Faxralı kəndində olan zibillik problemini həll etmək üçün araşdırmalara başlanıldı

Bolnisi munisipalitetinin meri Davit Şerazadişvili, birinci müavini Buba Qobejishvili, bələdiyyə və sakrebulonun nümayəndələri ilə birlikdə Faxralı kəndində olan poliqondakı vəziyyətlə tanış olublar.

Kənd sakinləri bildiriblər ki, neçə ildir tullantılar yerə atılır, böyük ərazidə zibil qalaqları yaranıb və illərdir ki, bu problemindən əziyyət çəkirlər. D.Şerazadişvili məsələnin araşdırılacağına və problemin aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcəyinə söz verib.

“Poliqonda olan vəziyyətin həlli üçün məsələni ətraflı araşdırmağı və mütəxəssislərlə birlikdə təsirli addımlar atmağı planlaşdırırıq. Zibilliyi təmizləyərək Faxralı kəndinin əhalisini illərdir narahat edən problemi həll edəcəyik”, – deyə Bolnisi munisipalitetini meri Davit Şerazadişvili bildirib.

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur