işlərini gözəl bilirdi. Ağır təbiətli, kolxoza can yandıran, intizam sevən, məsuliyyətli şəxs idi. Kolxozçular arasında xüsusi hörməti vardı. “K.N.Çarkviani’ adına kolxoza sədr seçilənə qədar “Yeni yol” kolxozunda müxtəlif sahələrdə çalışmışdı. Böyük-kiçik hamı ona Əli dayı deyə müraciət edərdi. Bir müddət kənd sovetinin sədri işləmişdi. Təsərrüfat sahəsində xidmətləri “Şərəf nişanı“ ordeni ilə qiymətləndirilmişdi. Bu nəcib və əməksevər insan 1984-cü ildə vəfat etmişdi.
İSRAFIL MƏHƏMMƏD OĞLU MƏMMƏDOV. 1905-ci ildə Faxralıda xüsusi nüfuz sahibi olan, hamının “Məməs” deyə tanıdığı Məhəmməd kişinin ailəsində anadan olmuşdu. Atası 1918-ci ildə qonşu Şülaver kəndində erməni millətçiləri tərəfindən xaincəsmə qətlə yetirilmişdi. 13 yaşından ailənin ağırlığı İsrafilin ilzəfinə düşmüşdü. İlk savadsızlığın ləğvi kurslarında yazmaq-oxumaq öyrənmişdi. 1930-cu ildə firqəyə daxil olmuşdu. Kolxoz quruluşunun ilk fəallarından idi. Böyük Vətən Müharibəsi illərində döyüşlərdə iştirak etmiş və yaralanmışdı. Müharibə illərində cəbhədən qayıtdıqdan sonra əvvəl Faxralıda, sonra qonşu Qoçulu, Saraçlı kəndlərim də kolxoz sədri işləmiş, 1946-cı ildə, Mehrəli Həsənovdan sonra, Faxralıda kolxoza rəhbərlik etmişdi. 1966-cı ildə 61 yaşında dünyadan köçüb.
Müharibədən və kolxozun ayrılmasından bir neçə il sonra hər iki kolşoz bir-birinin bəhsinə sürətlə inkişaf etdi. Təsərrüfatın bütün sahələrindən bol məhsul əldə edildi. Dövlətə min tonlarla taxıl, üzüm, digər kənd təsərrüfatı məhsulları təhvil verldı. Maldarlığın, qoyunçuluğun inkişafı və məhsuldarlığın yüksəldilməsinə diqqət artırıldı. Bütün bu nailiyyətlər həm müharibə illərində, həm də müharibədən sonra kolxozçuların əməyi üzərində nəzarətin məsuliyyətli və düzgün təşkilinin ənənəvi davamı idi.
Mehralı Həsənov, Əli Xəlilov, İsrafil Məmmədov kolxoz təsərrüfatına doğma ata mülkü kimi baxırdılar. Və kolxoza rəhbərlikdə ilk növbədə xalqa və “torpağın dilini bilən” təcrübəli briqadirlərə, onlann namuslu, vicdanlı əməklərinə arxalanmışdılar. Kolxoz təşkil olunan ilk gündən təsərrüfat, tikinti-inşaat, yol, arıçılıq, quşçuluq, kənd təsərrüfatı maşınları briqadaları, maldarlıq, qoyunçuluq, atçılıq fermaları təşkil olunmuşdu. Allahyar Qaramməd oğlu, Novruz Novruz oğlu, Məmməd Hüseynqulu oğlu, Oruc Qərib oğlu, Oruc Hüseyn oğlu, Məmmədəli Kərim oğlu, Səməd Namaz oğlu, Qara Həsənov, Məcid Xəlilov, Dostumalı Aşırov, Nəbi Həsənov, sonralar Nəsib Həsənov, Nəbi Hüseynov, Ayvaz Şahmuradov, İsrafil Abbasov, Məmməd Nəbi oğlu, Muxtar Hüseynov, Muxtar Mikayılov, Mahmudalı Əlizadə, Eyvaz Məmmədov, Vəli Həsənov, Həsən Qurbanov, Hüseyn Qurbanov və onlarla digərləri bütün varlıqları ilə xalqa, torpağa bağlı olan halal zəhmət adamları müxtəlif illərdə təsərrüfat da briqadirlik etmiş və ferma müdirləri işləmişlər.
