Əslən Faxralı kəndindən olan Çiçək Novruzlu Beynəlxalq Fermat (FMO) Riyaziyyat Olimpiadasının seçim turunda iştirak edərək gümüş medalla təltif olunmuş və olimpiadanın Vyetnamda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Çiçək 264 nömrəli Məktəb-liseyin 8 a sinif şagirdidir. 25.11.2010 tarixində Bakı şəhərində anadan olmuşdur. 25 noyabr tarixi Çiçəyin sevincinə daha bir sevinc qatır, bu gün onun ad günüdür.
Qeyd edək ki, Çiçək Novruzlu Kamal Qurbanovun nəvəsidir.
Çiçək Novruzlunu əzmlə əldə etdiyi nailiyyətlərə görə təbrik edir, davamlı olmağını arzulayırıq.