Şamil Rza oğlu Əlizadə

Şamil Rza oğlu Əlizadə

ÇÖHRƏSİ NURLU HƏKİM Yaddaşıma adı qızıl hərf­lər­lə yazılıb, nurlu bir insan kimi xətri mənim üçün həmişə əziz olanlardan biri də Faxralının ilk ali təhsilli həkimlərindən olan Şamil Əlizadədir. Özü də tam mə­suliyyətlə deyə bilərəm ki, o təkcə mənim qəlbimdə yox, bütün faxralıların, borçalı­ların, bir sözlə onu tanıyanların qəl­bin­də özünə mənəvi abidə qurub, heykəlləşib. Təkcə özü

Ətraflı
Şair Nəbi Miskin

Şair Nəbi Miskin

Şair Nəbi Oruc oğlu (1873-1945) barədə məlumat (şeirlərindən qısa nümunələrə buradan tanış ola bilərsiniz) Şair Nəbi 1873-cü ildə Faxralı kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Yeni doğulan körpənin ailəyə gətirdiyi sevinc, təəssüf ki, bir az sonra kədər və göz yaşları ilə əvəz olunub. Təsadüfən Nəbinin böyük qardaşı Hasanın əlindən xata çıxır: o, qonşu kəntdə

Ətraflı
Hüseynqulu Məmməd oğlu Məmmədli

Hüseynqulu Məmməd oğlu Məmmədli

QISA MƏLUMAT Hüseynqulu Məmməd oğlu Məmmədli – 1919-cu ildə Faxralı kəndində anadan olub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil-ədəbiyyat fakultəsini bitirib. Doğma kəndində müəllim, məktəb direktoru və 1963-cü ildən Azərbaycan Maarif Nazirliyində məktəblər üzrə inspektor işləyib. İşlə yanaşı ədəbi yaradıcılıqla da məşğul olub. “Deyilənlər gəldi başa” kitabının tərtibatçısı, “Dədə Qorqud gəzən yerdi bu yerlər” və “Görüm

Ətraflı
Şair Əli Qurban oğlu Məmmədov (Əli Faxralı)

Şair Əli Qurban oğlu Məmmədov (Əli Faxralı)

Əli Faxralının şeirlərindən nümunələrə buradan tanış ola bilərsiniz. ELİN ŞAİRİ (“Ellər var olsun” deyən, ellə birgə var olan Borçalı şairi Əli Faxralının 85 illik yubileyi qarşısında) Borçalı elinin ağsaqqal ziyalısı, xalq dilində yazan şairi Əli Faxralının qoşmaları, gəraylıları, gözəlləmələri, ustadnamələri, müxəmməsləri, divaniləri Azərbaycan oxucusuna tanışdır. O qədər ürəyə yatımlıdır ki, onları ilk dəfə oxuyan adam

Ətraflı
Şərif  Məhəmməd oğlu Ayvazov

Şərif  Məhəmməd oğlu Ayvazov

“ALİM NƏDİR KİTABA BAX, ŞAİR KİMDİR – XALQDAN SORUŞ” Xalq sevməyən insanı heç bir tərifdolu məqalələr, monoqra­fi­yalar yaşada bilməz. Hər bir insanın insanlığı üçün meyar yaxın və uzaq ətrafının sevgisidir. Şərif həkim tale verən ömrü sevgilərin, sağolların içində keçirdi. İnsanları bir-birindən seçmədi. Hamını bir gözdə gördü. Və bu əxlaqi keyfiyyət onun kişiliyindən, insanlığından xəbər verirdi. Evinin

Ətraflı
Şamil Qurbanov (filologiya elmləri doktoru, AR MM-in I, II çağırış millət vəkili)

Şamil Qurbanov (filologiya elmləri doktoru, AR MM-in I, II çağırış millət vəkili)

QISA MƏLUMAT Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və “Azərbaycan məktəbi” jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant işləmişdir. 1962-ci

Ətraflı
Əli Məhərrəm oğlu Hüseynov (biologiya elmləri doktoru, professor)

