Faxralı kəndində içməli su probleminin həlli ilə bağlı layihə davam etdirilir. Görülən işlərlə bağlı vəziyyəti öyrənmək üçün Bolnisi majoritar millət vəkili Gogi Meshveliani, Bolnisi meri Davit Şerazadaşvili və digər nümayəndələr Faxralı kəndinə gəliblər.
Nümayəndələr həm su çəkilişi proseslərini izləyib, həm də əhalinin problemlərini dinləyiblər.
Qeyd edək ki, ümumi dəyəri 490 min lari olan layihə çərçivəsində təxmini olaraq 11-12 küçənin içməli su ilə təmin olunması nəzərdə tutulub.
22.06.2020, Mustafa Amaşov,
Faxralı.com