Kərbəlayi İbrahim

Kərbəlayi İbrahim Ağakişi oğlu – 1857-ci ildə Faxralıda anadan olub.

Uzun müddət təsərrüfat işində çalışıb. Şeir yazmağa cavan yaşlarından başlayıb.

El şairi İsmayıl Güllərin vaxtilə dediyinə görə, Kərbəlayi İbrahimin “Qırmızı” adlı məşhur şeiri dillər əzbəri olub.

Qohumlarının dediklərinə görə, onun şeirlərini mərhum aşıq Hacı Nəsib yaxşı bilir və şəxsi arxivində qoruyub saxlayırmış. Təəssüf ki, həmin şeirlərin çox az bir qismi günümüzə gəlib çatıb.

Onunla Şair Nəbinin deyişməsinə buradan tanış ola bilərsiniz.

Kərbəlayi İbrahim 1945-ci ildə vəfat edib.

 

 

Ötəri

Ey könül, çox havalanma, ol gülü-xardan ötəri,
Seyraqub yollara çıxar bəd bir nazardan ötəri,
Düşmə xam xəyallara, bır gun duşərsən zillətə,
Bəsləmə kəndini sən, marı-şahmardan ötəri.

Qazandığın malı-mülkün axrı fanidi, fani,
Əxrət üçün abad eylə əməlinlə dünyanı.
Əbrişim, malı-mahut, bəzəsin dörd bir yanı,
Qurban eylə şirin canı, bir düz ilqardan ötəri.

İbrahim, uyma belə gəl bu eşqin sevdasına,
Bel bağlamaq həvəs işdi gözəllər xülyasına.
Qat səsini bu dünyada əhli-dillər səsinə,
Canına çox cəfa vermə yari şikardan ötəri.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur