Köç adətləri
Yaylağa gedəndə. Elə ki, Novruz bayramında bayramlaşma başa çatır, camaat əl-ayağa düşür, yaylağa, dağa-binəyə hazırlaşır. Qadınlar məhləliklə əriştə kəsir; əriştə köməkliklə aşan işdi xəmir yoğurmaq, kündələmək, yayıb kəsmək, məxsusi hazırlanmış kəndirə sərmək, quruyandan sonra sacda qovurmaq… Qadınlar kirkirədə duz, qovrulmuş taxıldan qovud çəkirlər. Çadır günə verilir, sökülən yerləri səliqəylə tikilir, lazım gəlsə yamaq salınır. Nəmi üçün kisələrdən, köhnə, yararsız
Ətraflı