Rashid Huseynov
Əli Məmmədəli oğlu Əlizadə
Əli Məmmədəli oğlu Əlizadə 1959-cu ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, orta məktəbi 1976-cı ildə əla qiymətlərlə başa vuraraq “qızıl medal”la bitirmişdir. Əli Əlizadə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin məzunudur (1981). 1981-1989-cu illərdə Bakı “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir. 1989-1993-cü illərdə Təhsil Nazirliyində böyük elmi işçi, laboratoriya müdrinin müavini, 1993-1998-ci illərdə Avtomobil Nəqliyyatı
ƏtraflıVeylər nəsli
Nəslin kök qohumları Məşədi Feranın öyü Qara Bədəllər Molla Qurbanın öyü Həbilər Qaraməmmədli Abbasovlar Çarğatlar
ƏtraflıƏləddin Dəmirçinin şeirləri
Ələddin Dəmirçi haqqında Elimizin çox dəyərli oğlu, hədsiz dərəcədə elinə, yurduna, təbiətə vurğun olan və elimizin sevimli şairi Oruc Nikbinə Ələddin Dəmirçi tərəfindən yazılmış şeir:
ƏtraflıCəlilli Alının şəcərəsi (geniş formada)
Aşağıda nəsilin ağbirçəyi olmuş Ayna Məmmədhüseyn qızının və nəsilin Qaraçöp nümayəndəsi Cəlilov Səhradar Hüseyn oğlunun məlumatları əsasında Amaşlı nəslinin şəcərəsi hazırlanmışdır.
ƏtraflıNürəddin Faxralı (Aşıq Nəsibin oğlu)
Nürəddin Faxralı – Aşıq Həsənin nəvəsi Aşıq Nəsibin oğlu, “Yurd sevgisi” qəzetinin baş redaktorudur. Börçalıdır elim, obam, Faxralıdır yurdum, yuvam. Nürəddinəm, el oğluyam, Ellər məni yaşadacaq. REDAKTOR
ƏtraflıHamlet Kazımoğlunun şeirləri
Hamlet Kazımoğlu haqqında Hamlet Kazımoğlu demişdir: * Səbrim ömrümdən uzundur. * Məni sevgimdən tanıyacaqlar. * Yaşamağın dadını gördüm, yolunu tapmadım. * İçində yer saxla mənə, öləndə Vətəndə ölüm. Yaman qəribsəmişəm Yaman qəribsəmişəm, Heç bilmirəm neyləyim? Buludları yerə töküm Yağışlar tərsinə yağsın Ağaclar kökündən bar versin Dünyanı baş-ayaq eyləyim. Yaman qəribsəmişəm, Heç bilmirəm neyləyim? Bir həsrət
ƏtraflıŞair Nəbi yaradıcılığı barədə kitablar
Şair Nəbi ilə Quşçi kəndindən olan Aşıq İsmayılın deyişməsi
ƏtraflıŞair Nəbi ilə Quşçi kəndindən olan Aşıq İsmayılın deyişməsi
Şair Nəbinin uşaqlığı ağır keçib. On dörd, on beş yaşlarında Quşçu kəndində varlı bir kişinin nökəriymiş. Uzüyolalığı, xasiyyətinin mülayimliyi ilə yanaşı, hazır- cavablığı, bədahətən şeirlər qoşmasına görə nökərlər də, ev sahibləri də onun xətrini saxlayırmış. Ona görə də fürsət düşəndə onun toy məclislərinə, mağara getməsinə mane olmazmışlar. Borçalının kəndlərində keçmişdə toylar payızın son ayından başlamış üç ay
ƏtraflıKürəyindən güllə yarası ilə öldürülən oğlunun, anası tərəfindən bağışlanmaması
Faxralıda döyüş vaxtı kürəyindən yara alana pis baxıblar; sağ qalan urvatını itirib, ölən urvatsız dəfn edilib. Allahverdi kişinin madar balası döyüşdə ölübmüş. Bir ömürlük dərd yükündən ikiqat olan Tükəzban oğlunun üstünə döşənərək saçını yolur, üzünü cırır. Oğlunun köynəyinin yaxasını cırıb sinəsindəki yaraya baxmaq istəyir. Sinəsində yara tapa bilməyəndə kürəyinə baxır. İki güllə yarası görən ananın
ƏtraflıTəhməzqulu ağanın səxavəti
Təhməzqulu ağa ilə Aşır oğlu Bayramalı (el arasında ona Üçqulaq da deyərdilər) Şulaverə gedirlərmiş. Kərimin qəbrinin yanına çatanda qarşılarından iki adam gəlir. “Cındırlarından cin hürkən“ bu iki nəfər onları görəndə ayaq saxlayır. Salamlaşırlar. Yol adamları onlardan Faxralının yerini soruşur. Təhməzqulu ağa da, Bayramalı kişi də maraqla yoluçuları süzür: – Xeyirdimıi, qardaş? Təhməzqulu ağanı görmək istəyirik.
