Almaz Bayram oğlu Nəbiyev

Almaz Bayram oğlu Nəbiyev

Almaz Bayram oğlu Nəbiyev 1959-cu ildə  Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Yahalar” nəslindəndir. 1-ci Qarabağ müharibəsində “itkin” düşüb. Politexnik institutunu bitirib 1980. “VAİV” (indiki “İqlim” İstehsalat birliyi) zavodunda mühəndis kimi əmək fəaliyyəinə başlayan gənc mütəxəssis az sonra sex rəisi təyin olunub… 1993-cü il idi. Azərbaycan ordusunun hissələri Qarabağın dağlıq hissəsində fəallaşan

Ətraflı
İlqar Əli oğlu Osmanov

İlqar Əli oğlu Osmanov

İlqar Əli oğlu Osmanov 1974–cü ildə anadan olub. 1-ci Qarabağ müharibəsində “itkin” düşüb. Orta təhsil aldıqdan sonra işləyirdi. 1992-ci ildə ordu sıralarına çağırılmışdı… Strateji əhəmiyyətli bir yüksəkliyi ələ keçirmək üçün düşmənin ardıcıl həmlələri son iki gündə nisbətən səngimişdi. Bunun zahiri xarakter daşıdığı gün kimi aydınıydı; kəşfiyyatçılanmızın öyrənə bildikləri təsdiqləyirdi ki, düşmən qəti hücuma hazırlaşır. Onda sıravi

Ətraflı
… Arif qızı Bədəlova

… Arif qızı Bədəlova

DİQQƏT!!! Xahiş olunur bu şəxs barədə aşağıdakı məlumatları [email protected] e-mailinə göndərəsiniz: Təvəllüdü Doğulduğu yer Orta təhsili (haranı bitirib, nə vaxt) Ali təhsili (haranı bitirib, nə vaxt) Əmək fəaliyyəti (yeri, tarixi, vəzifəsi) Elmi dərəcəsi, kitabları Rütbəlidirsə, rütbəsi Mükafatı, təltifləri Döyüş əməliyyatlarında iştirakı (harada), veteran olması Faxralı üçün etdiyi müsbət iş və əməlləri Foto şəkili (skan edilmiş) və s.

Ətraflı
İlqar Qulaməli oğlu Novruzov

İlqar Qulaməli oğlu Novruzov

İlqar Qulaməli oğlu Novruzov 11.07.1967-ci il tarixində Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Güllər” nəslindəndir. Təhsili: O, 1974-1984-cü illərdə Faxralı orta məktəbini bitirmişdir. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini və eyni zamanda hərbi kafedranı bitirərək “leytenant” hərbi rütbəsi almışdır. Əmək fəaliyyəti və hərbi xidməti: Ali təhsildən sonra əmək fəaliyyətinə başlamışdır. 1993-cü

Ətraflı
Vaqif Xəlil oğlu Xəlilov

Vaqif Xəlil oğlu Xəlilov

Vaqif Xəlil oğlu Xəlilov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Ayvazöyü” nəslindəndir. O, 1990-cı illərdə Azərbaycanın Qarabağ bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak edib. Vaqif ağır döyüşlərin birində yaralanıb və görmə qabiliyyətini itirib. Təəssüflər olsun ki, qazi zirvəsinə yüksələn Vaqif Xəlilov Qarabağın işğaldan azad olunmasını, Azərbaycanın üçrəngli bayrağının Qarabağda dalğalanmasını

Ətraflı
Allahverdi Qulu oğlu Allahverdiyev

Allahverdi Qulu oğlu Allahverdiyev

Allahverdi Qulu oğlu Allahverdiyev 10 iyun 1972-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Balammədli” nəslindəndir. 1979-1989-cu illərdə Faxralı orta məktəbini bitirib. 1990-cı ildə Gəncə şəhərində yerləşən 77 nömrəli Texniki Peşə Məktəbinin toxuculuq bölməsinə daxil olub və eyni vaxtda Gəncə Xalça Kombinatında toxucu kimi işə başlayıb. 1991-ci ildə Gəncənin Azərbaycan Kənd Təsərrüfatı

Ətraflı
Dilarə Əliyeva (Terror qurbanı, Sankt-Peterburq)

Dilarə Əliyeva (Terror qurbanı, Sankt-Peterburq)

Faxralı kənd sakini Dilarə Səməndər qızı Əliyeva (Minallar nəsli) 03.04.2017-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində metroda törədilmiş terror əməliyyatının günahsız qurbanı olmuşdur. Allah rəhmət eləsin! https://m.facebook.com/watch/?v=2771966989481472&ref=notif&notif_t=page_highlights&_rdr REDAKTOR

Ətraflı
Rəşid Qarası oğlu Novruzov

Rəşid Qarası oğlu Novruzov

Rəşid Qarası oğlu Novruzov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Güllər” nəslindəndir. Ali təhsillidir. Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Rütbəsi “mayor”-dur.

Ətraflı
Qurban Hüseyn oğlu Hüseynov

Qurban Hüseyn oğlu Hüseynov

Qurban Hüseyn oğlu Hüseynov 24.04.1973-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1980-1990 illərdə Faxralı kənd orta məktəbində təhsil alıb və 1990 ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan İnşaat Mühəndislər Universitetinə daxil olub. 1993-cü ildə Universitetin 3-cü kursunda əyani oxuyarkən könüllü olaraq Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və suverenliyi uğrunda gedən döyüşlərə qatılıb.

Ətraflı
Abbas Allahverdi oğlu Bədəlov

Abbas Allahverdi oğlu Bədəlov

Abbas Allahverdi oğlu Bədəlov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Bədəlli” nəslindəndir. 1990-cı illərdə tələbə olarkən könüllü olaraq Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Əsasən Ağdərə rayonunda vuruşub. Azərbaycan Daxili İşlər Orqanlarında çalışır. Rütbəsi “polis mayoru”-dur.

Ətraflı
Elşad Alı oğlu Aşirov

Elşad Alı oğlu Aşirov

Elşad Alı oğlu Aşirov əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndindəndir. Kəndin “Aşırlı” nəslindəndir. 1975-ci ildə Azərbaycan Respubilkası Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. 1994-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə gedib. Qarabağın Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 1997-ci ildə hərbi xidmətdən tərxis olunub. 1993-cü ilde Azerbaycan Texniki

Ətraflı
Elman Eyvaz oğlu Bayramov

Elman Eyvaz oğlu Bayramov

Elman Eyvaz oğlu Bayramov 05.02.1970-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1987-ci ildə Faxralı orta məktəbini bitirdikdən sonra Bakı şəhəri Məşədi Əzizbəyov adına AzNKİ-yə daxil olub və 1993-cü ildə Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə SSRİ SQ-də hərbi xidmət keçib (Belorisiya və Voloqda vilayəti). 1993-cü ildə akademiyanı bitirdikdən sonra Azərbaycan Respublikasının

Ətraflı
Ziyəddin Mahmud oğlu Namazov

Ziyəddin Mahmud oğlu Namazov

Ziyəddin Mahmud oğlu Namazov 3 sentyabr 1955-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Mollaöyü” nəslindəndir. Onu ZİQO kimi də tanıyırlar. 1962-1972 ci illərdə Tbilisi şəhərində orta məktəbdə oxuyub. 1972-1976 ci il Bakı şəhərində İqtisadiyyat universitetini bitirib. 1978 -ci ildən Tbilisidə “Zaqafqaziya Hərbi Bazasında”- zabit kimi xidmətə başlayıb. 1992-ci ilin yanvar ayından

Ətraflı
Əjdər Yusif oğlu Qasımov

Əjdər Yusif oğlu Qasımov

Əjdər Yusif oğlu Qasımov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Qasımlı” nəslindəndir. O, 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində Murov dağı uğrunda gedən döyüşlərdə iştirak edib. Rütbəsi “baş leytenant”-dır. Əgdər Qasımov barədə daha ətraflı məlumat almaq üçün bu link üzərinə klik edin. Əjdər öz həmkəndlisi mərhum İlqar Novruzovla cəbhə yoldaşı olub.

Ətraflı
Nəbi Muxtar oğlu Əlləzov

Nəbi Muxtar oğlu Əlləzov

Nəbi Muxtar oğlu Əlləzov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. O, 1991-94-cü illərdə Qarabağın Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Nəbi öz həmkəndlisi Şahmuradov Rauf Alı oğlu ilə bir yerdə cəbhə yoldaşı olub.

Ətraflı
Aslan Şamxal oğlu İsmayılov

Aslan Şamxal oğlu İsmayılov

Aslan Şamxal oğlu İsmayılov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Qazaxlı” nəslindəndir. 1993-cü illərdə Qarabağın Ağdam rayonu uğrunda gedən döyüşlərində fəal iştirak edib.

Ətraflı
Yaşar Rüstəm oğlu İsmayılov

Yaşar Rüstəm oğlu İsmayılov

Yaşar Rüstəm oğlu İsmayılov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Qazaxlı” nəslindəndir. 1990-cı illərdə Qarabağın Ağdam, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə fəal iştirak edib və yaralanıb. Zabitdir.

Ətraflı
Əhmədalı Eyvaz oğlu Əhmədov

Əhmədalı Eyvaz oğlu Əhmədov

Əhmədalı Eyvaz oğlu Əhmədov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Azərbaycan Respublikasının Qazax rayonunun Musaköy kəndində tank hərbi hissəsində “gizir” kimi xidmət edib. Qarabağın Ağdərə rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Tank bölüyünün komandiri olub.

Ətraflı
Tofiq Əmirxan oğlu Həsənov

Tofiq Əmirxan oğlu Həsənov

Tofiq Əmirxan oğlu Həsənov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Həsənli” nəslindəndir.  Eloğulları onu “TOM” kimi də tanıyır. O, Azərbaycanın Qarabağda bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. Döyüşlərin birində ağır yaralanıb və qazi zirvəsinə yüksəlib. Tofiq Qarabağda həmkəndlisi Vaqif Xəlilovla bir yerdə cəbhə yoldaşı olub.

Ətraflı
Seymur Vəli oğlu Qasımov

Seymur Vəli oğlu Qasımov

Seymur Vəli oğlu Qasımov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Qasımlı” nəslindəndir. O, Azəbaycan Respublikasının Prezident Aparatının göstərişi ilə Qarabağa döyüş bölgələrinə ezam olunub. Seymur həmkəndlisi Qaleh Qasımovla birlikdə cəbhə yoldaşı olub. O, Füzuli, Cəbrayıl, Ağdərə, Laçın rayonlarında gedən ağır döyüşlərdə iştirak edib.

Ətraflı
Hüseyn Ələsgər oğlu Nuriyev

Hüseyn Ələsgər oğlu Nuriyev

Xahiş olunur bu şəxs barədə aşağıdakı məlumatları [email protected] e-mailinə göndərəsiniz: Təvəllüdü Doğulduğu yer Orta təhsili (haranı bitirib, nə vaxt) Ali təhsili (haranı bitirib, nə vaxt) Əmək fəaliyyəti (yeri, tarixi, vəzifəsi) Elmi dərəcəsi, kitabları Rütbəlidirsə, rütbəsi Mükafatı, təltifləri Döyüş əməliyyatlarında iştirakı (harada), veteran olması Faxralı üçün etdiyi müsbət iş və əməlləri Foto şəkili (skan edilmiş) və s. Bundan

Ətraflı
Səkinə Namazova

Səkinə Namazova

Səkinə Namazova (1961)   Yaradı (Cığlı təcnis ) İnsan gərək sevgisində mərd ola, Etibarsız adanmaya yar adı. Əzizinəm yaradı, Hicran da bir yaradı. Təmiz ad baş tacıdı, Yaxşı qoru, yar, adı. Lağ etmə kimsəyə, başına gələr, Hamını Tanrının özü yaradı, Xəzan vurdu, bağçam oldu qara, bax, Kim vurubdu əllərinə qara bağ? Əzizinəm Qarabağ, Əsir düşdü

