1991-ci ilin 5 fevral qarlı-sazaqlı günü… Həmin gün Orucovlar ailəsi üçün nisgilli, kədərli gün oldu. 5 bacının tək qardaşı Xalid İslam oğlu Orucov avtomobil qəzasında 38 yaşında dünyasını dəyişdi. Bu faciəli hadisədən atası İslam kişi, anası Minoyqa xanım və qohum-əqrabalar çox sarsıldılar…
Artıq o faciəli gündən 32 il keçir. “Güzümün nuru atam” deyən övladların, “qardaş, sənə qurban olum” deyən bacıların, hamıdan gizlin için-için ağlayan həyat yoldaşın səni həmişə anır, xatırlayırlarlar. Bu gün yanvarın 26-sı sənin doğum günündür, 70 yaşın tamam olur.
Hara baxırıq sənin yerin görünür. Bir bilsə idin, necə darıxırıq sənin üçün…
Biz sənin uzaqlarda olduğunu zənn edirik. Vaxt keçir, zaman keçir, sənsiz günlər ötüşür. Bilirik ki, nə zamansa səninlə görüşəcəyik uzaqlarda… Sən bizdən uzalaşdıqca, biz sənə yaxınlaşırıq, Xalid!
Bu arada Tacir Şahmalıoğlunun qəmli səsi, Vəsilə Əfqanqızının şeiri yada düşür:
Göy üzündən yerlər uzaq görünər,
Yerdəkilər göyə doğru sürünər,
Hər gün ruhum parça-parça bölünər,
Yolun düşsə bu dünyaya bir də gəl…Ağrılarım, acılarım dinməyib,
Sən gedəndən bir gün üzüm gülməyib,
Bu dünyanı görən gözüm görməyib,
Yolun düşsə bu dünyaya bir də gəl…Bilirəm ki, getdiyin yol uzaqdı,
Hər bayramım bir tələdi, tuzaqdı,
Sən gedəndən ev eşik də sazaqdı,
Yolun düşsə bu dünyaya bir də gəl…Gündüzlərim döndü gecə oldu, gəl,
Cavanlığım yavaş-yavaş soldu, gəl,
Səndən sonra dünya bomboş qaldı, gəl
Yolun düşsə bu dünyaya bir də gəl…Duman çöküb yollarımı görmürəm,
Nə müddətdir danışmıram, gülmürəm,
Getdiyin yer hər necədi bilmirəm,
Yolun düşsə bu dünyaya bir də gəl….Səndən sonra dünya necə dar oldu,
Dərdlərimə göz yaşlarım yar oldu,
Bilsən ömrüm necə ahu-zar oldu,
Yolun düşsə bu dünyaya bir də gəl….Gəl yolunu uca dağlar gözləyir,
Gül-çiçəkli barlı-bağlar gözləyir,
Vəsilənin gözü yollar gözləyir,
Yolun düşsə bu dünyaya bir də gəl….
Məkanın cənnət olsun, ruhun şad olsun, Xalid! Amin!
Rəşid Hüseynov (Amaşov).