Bakı şəhəri Xətai rayonu 25 saylı orta məktəbin şagirdi, əslən Faxralıdan olan Hümbət Əhmədov Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin Almaniyanın Constructor Universiteti ilə birgə keçirdiyi 4 aylıq proqramı olan “Talant Azərbaycan School” lahiyəsində iştirak edib. 30 noyabr tarixində imtahanları verərək müvəffəqiyyət sertifikatı ilə təltif olunub.
Hümbət keçən il də Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin Technest təqaüdünü qazanaraq “Məktəblilər ücün elektronika” kursunu bitirmiş və müvəffəqiyyət sertifikatı ilə təltif olunmuşdu. Technest təqaüdü çərcivəsində Techspace şirkətində Python proqramlaşdırma dili üzrə təlimi bitirmiş və beynəlxalq dərəcəli imtahanlarını vermişdi.
Qeyd edək ki, o Yahalar nəslindən Hümbət müəllimin nəvəsidir.
Hümbətə saytımız adından uğurlar və parlaq gələcək arzu edirik!