Yahaların Məcid hökumətdən gizlənirdi – qaçaq idi. Bi gün qardaşı İmaməli ilə binədən arana qayıdırmışlar. Yarıyolda at ayaqlarının səsi gəlir. Məcid güman edir ki, hökumətin silahlılarıdı, onu izləyirlər. O, sıyrılıb arabadan düşür, yolun kənarındakı kiçik çökəklikdə daldalanır.
Atlılar arabaya çatan kimi salamsız-kalamsız İmaməlidən çörək istəyirlər. İmaməli xurcundan iki çörək çıxardır, onlara verir. Xurcunu görən atlıların gözləri işıqlanır: Uşaq başı qatmırsan, xurcun qarışıq ver! Bu tələbi eşidən Məcid dözə bilmir. Onların başı üstündən bir güllə atır və çökəklikdən çıxıb onların qənşərlərində dayanır:
– Silahlanızı tökün, köpəyuşaqları!
Atlılar silahlarını yerə tullayır. Bu arada binəyə tərəf beş-altı atlı yaxınlaşır; qonşu kəndlərdən birinin yolçularıydı. Ağsaqqaları Molla Abbas işin nə yerdə olduğunu bilib, Məcidə xahiş, minnət eləyir:
– Qardaşoğlu, qanmayıblar. Bilmiyiblər ki, faxralılar belə şeyi qanla ödədir. Günahlarını mənə bağışla…
Məcid Molla Abbasın xahişini yerə salmır.
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”