ƏtraflıPoladlı nəsli
Poladlı nəsli aşağıdakı ailələrdən ibarətdir: Ximiddər, Ərə Nəsibin öyü, Kosa Usubun öyü Dəqiqləşdirmək!!!
ƏtraflıMəhəmməd İmaməli oğlu Babaşov
Məhəmməd İmaməli oğlu Babaşovun atası – İmaməli Qurban oğlu Babaşov barədə yazdığı xatırələrdən Atamin aliliyi nədə idi? Alam haqqında xatirələrim necə başlayım, bilmirəm… 1966-1967-ci tədris ilində, biz 1-ci sinfə qədəm qoyan zaman Faxralı orta məktəbində Dünyaməli müəllim İmanov, Telli müəllimə Qurbanova kimi çox təcrübəli, savadlı, tələbkar ibtidai sinif müəlimləri çalışırdı. Ona görə də valideynlərin əksəriyyəti
ƏtraflıTahir Mehralı oğlu Qasımov
VERDİYİ SALAMA, KƏSDİYİ ÇÖRƏYƏ SADİQ İNSAN Xoşbəxtlik nisbi anlayışdır. Amma elə o nisbi xoşbəxtliyi əldə etmək də məharət tələb edir. Bəziləri laqeyd halda fələyin qapısı ağzında duraraq, taleyin onların üzünə güləcəyi anı gözləyirlər. Digərləri isə cəsarətlə özlərinə yol açaraq qabağa gedirlər və öz qüvvələrinə inanırlar. Haqqında söz açdığım dostum Tahir Qasımovun həyatda müvəffəqiyyət qazanmasına işgüzarlığı
ƏtraflıMüşgünaz Əsədullah qızı Əlizadə
Müşgünaz Əsədullah qızı Əlizadə barədə məlumat Ön sözün yerində Öncə sözdü. Söz Bəşər adlı gəminin doruna pərçimlənmiş yelkəndi. Nədən ki, cümlə yolların yönəltməni olan ali təfəkkürlər söz olandan sonra gücə çevrilir. Hər kəsin fiziki, bioloji varlığını onun iç dünyasından qopan sözlər mənəvi sərvətə çevirir. Odur ki, söz deyən hər kəs sözünün yiyəsidi və sözünün taleyində
ƏtraflıDərgahlı nəsili
XVI əsrin axırlarında Türkiyə-İran müharibəsi türklərin qələbəsi ilə nəticələndi. Azərbaycan növbəti ərazi itkisinə məruz qaldı. Türkiyə dövləti bu ərazini inzibati cəhətdən bir neçə paşalığa, sancağlığa böldü. Əhalinin çətin güzəranı daha da ağırlaşdı. Belə ki, türk feodalları camaatdan ağır vergilər toplayır, “qara gün” üçün saxlanılan “qəpik-quruşa”, “bir-iki put buğda”ya tamah salırdı, məhrumiyyətlər tüğyan edirdi. XVII əsrin
ƏtraflıMüşgünaz Əsədullah qızı
Bu şeirdə təxminən 240-250 il öncə Gürcüstanın Borçalı mahalının Faxralı kəndində məskunlaşan Koxallı nəslindən . olan şəxsiyyətlər əks olunur. Müşgünaz xanım həm yaşlı insanlardan eşitdiklərini, həm də özünün şəxsən gördüyü və tanıdığı, hazırda həyatda olmayan və hər hansı işi ilə yaddaşlarda qalan koxallılardan bəhs edir.
ƏtraflıBudaqlının Alı
Budaqlının Alı. Güclü adam olub. 1937-ci ildə kənddə çevrilmiş ÇTZ markalı traktoru təkbaşına dikəldib… Sadaxlıdan dağ kəndlərindən birinə gəlin aparırlarmış. Sarvanda toyun qabağını kəsən gürcülər mərc olaraq bir cöngə tələb edir. Bu, çox böyük nəmər idi; öz gücünə güvənən gürcü oğlan evi tərəfdən meydana çıxanın hamısını yıxır. O illərdə (1937-1938) Budaqlının Alı “paltaratonka” maşınında sürücü işləyirdi,
ƏtraflıSəməd Süleyman oğlu
Səməd Süleyman oğlu – Qasımıllı nəslindəndir. Çevik və güclü güləşçi olub. 1943-cü ildə respublika miqyaslı Samqori kanalının tikintisində faxralılar da iştirak edirdi. Onların sırasında Səməd Süleyman oğlu da vardı. Hər kənd öz adamlarının yeyəcək ətliyini də göndərmişdi. Faxralının heyvanlarını Səməd otarırdı. Bir gün gürcülərin təşəbbüsü ilə güləş yarışı təşkil olunur. Tökməbədən bir gürcü meydana çıxanı yıxır.
ƏtraflıFaxralı kəndi ətrafındakı yer adları (hissə 4)
Qızıl qayanın üstündə, Almalıqda yol haçalanır: sol əldə qalan yol Əzgilliyə, orta yol Hümbətin kalafasına aparır. Sağ yol binələrin atasıyla uzanıb Bejanazarana çatdırır yolçuları. Bu yol Bejanazarandan enib Göyəmli kalafada Dumaneşən Qaraxaç – Türkiyə karvan yoluna qarışır. Əzgilli yolu Ağ körpüdən, Dardaşa (iki qayanın arası olduğuna görə belə adlanır) keçib uzanır. Kalafadan, Qamışdıdan keçib gedən
ƏtraflıFaxralı kəndi ətrafındakı yer adları (hissə 3)
İmarət adı ilə tanınan tikili Tənəklinin qayası tərəfdə, meşənin ətəyindədi. Yan-yörəsindəki şirəxanalıqların (el arasında uçub-dağılmış tikililərin qalaqları – xarabalıq belə adlandırılır) geniş ərazini əhatə eləməsi, yaxınlığında bulaq olması (sonralar həmin bulağı sel-su batırıb) yüz-yüz illər əvvəl imarətin yaşayış məntəqəsi olduğunu təsdiqləyir. İmarət tarixi abidədir; damı primitiv də olsa xüsusi texnologiya ilə işlənərək bir-birini tamamlayan plitə formalı
ƏtraflıFaxralı kəndi ətrafındakı yer adları (hissə 2)
Almalıq. Qızıl qayanın üstü Almalıq adlanır. Cır, yabanı alma ağacları ilə zəngin olduğu üçün belə adlandırılıb (Qarağaclıda qara ağac, Süpürgəlidə süpürgəyə bənzər kol, Moruqluda moruq və s. bol olduğu kimi ). Almalığın dar keçidini keçən kimi dikdirdi. Bu keçidi addamaq istəyən qaçaqlar – Hümbətoğlu Sülöymən, Məsimoğlu İmamalı və Sarvandan olan cavan bir oğlan qəflətən “atıyadla” qarşılaşırlar.
ƏtraflıDünyamalı Kərəm
“EL SEVƏNİ ALƏM SEVƏR” KİTABI BARƏDƏ BİR NEÇƏ SÖZ… Qarşımda bir kitab var: “El sevəni aləm sevər”. Bu, həqiqətən də belədir, yəni aksiomadır, dəlilə, sübuta ehtiyacı yoxdur. Ktabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü “Qızıl qələm”, “Abdulla Şaiq” və “Araz” ali ədəbi mükafatları laureatı, “Qabaqcıl təhsil işçisi”, həmyerlimiz Səməndər Eyvaz oğlu Məmmədovdur. Səməndər müəllimin öz atası Eyvazın
ƏtraflıŞair Əlabbas
ÜÇ QALAN ROMAN Tək vaxt qıtlığı və hövsələyə görə yox, çoxu da səhhətimdəki nazaslıqdan dolayı indi hər kitabı, əlimə düşən hər yazını oxumuram daha. Oxuyuramsa da, ya nə vaxtdansa yadımda qalan, sadəcə mütaliəsinə vaxt tapa bilmədiyim bir kitab, ya ictimai fikrin diqqətini çəkən bir roman, ya da hansısa bir dost yazısı olur o. Ötən yay
ƏtraflıSəməndər Məmmədovun kitabları
Səməndər Məmmədovun nəşr edilmiş kitabları: Ağır elsən, Borçalıda adın var… Bakı, “Nurlan”, 2010, 208 səh. Faxralılar (I kitab), Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2017, 696 səh. Faxralılar və tarix yaradanlar (II kitab), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 468 səh. Ömrüm boyu yanılmadım. Bakı, “3 saylı Bakı Mətbəəsi” ASC, 2020, 340 səh. Kişilər ölmür. “Bakı
ƏtraflıHüseynov Rəşid Mustafa oğlu
QISA MƏLUMAT Rəşid Mustafa oğlu Hüseynov, 16.12.1961-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Amaşlı” nəslindəndir. 1979-cu ildə Faxralı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
ƏtraflıQarqoy Novruz
Qarqoy Novruz hazırcavab kişi olub. Heç zaman sözə gəzinməyib. 60-cı illərdə Gəncə şəhərindən bir tədqiqatçı folklor toplamaq üçün Borçalıya gəlir. Ona Faxralıya da getməyi məsləhət görürlər. Alim Faxralıda Qarqoy Novruzla da görüşür, bildiyi nağılları, əfsanələri, əhvalatları danışmasını xahiş edir. O, qonağın xahişinə əməl eləmək üçün bildiklərini birər-birər söyləyir. Lakin nə danışırsa, alim “bunu bilirəm” –
ƏtraflıTükən oğlu Abbasəlı
Məhəmməd oğlu Abbasəli, Poladdı nəslindəndir. Anası saxlancıl arvad olub, ciblərındə həmişə şirniyyat saxlayarmış. Buna gorə də kənddə “Tükən” adı ilə tanınırmış. Abbasəlini bu səbbədən Tükən oğlu deyə çağırırdılar. İri cüssəli Abbasəli bir az pələpötür adam olub, dilavərliyi, hazırcavablığı ilə tanınınıb. Abbasəlinin güzarı Sarvana düşür. Sarvanın ac ağalarından biri onu tanıyıb zarafat eləmək istəyir. Görüşəndə əlini
ƏtraflıNağıların Məhəmməd
Nağıların Məhəmmədin fərdilik vaxtlarında günahsız öldürülmüş qardaşının qanını alanda 15-16 yaşı olub… Saraclıların özləri də etiraf edirdi ki, İsə çox əzazil adam olub. Qaraxaçın ətəyində qoyun otaran Nağıların Nəbinin tüfənginə İsənin gözü düşür, onu müxənnətliklə öldürüb silaha yiyələnir. Altı qardaşdan kiçiyi olan Məhəmməd and içir ki, Nəbinin qanını yerdə qoymayacaq. Saraclının yaylağı ilə Faxralının yaylağını
ƏtraflıXəmməd Alı
Xəmməd Alı. İgidlik yalnız köntöy sözü sinirməməklə ölçülməyib. El adına ünvanlanan hədyana qətiyyətlə verilən cavab da mərdlik hesab edilib. Doşan Qurban Sarvana odun satmağa gedirmiş. Bir araba odun satıb kasıblığına vermək fıkrindəymiş. Muğannının altında arabasını saxlayır, atı açır; bir az dincəlmək istəyir. Hava ağarışdaşanda yolda bir odun arabası görünür. Doşan Qurban Xəmməd Alını tanıyır. Onunla
ƏtraflıNəbi Əlləz oğlu
Nəbi Əlləz oğlu Sədilər nəslindəndir. Mərd kişi olub. İstər öz adına, istərsə də kəndin adına deyılən hər hansı hədyana gülləylə cavab verib. Ağır təbiətli, ləngər yerişli bu kişi “Allah verən can el yolunda qurban getməlidi” – deyərmiş. Dəli Xaçda Aşot adlı bir erməni “yetdiyinə yetib, yetmədiyiıno bir daş atırmş“. Əməlini azmış bu dığa həddini aşır. Kefinin
ƏtraflıOsmanlı Süleyman
Osmanlı Süleyman Ayvaz öyündəndir. Cəsarəti ilə ad qazanıb. Qorxu nə olduğunu bilməyib. El-obada özünə görə xətir-hörmət yiyəsi olub. 1892-ci il idi. Süleyman Haqverdi oğlunun ailəsi Saxundurda binələnmişdi. Qonşu kəndin bir dəliqanlısı ilə onun arasında söz-söhbət yaranır. Bu mübahisədən heç biri geri çəkilmir. Məsələ qəlizləşir. Axırda mübahisəni güllə tamamlayır; Süleyman həmin dəliqanlını öldürür. Onu mühakimə edirlər,
ƏtraflıMaşadı Feran
Maşadı Feran Poladdı nəslindədi. Qüvvətli, azman bir cavan olub. Dediyini eləyən adammış. Ölüm də olsa dediyindən dönməzmiş… Sarvandan bir nəfər Maşadı Ferana pul borcluymuş. Vədə günü çatanda Maşadı Feran qardaşı Qara Bədəli pulun dalınca göndərir. Sən demə, həmin gün Maşadı Ferana pul borclu olan adamın oğlunun toyuymuş. Qız evi gəlini aparmağa gələnlərin qarşısında şərt qoyubmuş ki,
ƏtraflıDəli Eyyub
Qara Maşadılardandır. İgidliyinə, qorxmazlığına görə ona Dəli Eyyub deyiblər. Dostluqda da çox sədaqətli olub. Qasımlı Səməd ağa igid, mərd, hazırcavab adamlara həmişə ehtiram göstərirdi. Dəli Eyyubun adl-sanı ona da çatıbmış. Günlərin birində Dəli Eyyubu qonaq çağırır. Dəli Eyyub Mehdi ağanın, Əmirxan ağanın da iştirak elədiyi qonaqlığa Ayvaz oğlu Yolçu və Qalayçı oğlu İmaməli ilə bərabər
Ətraflı