Faxralı kartı “Faxralılar MMC” ilə partnyorluq müqaviləsi bağlayan ticarət nöqtələrində güzəşt qazandıran plastik kartdır.
Bu kartı əldə etməklə həm müəyyən ticarət nöqtələrində endirim və bonuslar əldə edəcəksiniz, həm də Faxralı kəndinin inkişafı üçün maliyyə dəstəyi göstərmiş olacaqsınız.
Bu kart şəxsin özü və onun qeydiyyatdan keçən ailə üzvləri tərəfindən istifadə oluna bilər.
Kartın keçərli olduğu şirkətlərin siyahısı faxrali.com saytında yayımlanacaqdır.
Kart satışının məqsədi
Kart satışından və partnyor şirkətlərdən əldə olunan vəsait aşağıdakı məqsədlər üçün istifadə olunacaq:
- Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi;
- Faxralı kəndinin tarixinin araşdırılması və gənc nəslə öyrədilməsi, habelə adət-ənənələrinin öyrənilməsi, qorunması və təbliği;
- Kənd əhalisinin Gürcüstan cəmiyyətinə inteqrasiyasının sürətləndirilməsi.
Kart satışından əldə olunan gəlir və xərclər faxrali.com saytında şəffaf şəkildə yayımlanacaqdır.