Əli Məhərrəm oğlu Hüseynov (biologiya elmləri doktoru, professor)

QISA MƏLUMAT Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1941- 1952-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1952-1953-cü illərdə kolxoz təsərrüfatlarında işləmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə daxil olmuşdur. 1959-cu ildə universiteti bitirmiş və bioloq ixtisasına yiyələnmişdir. Həmin il Faxralı orta məktəbində kimya və

Ətraflı
Şair İsmayıl Güllər

Şair İsmayıl Güllər

EL ŞAİRİ, EL ADAMI İşmayıl Güllərin şeirlərindən nümunələrə buradan tanış ola bilərsiniz. Dünyada heç də hər insanın ürəyi təmiz və böyük olmur. O in­san­ların ürəyi təmiz və böyük­dür ki, Allah-Təala onlara öz sevgisini, məhəb­bə­tini heç vaxt əsirgəməyib. Daha doğ­rusu, insanın ürəyi böyük olanda onun dün­yaya sevgisi də, istə­yi də, arzusu da tükənməz olur. Ürəyin böyüklüyü

Ətraflı
Namaz Hüseyn oğlu Bədəlov (kənd təsərrüfatı elmləri doktoru)

Namaz Hüseyn oğlu Bədəlov (kənd təsərrüfatı elmləri doktoru)

QISA MƏLUMAT Namaz Hüseyn oğlu Bədəlov 1932-ci il may ayının 20-də Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmişdir.1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra doğma yurduna qayıdaraq 1959-cu ilədək Faxralı kəndindəki “Qələbə” kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959-1961-ci illərdə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə

Ətraflı
Şəmistan Abdu oğlu Mikayılov (filologiya elmləri doktoru, professor)

Şəmistan Abdu oğlu Mikayılov (filologiya elmləri doktoru, professor)

QISA MƏLUMAT Şəmistan Abdu oğlu Mikayılov 1929-cu ilin oktyabr ayında Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1945-ci ildə Şəmistan Mikayılov Marneuli qəsəbəsində fəaliyyət göstərən Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuş və 1947-ci ildə həmin texnikumu bitirərək Faxralı orta məktəbinə sinif müəllimi təyin edilmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil

Ətraflı
Şair Əli Səngərli

Şair Əli Səngərli

Əli Səngərlinin şeirlərində nümunələrə buradan tanış ola bilərsiniz. HƏR QƏDİRBİLƏNDƏ SƏNGƏRLİ YAŞAR Əli Səngərli… Özümü biləndən, hə­­yatı dərk edəndən bu ad mənim üçün həmişə doğma olub, əziz olub. Ona qarşı həmişə bir doğmalıq, ya­xınlıq hiss etmişəm. O da mənə qarşı heç za­man biganə olmayıb. Mən onu bir müəllim kimi sevmişəm, o məni şa­girdi, yetir­məsi kimi.

Ətraflı
Oruc Bayram oğlu Piriyev (tarix elmləri doktoru)

Oruc Bayram oğlu Piriyev (tarix elmləri doktoru)

QISA MƏLUMAT Oruc Bayram oğlu Piriyev 1921-ci il 25 dekabrda Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1938-ci ildə orta məktəbi bitirmiş və 1940-ci ildə isə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Müharibə dövründə təhsilini yarımçıq qoymuş, könüllü surətdə cəbhəyə getmişdir. Cəbhədə göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilmişdir. Müharibədən təxris olunduqdan

Ətraflı
Tahir Musa oğlu Pənahov (fizika-riyaziyyat elmləri doktoru, professor)

Tahir Musa oğlu Pənahov (fizika-riyaziyyat elmləri doktoru, professor)

QISA MƏLUMAT Tahir Musa oğlu Pənahov 1936-cı il iyunun 10-da anadan olmuşdur. 1955-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına işə göndərilmişdir. 1962-ci ildə Azərbaycan EA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş, maqnit hadisələri, metallar fizikası və dəqiq ərintilərin fiziki metalşünaslığı istiqamətində

Ətraflı
Şair Şaban Məmmədəli oğlu Qurbanov

Şair Şaban Məmmədəli oğlu Qurbanov

ELİMİN ŞAİR OĞLU – ŞAİR ŞABAN Şair Şabanın şeirlərindən nümunələrə buradan tanış ola bilərsiniz. Azərbaycan elminə 100-dən artıq alim və tanınmış ictimai-siyasi xadimlər bəxş etmiş Fax­ralı kəndi təkcə Borçalıda yox, Azər­baycanda da həm də saz-söz ustadları – məşhur aşıq və şairləri ilə tanınır. Təkcə XX əs­rin ortalarında öz şeirləri ilə xalq şairləri Səməd Vurğun və

Ətraflı
Süleyman Mehralı oğlu Qasımov (iqtisad elmləri doktoru, professor)

Süleyman Mehralı oğlu Qasımov (iqtisad elmləri doktoru, professor)

QISA MƏLUMAT Süleyman Mehralı oğlu Qasımov 1961-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1978-ci ildə Faxralı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Xalq Təsərürfatı İnstitutuna (indiki ADİU-nun) daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir.1982-ci ildə Neft Daşları, Neft və qazçıxarma idarəsində gənc mütəxəssis kimi əmək fəliyyətinə başlamışdır. 1982-ci ildən 1991-ci ilədək

Ətraflı
Rahilə İlyas qızı Ramazanova (elmlər doktoru)

Rahilə İlyas qızı Ramazanova (elmlər doktoru)

QISA MƏLUMAT Rahilə İlyas qızı Ramazanova 1969-cu il mayın 4-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1985-ci ildə Faxralı orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya institutunun Geoloji kəşfiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültədə təhsilini “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1990-cı ildə Azərbaycan

Ətraflı
Əli Bayram oğlu Əliyev (elmlər namizədi)

Əli Bayram oğlu Əliyev (elmlər namizədi)

QISA MƏLUMAT Əli Bayram oğlu Əliyev 1923-cü il mayın 28-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1941-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1943-cü ildə Hərbi Topçuluq məktəbini bitirmiş, zabit rütbəsi almış və 1945-ci ilədək İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşmuşdur. Əli Əliyev 1945-ci ildən başlayaraq Faxralı kəndindəki “Qələbə” kolxozunda mühasib köməkçisi, baş mühasib, ilk partiya təşkilatının

Ətraflı
Pənah Hüseyn oğlu Mahmudov (elmlər namizədi)

Pənah Hüseyn oğlu Mahmudov (elmlər namizədi)

QISA MƏLUMAT Pənah Hüseyn oğlu Mahmudov 1919-cu ildə Bolnisi rayonunun (həmin vaxt Borçalı mahalının Bolus nümayəndəliyi adlanırdı) Faxralı kəndində anadan olmuşdur. İlk təhsilini 1927-ci ildə Faxralı yeddiillik məktəbində almışdır. 1934-cü ildə məktəbi bitirib Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuşdur. Texnikumu 1937-ci ildə bitirib müəllimliyə başlamışdır. Borçalının Baydar, Qasımlı, Aşağı Saral kənd məktəblərində dərs hissə müdiri,

Ətraflı
Eldar Hüseynqulu oğlu Məmmədov (elmlər namizədi)

Eldar Hüseynqulu oğlu Məmmədov (elmlər namizədi)

QISA MƏLUMAT Eldar Hüseynqulu oğlu Məmmədov 1949-cu il may ayının 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955 – 1965-ci illərdə orta məktəbi bitirmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) qəbul olmuş, 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1969-1991-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi

Ətraflı
Elxan Hüseynqulu oğlu Məmmədli (elmlər namizədi)

Elxan Hüseynqulu oğlu Məmmədli (elmlər namizədi)

QISA MƏLUMAT Elxan Hüseynqulu oğlu Məmmədli 1946-cı il yanvar ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1963-cü ildə Bakının 23 saylı orta məktəbini bitirmişdir. 1965-ci ildə ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə ali təhsilini uğurla başa vurmuşdur . Elmi fəaliyyətə “Şair Nəbinin həyat və yaradıcılığı”na həsr etdiyi diplom işi ilə başlamışdır.

Ətraflı
Nəbi Gülməmmədov

Nəbi Gülməmmədov

ARİF VƏ AQİL ZİYALI Hər dəfə onu xatırlayanda məşhur Çin filosofu, eramızdan əvvəl VI əsrdə yaşamış Lao Tsizin sözləri yadıma dü­şür: “Kim adamları tanıyırsa – arif­dir. Özünü tanıyırsa – aqildir. Adam­lara qalib gəlirsə – güclüdür. Özünə qalib gəlirsə – qüdrətlidir. Biliyi çox­dursa – dövlətlidir. İnadkardırsa – ira­dəsi var. Təbiətini dəyişirsə – uzun­ömür­lüdür. Öləndən sonra unudul­mursa

Ətraflı
Sabir Alı oğlu Budaqov

Sabir Alı oğlu Budaqov

VAR-DÖVLƏT DOST DEYİL, DOST VAR-DÖVLƏTDİR Başqalarını bilmirəm, amma qə­ləm adamları yəqin mənimlə ra­zı­laşar ki, bəzən ən yaxından tanı­dığın, insanlığına, xeyir­xah­lı­ğına bə­­ləd olduğun, səmimiyyətinə vu­rulduğun ən doğma adam haqqında nəsə yazmaq elə də asan olmur. Nə qədər ki, əli­nə qələm götürüb düşüncələrini vərəqlərə köçürməyə başla­ma­mısan düşünürsən ki, sənə bunca doğma və əziz olan bir in­san haqqında yazmağa

Ətraflı
Sabir Məcid oğlu Aşırov

Sabir Məcid oğlu Aşırov

Sabir Məcid oğlu Aşırov 1955-ci il dekabr ayının 17-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Aşırlı” nəslindəndir. 1963-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. 1975-1977-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əsgəri xidmətdən tərxis olunduqdan sonra, 1978-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun hüquq

Ətraflı
Kərim Məmmədəli oğlu Kərimov (elmlər namizədi)

Kərim Məmmədəli oğlu Kərimov (elmlər namizədi)

QISA MƏLUMAT Kərim Məmmədəli oğlu Kərimov 1929-cu ildə Bolnisi rayonunun (həmin vaxt Borçalı mahalının Çürük Qəmərli nümayəndəliyi adlanırdı) Faxralı kəndində anadan olmuşdur. 1937 – 1948-ci illərdə Faxralı orta məktəbini  bitirmişdir. 1949-cu ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültəni bitirib zootexnik ixtisasına yiyələnmişdir. 1955-ci ildə Faxralı kəndinə qayıtmış və “Qələbə” kolxozunun baş zootexniki vəzifəsini icra etmişdir. 1967-ci ildə Kərim

Ətraflı
Vəli Daryax oğlu Sultanov (elmlər namizədi)

Vəli Daryax oğlu Sultanov (elmlər namizədi)

QISA MƏLUMAT Vəli Daryax oğlu Sultanov 1928-ci ildə Bolnisi rayonunun  Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi Faxralı kəndində bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və 1955-ci ildə Neft və qaz quyularının qazılması ixtisasına yiyələnmişdir. Bir müddət neft buruqlarında işləmiş, 1958-ci ildə “ÜİTTETİ-də” (ümumittifaq Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu) çalışmışdır.1968-ci ildə namizədlik dissertasiyası müdafiə

Ətraflı
Eyvaz İsmayıl oğlu Məmmədov

Eyvaz İsmayıl oğlu Məmmədov

ŞEİRƏ SIĞIŞMAYAN DASTANI QALDI Bu günlərdə elimizin ləyaqətli oğlu, şəx­siyyətinə və ya­ra­dıcılığına həmişə bö­­yük hörmət bəslədiyim mərhum mü­əllimim, şeirlərini hər za­man sevə-sevə oxuduğum Əli Səngərlinin “Şair ürəyi” kitabını növbəti dəfə oxuyurdum. Hər mis­rasından Bor­ça­lı ətri, Vətən qoxusu gələn şeir­lərinin birindən digərinə keç­dikcə sanki aranlı-dağlı Borçalını, Fax­ra­lının yaylaq yerlərini bir də gəzirdim, xə­yal məni ötən illərə

Ətraflı
Sənəm Hüseyn qızı Mahmudova

Sənəm Hüseyn qızı Mahmudova

GÖZƏL ANA, ZƏHMƏTKEŞ MÜƏLLİM Uzun illərdir ki, pedaqoji sahədə çalışıram. Təhsilimizin dünəni və bu günü, bu sahədə əldə olunan uğurlar və prob­lem­lərlə bağlı dəfələrlə mət­­buatda çıxış etmiş, müxtəlif sə­viy­yəli kon­frans və simpo­ziumların işti­rakçısı olmuşam. Və hər çıxı­şım­da, məqaləmdə ana xətti müəllim şəx­siy­yəti, müəllim zəh­mə­tinin qüd­rəti və şərəfi təşkil edib. Bəlkə də bəzi­ləri bunu özümün də

Ətraflı
Niyazi Allahyar oğlu Qasımov

Niyazi Allahyar oğlu Qasımov

OT KÖKÜ ÜSTƏ BİTƏR …Kim nə deyir-desin, hər bir insanın əsli-kökü və nəsli-nəcabəti olmalıdır. O insanın ki, damar­la­rın­dan axan qan təmiz olur, duru olur, hə­min insanlar həmişə xalq, millət üçün çox­larının görə bilmədiyi işləri həyata keçirirlər. O işləri ki, yeri gələndə bu adamlar canından belə keçməyə qorx­murlar. Bir də, heç kəs dünyaya qəhrəman kimi göz

Ətraflı
Həsənəli Əli oğlu Əlizadə (elmlər namizədi)

Həsənəli Əli oğlu Əlizadə (elmlər namizədi)

QISA MƏLUMAT Həsənəli Əli oğlu Əlizadə 1922-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin Faxralı kəndində anadan olmuşdur. 1931-1941-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1941-ci ildə hərbi xidmətə çağırılmış, 1942-ci ildə cəbhədə yaralanıb və həmin ilin sonunda ordudan tərxis olunmuşdur. 1943-1945-ci illərdə kolxozda mühasib işləmişdir. 1945-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1949-cu ildə həmin institutu bitirmişdir.

Ətraflı
Yolçu Əhməd oğlu Əlizadə (elmlər namizədi)

Yolçu Əhməd oğlu Əlizadə (elmlər namizədi)

QISA MƏLUMAT Yolçu Əhməd oğlu Əlizadə 1922-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1946-cı ildə Faxralı orta məktəbini qızıl madalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısıdlr. Müharibədə orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1956-cı ildə oranı bitirmişdir. 1946 –

Ətraflı
Ənvər Allahyar oğlu Qasımov

Ənvər Allahyar oğlu Qasımov

 “MƏN QORXARDIM ÖLÜMDƏN”… Qara torpağına sürtdüm üzümü, Üzüm el yanında ağardı, Vətən. Abbas Abdulla …Müharibənin çətin anlarını və məşəq­qət­lərini yaşayan in­­sanlar çox yaxşı bilirlər ki, bu nə deməkdir. Mü­haribə həm dəhşətdir, həm də ölüm! Bu dəhşətli anın içində olan insanlar hə­mişə müharibəni maraqlı filmə bənzədiblər. Çünki odun-alo­vun içində olan döyüşçülər hər an irəliyə getməyə can

Ətraflı
Telli Məmməd qızı Məmmə­dova

Telli Məmməd qızı Məmmə­dova

ÇAĞLAYAN ÇEŞMƏ Dahilərdən  biri deyib: “Dünya­da ən uzun və eyni zamanda ən qısa şey bizim həya­tı­mızdır”. Əlbəttə, in­san ömrü heç də çox yaşa­maq­la öl­çülmür. İnsan ömrü onunla ölçü­lür ki, həmin adam həyatda yaşadığı dövrdə hansı iş­lər görüb, əməlləri necə olub və ən nəhayət, in­san­ların yadında necə qalıb. Adam var ki, elə sağ­lığında insanların ürəyində özü­nə

Ətraflı
Xəlilov Əli Süleyman oğlu – Əsmələr Əli

Xəlilov Əli Süleyman oğlu – Əsmələr Əli

TÜRK OĞLU NƏ DÜŞMƏNƏ, NƏ BİR YADA ƏYİLƏR “Hər cür yasarın at oynada bil­mədiyi, dost qarşılayıb, yağı basan” bir mahaldı Faxralı. Yad önündə sın­mayan, yol-ərkan gözləyən, dün­ya şöh­rətli ziyalılar yetirib Faxralı. Belə məşhur kəndin oğullarından biri də Əsmələr Əlidir. Əsrimizin böyük söz fatehi Zəlimxan Yaqu­bun təbirincə desək – “Türk oğlu nə düşmənə, nə bir yada əyilər,

Ətraflı
Dünyamalı Həsən oğlu İmanov

Dünyamalı Həsən oğlu İmanov

“VAR OLAN DÜNYADA SİZ DƏ VARSINIZ” Borçalıda ağır el kimi tanınan Faxra­lı­dan söhbət düşəndə Dünya­malı müəllimi xatır­la­ma­maq sadə­cə olaraq günah olardı. O Dünya­malı müəllimi deyirəm ki, hər za­man adı çəkiləndə Bor­çalının öm­rünü şam kimi əridən gözəl müəl­li­m­ləri xatır­la­nır. Faxralı deyiləndə ləngərli ye­rişi, şahanə du­ruşu, ədəb-ərka­nı ilə se­çilən, eldə-obada bir sözü iki ol­ma­yan, bircə kəlməsi düş­mənlər

Ətraflı
Qurban Hüseynov

Qurban Hüseynov

YAXŞILIQ CARÇISI Bəzən kiminsə haqqında söh­­bət düşən­də, cəmiyyətdəki möv­­­­qeyindən danışanda çoxları ilk növbədə onun daşıdığı və­zifə ilə maraqlanırlar. Sanki hər şey vəzi­fənin bö­yük və ya ki­çik­liyin­dən asılıdır. Məncə bu, düzgün yanaşma deyil. Vəzi­fə­nin bö­yük­­lüyü sadəcə olaraq insanın səla­hiy­yət­lərini ge­niş­lən­dirə bilər, onun qəlbindəki vətən yanğısı, el-oba sevgisi, xe­yir­xahlıq və sə­mi­miyyət kimi keyfiyyətlər isə hər kəsin qanında,

Ətraflı
Bayram Ayvaz oğlu Ayvazov

Bayram Ayvaz oğlu Ayvazov

QAZANILAN SƏRVƏT Faxralılar haqqında ya­zan­da türk dün­yasının bö­yük şairi, hamımızın sevimlisi Zə­lim­xan Yaqubdan misallar gə­tir­mişəm. Yenə o söz fate­hinin bir beyti yadıma düşür: El yadda saxlamaz evdən gedə­ni, İnsan əzizlənər eldən gedəndə. Nə qədər dəqiqiliklə, həs­saslıqla ve­ril­miş bir qiymət­dir. Xalq şairinin böyük bə­dii usta­lıqla ifadə etdiyi bu mə­lum həqi­qət indi­­­yədək tarixin sınaqlarından azmı çıxıb. Hər

Ətraflı
Çərçi qızı -Balaxanım Abbasəli qızı

Çərçi qızı -Balaxanım Abbasəli qızı

ÇƏRÇİ QIZI BƏDÖY MİNİB ÇAPIBDI Dünyada elə qadınlar var ki, igidliyinə, mərd­liyinə və cə­sur­lu­ğuna görə, heç də kişi­lər­dən ge­­ri qalmırlar. Onlar da lazım gə­­ləndə əlinə silah götürür, qı­lınc alır, at belinə qal­xaraq ya­ğı­lara qarşı vuruşurlar. Və elə vu­ru­şurlar ki, onların döyüşkənliyi uzun zaman tarixin yaddaşında qalır. Deyirlər ki, tarix ən gözəl şa­hiddir. Bəli, bu, həqiqətən be­lədir.

Ətraflı
Şeyx İsgəndər (Göyüş öyü)

Şeyx İsgəndər (Göyüş öyü)

Şeyx İsgəndər (Göyüş öyü) (naməlum, 1953) – Xorasanın nüfuzlu ali-dini məktəbini bitirib. “HAQQ SÖZ İNCİ DƏ OLSA…” Faxralı məscidinin bərpası zama­nı yara­dı­lan süni əngəllər istər-istə­məz məni bir az əv­vəllərə apardı. Kən­­­dimizin tarixinə bir də nə­zər sal­dım. Bu dəfə başqa yöndən. Azər­bay­can elmi­nə, ədəbiyyatına görkəmli şəx­­­siy­yət­lər, ictimai-siyasi xadimlər bəxş etmiş doğma Fax­ra­lımın din adam­­­larının sorağına düş­düm.

Ətraflı
Tahir Məhəmməd oğlu Qasımov (elmlər namizədi)

Tahir Məhəmməd oğlu Qasımov (elmlər namizədi)

ELM SƏRHƏD TANIMIR Bəzən adam elə fikirləşir ki, bütün insanların taleyi və hə­yatı bir-birinə bənzəyir. Ancaq bu, ilk baxışdan belə görünür. Yəni haradasa insan dünyaya gəlirsə, böyüyürsə və yaşa dolub  həyatda öz irsini qoyursa, onda hər bir adamın özünün yaşam tərzi və ömür yolu olur. Bu ömür yolları heç də asan, rahat və sakit olmur.

Ətraflı
Valeh Aslan oğlu Əliyev

Valeh Aslan oğlu Əliyev

ÖZ KÖKÜ ÜSTÜNDƏ BİTƏN YAXŞIDI Deyirlər ki, həyat heç vaxt aciz insanları və zəifləri sevmir. Bu fikirdə çox böyük həqiqət var. Əgər kimsə ömrü boyu ba­şının altına yastıq qoyub yatırsa, qolunu çırmalayıb bir iş gör­mürsə və günlərin birində də yaşa dolub qocalaraq dünyasını də­yişirsə, əlbəttə, bütün günah həmin insanın özündədir. Gərək insan dünyaya nə üçün

Ətraflı
Məmmədəli Allahverdi oğlu Babaşlı (ilahiyyət elmləri namizədi)

Məmmədəli Allahverdi oğlu Babaşlı (ilahiyyət elmləri namizədi)

QISA MƏLUMAT Məhəmmədəli Allahverdi oğlu Babaşov 1959-cu il avqustun 6-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə Faxralı kənd orta məktəbində təhsil almışdır. 1976-cı ildə Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuşdur. 1980-ci ildə IV kursdan sonra Yəmən Xalq Demokratik Respublikasına ərəb dili tərcüməçisi kimi ezam olunmuşdur. 1980-1983-cü illərdə Yəmənin paytaxtı

Ətraflı
Eldar Həsən oğlu Qurbanov

Eldar Həsən oğlu Qurbanov

QISA MƏLUMAT Eldar Həsən oğlu Qurbanov 1957-ci il noyabr ayının 19-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1964-cü ildə Faxralı orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi  bitirmişdir. Eldar Qurbanov 1976-cı ildə hərbi xidmətə çağrılmış və 1978-ci ildə ordu sıralarından tərxis olunmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakultəsinə

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur