Allahverdi İbrahim oğlu barədə məlumat
YANDIRAR
Yaram qəm-qubarda, can intizarda,
Eşqinin atəşi məni yandırır.
Saxla qədəmini, gəlmə yaxına,
Od düşər üstünə, səni yandırar.
Yenə havalandı könlümün quşu,
Çoxdu qəm-qüssəsi, həm fikri-huşu.
Yığılıb yanına tayınnan-tuşu,
Xınalı dəstində şəmi yandırar.
Eşit Allahverdinin ah-fəryadını,
Ləbin şirin: bal da verməz dadını.
Gəlin sizə faş eyləyim adını:
Ağ üzündə üç nişanı yandırar.
QOCALAR
Bu fani dünyanın vəfası yoxdur,
Sinəsində neçə canlar qocalar.
Çox da qəm eyləmə, divanə könlüm,
Övliyalar, pəhləvanlar qocalar.
Yüz iyirmi dörd min Nəbim Yüllahdır,
Musam Tur dağında Kəlamüllahdır.
Məhəmmədim Meracda Salamüllahdır,
Onlar kimi din-imanlar qocalar.
Allahverdi deyər, bu sözüm haqdı,
Tut orucu, qıl namazı beş vaxtı.
Heç kimə qalmayır Süleyman taxtı,
Neçə belə Sülüymanlar qocalar.