İstər Azərbaycanda, istərsə də Borçalıda yas mərasimlərinin keçirilməsi və idarə edilməsi üçün vahid qayda-qanun yoxdur. Bu mərasim ümumilikdə islam adət-ənənəsinə uyğun keçirilsə də, bütün bölgələrdə yas mərasimlərinin keçirilməsində müəyyən fərqliliklər vardır.
Belə ki, bəzi bölgələrdə rəhmətə gedən şəxsi həmin gün dəfn edildiyi halda, Faxralıda dəfn mərasimi 3 günədək gecikdirilə bilir (uzaqda yaşayan yaxın və qohumların rəhmətə gedən şəxslə vidalaşması məqəsədilə gələnədək). Bundan başqa, dəfn günü rəhmətə gedən şəxsi qəbrstanlığa bir qrup yaxın, qohum insanlar apardığı zaman, digər qrup yaxın və qohumlar isə “başsağlığı” üçün gələnlərə “ehsan” verilməsi üçün yeməklər qoyulmuş stollara dəvət edirlər.
…