Bu illərdə hər iki kolxozda mühasibat uçotu da yüksək səviyyədə təşkil edılmışdı. Sultan Sultanov və Yusif Şahnəzərov kımi bu sahəni yaxşı bılən mütəxəssıslərin təcrübələrindən istifadə edilməsi və gələcəkdə onları əvəz edəcək gənc kadrların hazırlanması məsələsi də unudulmamışdı. Məhz, vaxtilə mühasib köməkçisi, sonralar mühasib vəzifələrində çalışmış Əli Əliyev, Yolçu Əlizadə ilk və səmərəli əmək fəaliyyətlərinə “K.N.Çarkviani” adına kolxozda başlamış, burada uçot-hcsabat işinə aıd zəngin təcrübə qazanmışlar, sonralar bütün əmək fəaliyyətləri dövründə bu təcrübə onların köməyinə gəlmişdi.
İstedadlı ziyalı, bacarıqlı təşkilatçı, ömür yolu yarı mənzıldə tükənən ƏLİ BAYRAM OĞLU ƏLİYEV yaddaşlarda belə qalıb. O, 1923-cü ildə Faxrahda anadan olub. Faxralı orta məktəbini əla qiymətlə bitirib, həmin ildə hərbi xidmətə səfərbər edilib. Zabıt rütbəsində cəbhələrdə vuruşub. “Qırmızı Əmək Bayrağı”, “Əməkdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Stalinqradın müdafıəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” orden və medallarla təltif olunub. Müharibə qurtardıqdan sonra ordudan tərxis edilərək Faxralı “Budyonnu” adına, sonralar “K.N.Çarkviani” adına kolxozlarda mühasib köməkçisi, baş mühasib, müharibədən sonra “Qələbə” kolxozunun İdarə Heyyətinin sədri vəzifələrində çalışıb. 1945-ci ildə partiya sıralarına daxil olub. Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakultəsini qiyabi yolla bitirib. 1960-1964-cü ildə Bolnisi rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilib. 1972-ci ildə vəzifədən azad edilib, rayonun su təsərrüfatı idarəsinə başçı təyin edilib. Həssas və qayğıkeş, yüksək amallar uğrunda çalışan, doğma kəndinə və xalqına ürəkdən bağlı olan, gördüyü abadlıq işləri və xeyirxah əməlləri ilə yadda qalan Əli Əliyevin ürəyi yarı mənzildə, 50 yaşında, 1973-cü ilin avqust ayında gözlənilmədən dayandı. Allah rəhmət eləsin.
YOLCU ƏHMƏD OĞLU ƏLİZADƏ. 1922-ci ildə Faxralıda anadan olub. Faxralı orta məktəbini əla qiymətlə bitirib (1940), həmin il Azərbaycan Dövlət Universitetinin fılologiya fakultəsinə imtahansız qəbul olunub, müharibəyə səfərbər edilib (1941) və beş il davam edən cəbhələrdə vuruşub. Müharibədən döndükdən sonra Faxralı “Budyonnu”, sonra “K.N.Çarkviani” adına kolxozlarda hesabdar, mühasib köməkçisi, Saraçlı (1949-1950) və Qoşakilsə kəndlərində (1951-1955) baş mühasib, Bolnisi Rayon Partiya Komitəsində təlimatçı (1955-1956), Qoçulu kolxozunda (1957-59), Faxralı ”Qələbə” kolxozunda baş mühasib (1960-1968) vəzifəsində çalışıb. İşləyə-işləyə 1956-cı ildə qiyabi yolla Bakıda Xalq Təsərrüfatı İnstitunu bitirib və Gəncə şəhərində “Bolnisi rayonunda əmək məhsuldarlığının yüksəldilməsi” mövzusunda namizədlik dissertasiyası müdafıə edib.
Yolçu müəllim 1968-ci ildən taleyini Bakı şəhəri ilə bağlayıb, Azərbaycan Dövlət İqtisad İnstitunda 32 ildir ki, fasiləsiz müəllim, dosent, fakultə dekanı (5 il) vəzifəsində çalışıb. İxtisası üzrə 3 kitabın, 30-dan artıq məqalənin müəllifı olmuşdur. Əmək fəaliyyəti yüksək qiymətləndirilərək “Şöhrət” ordeni, “İgidliyiə görə”, “Berlin üzərində qələbə”, “Böyük Vətən Müharibəsi illərində şərəfli əməyə görə” orden və medalarla təltif olunub. Yolçu müəllimin mənalı əməyini indi onun oğlanları və qızları davam etdirirlər.
Müharibə illərində ağrılı-acılı qara günlər görmüş əhali, müharibədən sonra gələcəyə böyük ümidlə baxdılar, namuslu əmək fəallıqlarını daha da artırdılar. Əli əyriliyə, xoşa gəlməz hallara yol verilmədi. Bir dəfə də olsun xalq məhkəmə, həbsxana qapısını tanımadı. Kolxoz mülkiyyəti əsil mənada ümumxalq mülkiyyəti kimi müqəddəs sayıldı. Müharibənin ailələrə vurduğu yaralar ilbəil sağalmağa başladı. Qız ərə verən, oğul evləndirənlərin sayı gündən-günə artdı. Toy məclisləri bir-birinin ardınca düzülərdi. Dağda, binədə, kənddə boş, kimsəsiz qalan yurdlar yenidən abadlaşdı. Ancaq yenə də ürəklərində həsrət, kədər olan, yol gözləyən ata-analar, qardaş-bacılar, yollara göz dikən, ər, nişanlı gözləyən qadınlar, qızlar dərdlərini gizli çəkdilər. El üzəri mərd, dözümlü gəzdilər. Özlərini sındırmadılar.
Abırlarını, ismətlərini ayaqlar altına almadılar, dözdülər, saç agartdılar, yaş üstə yaş artdı, aylar-illər bir birini əvəz etdi, nişanlı əsrəti, ər həsrətilə ömürlərini başa vurdular, dünyadan köçdülər…
FAXRALI ORTA MƏKTƏBİNİN KEŞMƏ-KEŞLİ ANLARI HAQQINDA BİR NEÇƏ söz: vaxtilə Faxralı orta məktəbində pedaqoji kollektivə rəhbərlik edən Paşa Sultanov (Tovuz), Məhərrəm Məmmədov (Qaçağan), Nəzmi Məmmədov (Bakı), Novruz Xudiyev (Cəbrayıl), Əli Məlikov (Gəncə), Saleh Tağıyev (Tiflisi), Qurban Hüseynov, Binnət Mahmudov (Faxralı) və digərlərinin hər birinin şəxsi, mənəvi keyfiyyətləri ilə bağı xatirələr qalır. Onlar müxtəlif ixtisaslı, müxtəlif xarakterli adamlar olsalar da gənc nəslin təlim-tərbiyə işinin təşkilində, rəhbərlik etdikləri pedaqoji kollektivin əməyini düzgün istiqamətləndirmək kimi müqəddəs amalın sahibi idilər. Bu gün onlardan biri təvazökarlığı, ciddiliyi, intizam sevərliyi ilə yadda qalıbsa, digərləri öz ixtisas fəələrini dərindən bilmələri, şagirdlərə qarşı qayğıkeşliyi, tələbkarlığı, bir başqası təşkilatçılığı, yerli əhali ilə xoş qonuşuğu, Hacı Həsənov, yumoristik danışıq tərzi, baəqalarından fərqlənən müdrüklüyü ilə ürəklərə iz salıb. Hətta bəziləri kəndə o qədər qaynayıb-qarışıb ki, yerli əhali onları öz doğma övladlarından seçməyiblər.
Faxralıda belə hörmətə layiq müəllimlərdən biri də rəhmətlik NOVRUZ XUDİYEV idi ( 1917-1979). O, Cəbrayıl rayonun Dostulu kəndində doğulub. Vaxtı ilə Faxralı orta məktəbinə müəllim təyin olunub. Sonralar müharibəyə səfərbər olunana kimi məktəb direktoru işləyib. Novruz müəllim Faxralı məktəbinə qədəm basdığı ilk gündən dərs dediyi yuxarı sinif şagirdləri arasında xoş ünsiyyət, dostfluq yaratmışdı. Hətta sonralar 30 ildən çox “Kommunist” qəzətində xüsusi müxbir işləmiş Hacı Həsənovla məktəb partasından başlanan ailəvi dostluğu Novruz müəllimin ömrünün sonuna qədər davam etmişdi. Əlbətdə buna başqa səbəblər də vardı. Hacı müəllimin atası, qardaşı kimi, Novruz müəllimin də atası “qırmızı terrorun” ağır və amansız zərbəsinə məruz qalmışdı. Dövr Hacı müəllimin anası rəhmətlik Sənəm qarının ürəyinə ər həsrəti, oğul dağı çəkdiyi kimi, Novruz müəllimin anası Dilbər xanımın da ürəyinə dağ çəkmişdi. Hər iki ana bir-birini tanımasalar da dərdləri eyni idi. Sənəm qarı da atasız oğul, qız böyütmüşdü, Dilbər xanım da bu dərdə mübtəla idi. Hər ikisi gecələr səksəkəli yuxular görür, övladlarının qorxusunu çəkirdilər. Bu səbəbdən də ilk gündən F axralıda Sənəm qan Novruz müəllimi öz doğma övladları sırasına qəbul etmiş, iki ailənin kədəri, həsrəti birləşmişdi.
Novruz müəllim də öz növbəsində Sənəm qarının duz-çörəyinə, oğlanları Kərim, Hacı, Nadirin ona olan qayğılarına qarşı həmişə sədaqətli qalmışdı. 1944-cü ildə zabit rütbəsində orden, medallarla hərbi hissədən müvəqqəti məzuniyyətə buraxılanda ilk dəfə Dostulu kəndinə, anası Dilbər Xanımın görüşünə deyil, Faxralıya, özünə ikinci ana hesab etdiyi Sənəm qarının görüşünə gəlmişdi.
Bu sədaqətli dost, mehriban insan müharibədən sonra ordu sıralarından azad edildi. Və yeni ixtisas qazandı, uzun illər Azərbaycanın rayonlarında və Bakıda prokuror işlədi. Təəssüflər olsun ki, bu nəcib və xeyirxah insan ömrünün müdrik çağında – 62 yaşında (1979) vaxtsız dünyadan köçdü.
HACI MOLLA QURBAN OĞLU HƏSƏNOV. Faxralı kəndində anadan olub (1924), orta təhsilini də Faxralıda alıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakultəsini bitirib. Faxralı orta məktəbində müəllim, tədris işləri üzrə müavin, sonra Tiflisdə “Zarya Vostoka” qəzetində xüsusi müxbir işləyib. Azərbaycanda “Kommunist” qəzetinin zonalar üzrə xüsusi müxbiri olub (1958- 1990).
Mətbuatda işlədiyi 44 il ərzində respublikanın təsərrüfat qabaqçılları, adlı-sanlı əmək adamları haqqında çoxsaylı oçerk, vəzifəsinin öhdəsindən gələ bilməyən və səlahiyyətlərini aşan kolxoz rəhbərləri, inzibati orqan işçiləri barədə felyetonlar yazıb. Hazırda təqaüddədir.
Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”