Ətraflı
Hüseyn Pənah oğlu Mahmudov

Hüseyn Pənah oğlu Mahmudov

general-mayor Xahiş olunur bu şəxs barədə aşağıdakı məlumatları [email protected] e-mailinə göndərəsiniz: Təvəllüdü Doğulduğu yer Orta təhsili (haranı bitirib, nə vaxt) Ali təhsili (haranı bitirib, nə vaxt) Əmək fəaliyyəti (yeri, tarixi, vəzifəsi) Elmi dərəcəsi, kitabları Rütbəlidirsə, rütbəsi Mükafatı, təltifləri Döyüş əməliyyatlarında iştirakı (harada), veteran olması Faxralı üçün etdiyi müsbət iş və əməlləri Foto şəkili (skan edilmiş) və s.

Ətraflı
Nadir Mənsur oğlu Babaşov

Nadir Mənsur oğlu Babaşov

Nadir Mənsur oğlu Babaşov – 15 may 1934-cü ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1944-cü ildəFaxralı orta məktəbini bitirib. 1953-cü ildəTürkmənistan respublikasının Kaska şəhərində 4 il Sovet Ordu sıralarında hərbi xidmət edib. 1960-cı ildə Tbilisi Dəmir Yol Tikinti idarəsində briqadir vəzifəsində çalışıb. 1963-1988-ci illərdə isə Gürcüstan Daxili İşlər Nazirliyinin Bolnisi rayon milis

Ətraflı
Firuz Abbas oğlu Əlizadə

Firuz Abbas oğlu Əlizadə

Firuz Abbas oğlu Əlizadə 08.08.1970-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Koxallılar” nəslindəndir. 1977-1987-ci illərdə Faxralı orta məktəbini bitirib. Ali təhsillidir. Azərbaycan İnşaat-Mühəndislər Universitetində təhsil alıb. 1988-1990-cı illərdə Ordu sıralarında həqiqi hərbi xidmət keçib. 1992-ci ildə Azərbaycan Respublikasının sərəncamı ilə səfərbərlik ilə əlaqədar yenidən Ordu sıralarına cəlb edilib, Azərbaycanın Ağdam, Tərtər

Ətraflı
Yusif Allahyar oğlu Nəbiyev

Yusif Allahyar oğlu Nəbiyev

Yusif Allahyar oğlu Nəbiyev Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Yahalar” nəslindəndir. O, Azərbaycanın erməni işğalçılarına qarşı apardığı 1-ci Qarabağ müharibəsində fəal iştirak edib. Yusif 1990-cı illərdə könüllü döyüşlərə qatiıb və əsir düşüb. Sonra Faxralının qeyrətli oğulları pul müqabilində onu əsirlikdən azad ediblər. O, hal-hazırda Rusiyanın Belqorodski oblastının Navaskol şəhərində yaşayır. Ailəlidir.

Ətraflı
Çoban Vahid oğlu Bayramov

Çoban Vahid oğlu Bayramov

Çoban Vahid oğlu Bayramov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Alğullar” nəslindəndir. O, 1990-cı illərdə tələbə olarkən təhsilini yarımçıq qoyub silaha sarılaraq “Boz qurd” dəstəsinə daxil olaraq ağır döyüş əməliyyatlarında iştirak edib.

Ətraflı
Vüqar Musa oğlu Bədəlov

Vüqar Musa oğlu Bədəlov

Vüqar Musa oğlu Bədəlov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Bədəlli” nəslindəndir. O, 1990-93-cü illərdə Azərbaycanda “Boz qurd” dəstəsinə daxil olaraq Ağstafa, Qazax, Çaylı, Murov dağ bölgələrində döyüş əməliyyatlarında iştirak edib.

Ətraflı
Kamran Aydın oğlu Xəlilov

Kamran Aydın oğlu Xəlilov

Kamran Aydın oğlu Xəlilov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Güllər” nəslindəndir. O, 16-17 yaşlarında könüllü olaraq Vətənin müdafiəsinə qalxmış, göstərdiyi xidmətə görə “çavuş” rütbəsi ilə müküfatlandırılımış və manqa komandiri olmuşdur. İgidliyinə və qorxmazlığına görə o, “Gürcüstanlı malış” ləqəbi qazanmışdır.

Ətraflı
Məmmədəli Əlləzov

Məmmədəli Əlləzov

Məmmədəli ƏLLƏZOV (1939). M.F.Axundov adına APEİ-nin rus dili və ədəbiyyatı fakültəsini bitirib (1965). Azərbaycanın bir sıra rayonlarında, sonra Faxralının məktəblərində müəllim işləyib. Müxtəlif səpgili şeirləri dövri mətbuatda, almanaxlarda dərc olunub. Sözə alışalı duyğularımıza ad elədiyimiz şeirlərdən yana ürəyimiz uçunub. Fikrin poetik-bədii ifadəsi oxucuya həmişə könül xoşluğu verib, oxucu qəlbini ehtizaza gətirib. Bu anlamda şeirin şəriki olmayan

Ətraflı
Nəbi Ayvazov

Nəbi Ayvazov

Nəbi Ayvazov (1914-2002) Dağlar Yaz gələndə həsrətim tək, Əriyəcək buzun dağlar. Sızqı çıxıb göyərəndə Mələyəcək quzun, dağlar. Ağuşunda gen sinəndə, Yorğun yolçu isinəndə, Boran, çovğun silkinəndə Yaman dönür üzün, dağlar. Yaz ağızı dəstə-dəstə Gələnlərdən ülfət istə. Xəstə qonaq dönməz xəstə, Məlhəm olar üzün, dağlar. Kəkliklərin qonar, uçar, Başlarını öpər, qucar. Göz dodurar, könül açar, Yal

Ətraflı
Şair Allahverdi

Şair Allahverdi

Şair Allahverdi (Allahverdi İbrahim oğlu).Olüm-ölüm tarixi bəlli deyil. İveylər nəslindəndir. XVIII əsrdə yaşayıb. Biz Allahverdinin iki təcnisini (“Sinə”, “Dürüstə məni”) Gürcüstan Əlyazmaları İnstitutundakı gürcü əlifbasıyla şeirlər məcmuəsində (f5. iş 2385), altı qoşmasını da (“Bizdən salam olsun keşiş oğluna”, “Yeriyir”, “Ay gözəl”, “Qocaldı”, “Yandırır”, “Leyli”) Azərbaycan Ədəbiyyat və İncəsənət arxivindəki Ziya Borçalının cüng-bayazında (f.533, iş 63,

Ətraflı
Kərbəlayi İbrahim

Kərbəlayi İbrahim

Kərbəlayi İbrahim Ağakişi oğlu – 1857-ci ildə Faxralıda anadan olub. Uzun müddət təsərrüfat işində çalışıb. Şeir yazmağa cavan yaşlarından başlayıb. El şairi İsmayıl Güllərin vaxtilə dediyinə görə, Kərbəlayi İbrahimin “Qırmızı” adlı məşhur şeiri dillər əzbəri olub. Qohumlarının dediklərinə görə, onun şeirlərini mərhum aşıq Hacı Nəsib yaxşı bilir və şəxsi arxivində qoruyub saxlayırmış. Təəssüf ki, həmin şeirlərin

Ətraflı
Seyid Əhməd

Seyid Əhməd

Seyid Əhməd – Qıcılar nəslinin Faxralı kəndinə gələn ilk nümayəndələrindən olub. Güvənli – məskənim, Şəmsəddin – elim, Qəm salıbdı məni buraya, dağlar. Hər tərəfdən düşmən kəsib yolumu, Abbas özü gəlsin haraya, dağlar. Nəcəfın zəhmindən daşlar əriyər, Məhəmməd hayqırsa başlar əriyər, Paşanın sözündən yaşlar əriyər, Dünya da bələnər qaraya, dağlar. Əhmədəm, yadında qallam ellərin, Söhbəti olaram

Ətraflı
Məmməd Lahıcoğlu Faxralı

Məmməd Lahıcoğlu Faxralı

Onun haqqında bu linkdən tanış ola bilərsiniz. GEDİRƏM Ayrılıram yenə, doğma elimdən, Üz tuturam qərib, elə gedirəm. Hələlik ay dağlar, yaşıl meşələr, Elə bil ki acı, yelə gedirəm. Bu Ana yurdumun, şirin iyisi, Odu ocağının, həzin istisi. O, uca dağların, dumanı çisi, Elə bil ki quduz, selə gedirəm. Bu Lahıc oğlunun, gözü qəm kədər, Vətənsiz

Ətraflı
Tahir Həsən oğlu Qurbanov

Tahir Həsən oğlu Qurbanov

Tahir Həsən oğlu Qurbanov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Teşərələr” nəslindəndir. 1990-cı illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı olarkən Qarabağ bölgsində erməni işğalçılarına qarşı zabit kimi vuruşmuş, onun döyüş yolu Ağdam, Ağdərə, Kəlbəcər rayonları olmusdur.  

Ətraflı
Mahal Şəmistan oğlu Bayramov

Mahal Şəmistan oğlu Bayramov

Mahal Şəmistan oğlu Bayramov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Dəryahlı” nəsilindəndir. 1990-çı illərdə Gənçə batalyonunda vuruşub, Tərtər rayonunun müdafiəsində iştirak edib.

Ətraflı
Aslan Şəmistan oğlu Bayramov

Aslan Şəmistan oğlu Bayramov

Aslan Şəmistan oğlu Bayramov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Dəryahlı” nəsilindəndir. 1990-çı illərdə Azərbaycan Respublikasının Prezident Qvardiyasında xidmət edib. Qarabağda Ağdam rayonun müdafiəsində iştirak edib. Rütbəsi “baş leytenant”dır.

Ətraflı
İsa Vəli oğlu Hüseynov

İsa Vəli oğlu Hüseynov

İsa Vəli oğlu Hüseynov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Ayvazöyü” nəslindəndir. O, 1994-cü illərdə Azərbaycan Respublikasının Qarabağda erməni işğalçılarına qarşı apardığı müharibədə fəal iştirak etmişdir. Onun döyüş yolu Qarabağın Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlər olmuşdur. Rütbəsi “baş leytenant”dır.

Ətraflı
İsa Vəli oğlu Əlizadə

İsa Vəli oğlu Əlizadə

İsa Vəli oğlu Əlizadə əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Haçıöyü” nəslindəndir. O, 1990-cı illərdə Qarabağda Azərbaycan Respublikasının erməni işğalçılarına qarşı apardığı müharibədə könüllü kimi fəal iştirak edib. Belə ki, İsa həmin illərdə Şuşa rayon Polis şöbəsində xidmət edirdi. Onun ürəyində problem var idi. Lakin müharibəyə nə yol ilə getmək qərarına gəlmişdi. O, həkim

Ətraflı
Rasim Bayram oğlu Əliyev

Rasim Bayram oğlu Əliyev

Rasim Bayram oğlu Əliyev əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Qaraməmmədli” nəslindəndir. O, 1993-cü illərdə Qarabağın bir çox bölgələrində kəşfiyyatçı kimi iştirak etmişdir. Rasim Əliyev əmisi Rəşid Əliyevlə cəbhə yoldaşı olmuşdur.

Ətraflı
Fəxrəddin Qasım oğlu Qasımov

Fəxrəddin Qasım oğlu Qasımov

Fəxrəddin Qasım oğlu Qasımov Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndində anadan olub. Kəndin “Amaşlı” nəslindəndir. Onun 1992-93-cü illərdə birinçi Qarabağ müharibəsində Ağdərə, Füzuli, Horadiz isdiqamətlərində gedən döyüşlərdə xidməti olub. Evlidir, 2 oğlu, 1 qızı var.  

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur