Səməd Vurğun Faxralıda 2 dəfə qonaq olmuşdur. Bu barədə Hüseynqulu Məmmədli “Mən ellər Vurğunuyam”(Bakı 1981) kitabında yazdığı məqalədə qeyd edir.
I görüş – 1953-cü ildə. Faxralı Gürcüstanda azərbaycanlılar yaşayan ən böyük kəndlərdən biridir. Bu kəndin ən əziz və mehriban qonağı xalq şairi Səməd Vurğun olub, desəm, yanılmaram. Şair Faxralıya ilk dəfə 1953-cü ilin may ayında gəlmişdi. Onu o zamanlar “Kommunist” qəzetində xüsusi müxbir işləyən Hacı Həsənov qonaq dəvət eləmişdi.
O vaxt mən Faxralı orta məktəbində direktor, Hacı müəllim isə tədris hissə üzrə müavin işləyirdi.
Vurğun kəndimizin bir gecəlik qonağı olmuşdu. Mən unumaz şairimizlə kəndimizdə görüşmədiyimə çox təəssssüfləndim. Hacı müəllim əlini çiynimə qoyub dedi:
– Fikir eləmə, şair söz verib ki, nə vaxt Qazağa, Tbilisiyə yolu düşsə, bizi unutmayacaq. Sağlıq olsun, vaxt gələr, yenə görüşərik.
II görüş – 1955-ci ildə. Gözlədiyimiz belə bir gün gəlib çatdı. 1955-ci il oktyabr aylnın 13-ü idi. Kolxozda qızğın məhsul yığımı gedirdi. Biz müəllimlərin və yuxarı sinif şagirdlərinin kolxoza hamiliyini təşkil etmişdik. Mən məktəbdə qalmışdım. Müəllimlərdən bir nəfər xəbər gətirdi ki, şair Səməd Vurğun və Osman Sarıvəlli Hacı müəllimə qonaq gəliblər. Kolxozun üzüm və alma bağlarını gəzib məktəblilərlə görüşüb söhbət edirlər.
Hacı müəllim axşam məclisə məni də dəvət etmişdi.
Görüşə tələsir, həm də çox həyəcan keçirirdim.
Qapıdan içəri daxil oldum. Səməd Vurğunun bir tərəfində Os man Sarıvəlli, o biri tərəfındə isə həyat yoldaşı Xavər xanım əyləşmişdi. Osman müəllim sazı sinəsinə sıxıb pəsdən “Yanıq Kərəmi” çalırdı.
O vaxt kolxozda mühasib işləyən və kəndin ən hörmətli adamlanndan sayllan mərhum Əli Əliyev:
– Səməd ağa, Hüseynqulu müəllim bizim orta məktəbin direktorudur, tanış olun, – deyə məni təqdim etdi.
Utana-utana əvvəlcə şairlə, sonra da başqa qonaqlarla görüşdüm.
Şairlə ilk söhbətimiz xeyli çəkdi. Söhbət arası öyrəndim ki, hələ Bakıda ikən onun səhhəti yaxşı deyilmiş, ancaq gürcü dostlarının xatirinə Tbilisi səfərini təxirə salmamışdı. Qələm dostları ilə birlikdə David Quramişvilinin 250 illik yubileyinə gəlmişdi.
Şair gürcü xalqının öz sənət adamlarını qiymətləndirməyi bacarmalarindan, yubileyin son dərəcə hazırlıqlı keçməsindən, Quramişvilinin anadan olduğu Saquramo kəndindəki ev muzeyindən xoş təəssüratlar danışdı. Sonra da məktəbimizin vəziyyəti ilə maraqlandı və məni sorğu-suala tutdu. Mən cavab verdim ki, məktəbimizdə 760 şagird oxuyur, 60 nəfərə yaxın ali və orta təhsilli müəllimimiz var. Müəllimlərin hamısı yerlidir.
– Bunlar çox gözəl. Bəs şəraitiniz, məktəbin binası necədir? – deyə soruşdu.
Mən başımı aşağı saldım, cavab verdim ki, yaxşı deyil, köhnə knyaz malikanəsində dərs keçirik. Şair nə barədəsə fikrə getdi…
– Hələ bu sahədə görüləcək işlərimiz çoxdu, – deyə söhbətimizə yekun vurdu. Sonra da “Aşıq harda qaldı, gəlib çıxmadı, dərdimizi dağıda“, – deyə Hacı müəllimdən soruşdu.
Hacı dillənməmiş kolxoz sədri Binnət Mahmudov cavab verdi:
– Doğrusu, bizdə peşəkar aşıq yoxdur. Ancaq hamı çalıb-çağrır. Hələlik xahiş edək Hüseynqulu müəllim bir neçə hava çalsın. Bir azdan aşıq da gələr.
İşarə gözləyirmiş kimi, Osman Sarıvəlli sazı mənə verdi. İmtina etmək olmazdı. Mən “Divani”, “Təcnis”, “Qaraçı” havalarını çaldım. Sonra o qədər də yaxşı çala bilmədiyim üçün üzrxahlıq etdim.
– “Divani“dən başlayanda bildim ki, naşı deyilsən, çalırsan, amma Osman kimi havaların hamısını bir kökdə çalırsan, yəqin oxumağı da bacanrsan, bir ağız de gəlsin.
O gecə şairin “Dağlar”, “Gülə-gülə” şeirlərini oxudum…
Şairin səhhəti o qədər də yaxşı deyildi, tez-tez öskürürdü, ona belə gəlirdi ki, soyuqlayıb. Kəndə çatan kimi bir neçə dəfə qaynar südlə “Borjom” içmişdi. Elə buna görə də xahiş etdi ki, məclisi Osman Sarıvəlli idarə etsin, belə də oldu. Masabəyi sözə yenica başlamışdı ki, qapı açıldı, gözlədiyimiz aşıq Nəsib Həsənov (Hacı Nəsib)gəldi.
Aşığın görkəmi şairdə yaxşı təəssürat yaratmışdı. Vəziyyəti hiss edən Binnət müəllim sükutu pozdu:
– Şair, Aşıq Nəsib gözəl saz çalır, o, ustad oğludur, atası mərhum Həsən kişi bu mahalda adlı-sanlı aşıq olub, – deyə Aşıq Nəsibi təqdim etdi.
Aşıq Nəsib sazı köynəyindən çıxardıb “Ruhani” havası üstə köklədi. Sonra da elə məharətlə çaldı ki, elə bil ona yeni istedad, qeyri-adi bir sənət səxavəti verilmişdi. O, barmaqlarını pərdələrin üstündə gəzdirdikcə Səməd Vurğunun alnındakı düyünlər açılırdı. Üzünü sevinc və razılıq dolu təbəssüm bürüyürdü.
Şairlə görüş axşamı əsl ədəbi məclisə, şeir-sənət məclisina çevrildi. Şair müharibə illərinin xatirələrindən, London, Bratislava səfərlərindən, Moskva, Tbilisi xatirələrindən danışdı…
Gözləri yol çəkirmiş kimi bir nöqtəyə zilləndi, bir anlığa xəyala daldı, qamətini vüqarla düzəldərək dedi:
İndi bu yerlərdə yolum hər səhər,
Bir tut ağacının dibindən düşür.
O yenə boy atıb qalxır göylərə,
Mənim saçlarıma daha dən düşür.
– Görürsünüz də, bu şeir Osmanındı. Hər ikimiz yaşıdıq, ancaq mənim saçım tamam ağarıb, onun saçında, göz dəyməsin, bir dənə də ağ tük yoxdur. Sirrini də mənə demir.
Məclisdəkilərin xahişi ilə Səməd Vurğım “Şair, nə tez qocaldın sən?”, “Tələsmirəm”, “Unudulmuş tək məzar” şeirlərini oxudu. Şair hər dəfə şeir dedikcə arabir boğazı qəhərlənir, ağır-ağır öskürürdü. Bir dəfə öskürək xeyli çəkdi, “Borjom”la süd içdisə də yenə sakitləşmədi, üzünü Osmana tutub:
– Osman, bu öskürəkdən gözüm su içmir, – dedi.
Osman müəllim ona təsəlli verdi, söhbətinin axırını zarafata cevirdi. O gecə şair içki içmədi, papiros çəkməyə də həyat yoldaşı Xavər xanım imkan vermirdi. Xahiş edirdi ki, səhhətini gözləsin. Şair isə:
– Aşıq qardaş, əlacımız sənə qalıb, bir ürəyaçan hava çal, bəlkə ağrı-acılarımızı unudaq, – dedi.
Aşıq Nəsib Qurbanidən, Xəstə Qasımdan, Tufarqanlı Abbasdan, Ələsgərdən, Aşıq Şəmşirdən, Şair Nəbidən divanilər, qoşmalar, təcnislər, nəsihətnamələr, Osman Sanvəllinin “Ay mamoğlu”, Səməd Vurğunun “Aşıq Şəmşir, Dəlidağdan keçəndə“ qosmalanm oxudu, təfsilatını danışdı. Məclis gecə saat 4-ə kimi uzandı. Vaxt keçdikcə şairin yorğunluğu, xəstəhal olması daha çox hiss olunurdu. Xüsusən kədərli saz havası çalınarkən, qəmli havalar oxunarkən o, bir müddət fikirdən ayrılmırdı. Aşıq Şenliklə Faxralı Şair Nəbinin qoşmaları Səmədi daha çox maraqlandırırdı. Aşıq “Mənsuri“ havası üstə şair Nəbinin “Dünya” şerini oxuyarkən şair dərin fıkrə getdi, sonra da qələm götürüb aşığın yedək tərzində dediyi üç bayatını D. Quramişvilinin yubley dəvətnaməsinin üstünə yazdı (Həmin dəvətnamə hal-hazırda Əlyazmalar İnstitutunda saxlanılır).
Maral qaçdı qalından,
Ovçu düşdü dalından.
Mərdi namərd(lər) qovur,
Fələk vursun qolundan.Əziziyəm, ay azaldı,
Gün keçdi, Ay azaldı.
Gedən ömürdən gedir,
Əbləh der: “Ay azaldı”…
Aşıq sözünü tamamladıqdan sonra bəzi misra və bəndləri təkrar soruşdu, sonra da bu misraları özü təkrar etdi:
Qılıncın qınsızdı, qolun quvvatdı,
Baxmadın qocaya, cavana, dünya.
Dəvətnamənin üstünə yazdığı bayatıları oxudu və təkrarladı.
– Budur xalq fəlsəfəsi, budur ata-babaların müdrikliyi, düşündükcə xalq iste dadlarının əqlinə, zəkasına heyran qalırsan, – dedi.
Xahiş etdi ki, Şair Nəbinin “Dünya” şeirini yazıb ona verək. Məclisin sonunda şair Binnət müəllimin evində nahar etməyə söz verdi.
Oktyabrın 14-ü idi. Saat 10-da Binnət müəllimin evində səhər naharına yığışdıq. Şairin səhhəti xeyli ağırlaşmışdı, yəqin ki, yuxusuz qalması da təsir etmişdi. O, süfrə başında yenə şair Nəbidən söz açdı. Biz xahişini yerinə yetirib şair Nəbinin “Dünya” adlı şeirini yazıb ona verdik. Üzünü mənə tutub dedi:
– Yaxşı ki, ədəbiyyat müəllimisən, imkanın da var. Şair Nəbinin şeirlərini mütləq topla, çap məsələsi də mənim boynuma, əgər mənim imkanım olmasa Osman sənə kömək edər.
Sonra kəndin vəziyyətindən söz açdı, kolxozçuların güzəranından danışdı. Qara dam görmədiyinə sevindiyini bildirdi. Lakin kənddə müasir tipli məktəb binasının hələ də tikilməməsinə heyifsiləndi və bunun bağışlanmaz olduğunu kolxoz sədrinə bildirdi.
Həmin gün şairi Faxralıdan Borçalıya (Marneuli nəzərdə tutulur) yola saldıq… Biz qonaqları Bolinisidən Borçalıya gedən mərkəzi yola kimi müşayiət etdik. Maşınların yönü yolun sol sahilindəki kənd qəbristanlığına tərəf idi. Ancaq o, nədənsə gözlərini belə açmaq istəmirdi. Elə bil ki, qarşıdakı qəbristanlığa baxmaqdan çəkinirdi. Sifətində dərin kədər hiss olunurdu. Kim bilir, bəlkə də sükuta dalmış baş daşları, məqbərələr şairə “Unudulmuş tək məzar” şeirini xatırladırdı… Bəlkə…
Bəxt məni bu yerə qonaq gətirdi,
Gedirəm, yamandır ayrılıq dərdi.
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.
Zaman keçdi. Şairin kəndimiz haqqında arzuları çiçək açdı. Kənddə dördmərtəbəli məktəb binası, xəstəxana, mağaza, yaraşıqlı yaşayış evləri tikildi. Hər qapıda bir maşın dayandı, kənd yolları asfalt oldu. Şair Nəbinin 300-dək divani, təcnis, qoşması bizim tərəfimizdən toplandı.
Kəndimizin yollarına nigaran gözlər dikildi, şairə layiqli söz töhfələri hazırlandı… Lakin şair gəlmədi.
Onun ölməz sənəti, odlu-alovlu şerlərinin qüdrəti isə el-obannın qəlbində əbədi məskən saldı…
Hüseynqulu Məmmədli, “Mən ellər Vurğunuyam” kitabına yazdığı məqalədən
FAXRALIYA VURĞUN GƏLİBDİR (Əli Səngərli)
Başına döndüyüm, a Gözəl dağı,
Könlümə sualın, sorğun gəlibdir.
Eləmi, deyirlər keçmiş sənələr,
Bizim Faxralıya Vurğun gəlibdir.Sevdalı başında şimşəklər çaxıb,
“Aygün”ün qovğası könlünü sıxıb,
Neçə rəqibini yandırıb-yaxıb,
O qartal baxışlı yorğun gəlibdir,
Bizim Faxralıya Vurğun gəlibdir.Tərlan səhralara tutub üzünü,
Söyləyib səhərə ürək sözünü.
Keçib Mil düzünü, Muğan düzünü,
Ağarmış saçları dalğın gəlibdir,
Bizim Faxralıya Vurğun gəlibdir.Uzaqda buludlar çaxnaşır lay-lay,
Dumalar köç üstə çəkibdir halay.
Çıxıb yol üstünə yüzlərcə Humay,
Körpələr görüşə çılğın gəlibdir,
Bizim Faxralıya Vurğun gəlibdir.Sənəm anamızın gözləri gülüb,
Başına bir dünya sevinc tökülüb.
Açıb qollarını, Vurğun bükülüb:
– Şəhərdən bir təzə oğlun gəlibdir,
Ana, görüşünə Vurğun gəlibdir!
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı