Gürcüstan höküməti koronavirus pandemiyası ilə əlaqədar tək yaşayan yaşlı insanlar və aztəminatlı ailələrə dəstək məqsədilə kampaniya başlatmışdır. Kampaniya çərçivəsində bu gün Faxralı kəndində də bəzi ailələrə ərzaq paylanılıb. Bolnisi rayonunun majoritar deputatı Qoqi Meşveliani açıqlamasında bildirib ki, iki gün ərzində ümumilikdə 2600 ailəyə dəstək göstərilib.
Bolnisi bələdiyyəsinin icra nümayəndəsi Novruz Ayvazov da bu prosesdə fəal iştirak etmişdir. Onun sözlərinə görə, hökümətin başlatdığı kampaniya çərçivəsində 200 ailəyə ərzaq paylanılmışdır. Gürcüstan hökümətinin dəstəyindən əlavə olaraq, könüllü olaraq dəstək göstərmək istəyən insanlar da var. Yardım kampaniyası çərçivəsində sabah da dərman və tibbi ləvazimatların paylanılması nəzərdə tutulur.
Mustafa Amaşov, Faxralı.com
07.04.2020