Minayə İslam qızı Orucova 14 yanvar 1960-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
- 1966-1976-cı illərdə Faxralı orta məktəbini bitirmişdir.
- 1976-1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun “İbtidai təhsilin pedaqogikası və metodikası“ fakultəsini bitirərək ali təhsil almışdır;
- 1981-2005-ci illərdə 2 nömrəli Faxralı natamam orta məktəbində “İbtidai sinif” müəllimi vəzifəsində işləmişdir;
- 2005-ci ildə Bakı şəhərinə köçmüş və Bakı Sənaye Pedaqojı Kollecinin (BSPK) Pedaqogika və Psixologiya kafedrasında Pedaqogika müəllimi kimi fəaliyyətə başlamışdır.
Minayə Orucova işlədiyi Kollecdə xüsusilə fərqlənmiş və bu səbəbdən dəfələrlə Kollecin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir.
2016-cı ildə BSPK, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinə biləşdirilmişdir.
Kollecdə müəllimlərin Diaqnostik qiymətləndirilməsi həyata keçirilən zaman Minayə müəllimə öz ixtisası üzrə ən yüksək bal toplamış və kollecin rəhbərliyi tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.
O, kollecdə işlədiyi illər ərzində “İxtisas artıma”, “İKT–nin təhsildə tətbiqi”, “Fəal təlim metodları”, “İnklüziv təhzil üzrə” təlimlərdə, həmçinin Hümanist pedaqogikadan Ş.A.Amanaşvilinin seminarlarında, 2018-ci ildə Milli Psixolodiya Forumunda iştirak etmiş, CİBS-in təşkil etdiyi “Bır dəqiqədə uşağı tanıma” adlı tanınmış psıxoloqların çıxışlarını dinləmiş və müvafiq sertfikatlar almışdır.
Minayə Orucova ailəlidir, 2 övladı, 4 nəvəsi vardır.
REDAKTOR