Etimad Eyvazlı: “Şəcərə (Ayvaz öyü, Hasan öyü, Əhməd öyü)”
QISA MƏLUMAT
Etimad Bayram oğlu Eyvazlı 1951-ci il martın 14-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1958 – 1968-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU-nun) mexanika fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra Bakı Məişət Kondisionerləri Zavodunun Xüsusi Layihə Konstruktor Texnoloji bürosunda müxtəlif vəzifələrdə çalışmışdır. 1974-cü ildən Politexnik İnstitutunda tələbələrin diplom işlərinə rəhbərlik etmişdir. 1978-ci ildən isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda materiallar müqaviməti fənnindən dərs deməklə yanaşı həm də həmin institutda əyani aspiranturaya daxil olmuşdur. 1983-cü ildə isə aspiranturanı bitirərək müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. O, həmin Universitetin nəzəri mexanika kafedrasına təyinatla göndərilərək müəllim kimi fəaliyyət göstərmişdir. İlk dəfə olaraq Etimad Eyvazlı tərəfindən latın qrafikalı şriftlə ali məktəblər üçün “Nəzəri mexanika” fənni üzrə yüksək tirajlı dərslik yazılmışdır. Etimad Ayvazov 100-ə qədər elmi məqalənin, o cümlədən ali məktəb tələbələri və aspirantlar üçün 6 elmi metodik əsərin müəllifidir. Etimad Eyvazlı İnşaat Mühəndisləri Universitetinin nəzəri mexanika kafedrasında dosent, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyində şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. Hal-hazırda əmək fəaliyyətini Türkiyənin ali təhsil ocaqlarının birində davam etdirir.
Türk dilində:
Etimad Bayramoglu Eyvazlı – 14 Mart 1951 yılında Gürcistan Cumhuriyeti’nin Borçalı mahalının Bolnisi ilinin Fahralı köyünde doğdu. 1968 yılında Azerbaycan Teknik Üniversitesi Makine Mühendisliği Bölümünde eğitimi başladı ve 1974 yılında Makine Mühendisliğinden mezun oldu.
1975 yılında Azerbaycan Mimarlık ve İnşaat Üniversitesinde göreve başladı ve 1980’de doktora eğitimine başladı. 1983 yılında Doktorasını bitirdi ve Fizik, Matematik Bilimleri üzerine doktora ünvanını aldı. 1975-1994 yılları arasında asistan ve yardımcı doçent olarak çalıştı. 1994-2010 yılları arasında Azerbaycan Mimarlık ve İnşaat Üniversitesinde Teorik Mekanik Anabilim dalında Doçent olarak görevine devam etti. Azerbaycan’da farklı yayınevlerinde 1994, 2003 (S.A. Kuliyev ile birlikte) ve 2009 yıllarında Teorik Mekanik dersine ait kitapları yayımlandı. 2010-2018 yılları arasında Bartın Üniversitesi Makine Mühendisliği bölümünde halen Doçent olarak çalışmıştır. 2014, 2015, 2016, 2017 ve 2018 yıllarında Statik, Kinematik, Dinamik, Mekanizma Tekniği ve Makine Dinamiği kitapları Nobel Yayınevi tarafından yayımlandı.
2019 yılının şubat ayından Karabük Üniversitesine Profesör olarak atandı ve halen çalışmaktadır. Evli ve 3 çocuk babası olan Etimad Bayramoğlu Eyvazlı 3 tane de Nihad, Murad ve İlham Can isimli torunlara sahiptir.
3 yanvar 2020-ci il tarixində Prof.Dr. Etimad Eyvazlı, Universitet tələbələri üçün nəzərdə tutulan özü tərəfindən yazılmış 7 ədəd elmi əsərini Türkiyə Respublikasının Karabük Bələdiyyəsi tərəfindən yeni açılan kitab evinə hədiyyə etmişdir.
Etimad Eyvazlının Türkiyədə yeni kitabları nəşr olunub.
Etimad Eyvazlının 2 elmi məqaləsi çap olunub.
REDAKTORDAN
“HAQQ YOLUNDA ZAMAN-ZAMAN DÖYÜŞ OLUR, SAVAŞ OLUR”
Həyat heç də hər adamın üzünə gülmür. Bir çoxları elə bilir ki, görüləcək işləri bir neçə ayın ərzində həll etmək mümkündür. Amma dünyanın çox çətin, həm də mürəkkəb yazılmış və yazılmamış qanunları var. O qanunları bilənlər, həyatın “dili”ni tapanlar, başqa sözlə demiş olsaq, içində istedad və qeyri-adi xüsusiyyətlər hiss edən insanlar həmişə istəyinə nail olublar. Düzdür, bu istəyin yolunda zəhmət çəkib müəyyən çətinliklərini yaşamalısan. Buna baxmayaraq, özünə inanan və güvənən insanlar həmişə ürəkdən gələn arzuların dalınca addımlayıblar. Dahilərdən biri deyib ki, insan onda xoşbəxtliyə qovuşur ki, o, bütün arzularını və inamlarını gerçəkləşdirə bilir. Xəyallar aləmində yaşayan insanlar hər şeydən yarımçıq qalırlar. Bu mənada, özünün qəlbindəki arzularının arxasınca addımlayan Etimad Bayram oğlunun ömür yolu da çox maraqlıdır.
O, 1951-ci ilin mart ayının 14-də Borçalı mahalının Faxralı kəndində qulluqçu ailəsində anadan olub. Çoxları elə fikirləşə bilər ki, Etimad Eyvazlı hər şeyə çox asanlıqla çatıb. Ancaq bu, qətiyyən belə olmayıb. Hər dəqiqənin qədrini bilən, bundan zaman-zaman düzgün istifadə edən Etimad məqsədinə doğru həmişə addım-addım irəliləyib. O, 1958-ci ildə Faxralı kənd orta məktəbinə gedib və 1968-ci ildə bu orta məktəbi əla qiymətlərlə bitirib. Aydındır ki, orta məktəbdən sonra insanın həyatında başqa bir səhifə başlanır. Bu da ali məktəb həyatıdır. Həmin həyatı yaşamaq üçün isə insan çox zəhmətə qatlaşmalıdır. Elə Etimad da həmən zəhmətin içində zaman-zaman müxtəlif elmlərin sirlərinə yiyələnərək 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) mexanika fakultəsinə daxil olub. Təbii ki, tələbəlik illərində çox şeyi öyrənmək və bilmək onun maraq dairəsində həmişə önə çəkilib. O, ali məktəbi bitirdikdən sonra Bakı Məişət Kondisionerləri Zavodunun xüsusi layihə-konstruktor texnoloji bürosunda müxtəlif vəzifələrdə işləyib. İstehsalatda topladığı təcrübə onun dünyagörüşünü bir qədər də zənginləşdirib. Artıq Etimad Ayvazov 1974-cü ildən həyatını ali məktəbə bağlayıb. Və 4 ilə yaxın tələbələrin diplom işlərinə rəy verib, rəhbərlik edib. Savadlı kadr kimi 1978-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitunda materiallar müqaviməti fənndindən dərs deməklə yanaşı, institutda əyani aspiranturaya daxil olub. Aspirantura illərində elmin sirlərini daha dərindən mənimsəməyə başlayıb. Çəkdiyi zəhmət öz bəhrəsini verib. Etimad Eyvazlı 1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. Elə həmin il də Təhsil Nazirliyinin göndərişi ilə universitetin nəzəri mexanika kafedrasına göndərilib və burada müəllimlik fəaliyyətinə başlayıb.
İllər ötdükcə onun həm təcrübəsi artıb, həm də elmi dünyagörüşü daha da zənginləşib. Hər bir insanın taleyi onun öz əlindədi. Bu mənada Etimad müəllim də həyatını məqsədyönlü zəhməti və alın təri üstündə qurub. Zaman-zaman qarşısına qoyduğu məqsədə doğru irəliləyib. O, bir alim kimi ilk dəfə olaraq, Azərbaycanda latın qrafikası ilə ali məktəblər üçün “nəzəri mexanika” fənni üzrə yüksək tirajlı dərs vəsaitinin müəllifi olub. Hər bir axtarışı və tədqiqatı səmərə verib. Etimad müəllim yüzə qədər elmi məqalənin və o cümlədən ali məktəblər və aspirantlar üçün 6 elmi-metodik əsərin yazılması üçün çox əziyyətlər çəkib. Bayaq dediyimiz kimi, əziyyətlərsə zaman-zaman meyvə ağacı kimi öz bəhrəsini verib. Onun içindən gələn arzuları illər keçdikcə əməli işlərə və konkret təcrübəyə çevrilib. Bu da Etimad Eyvazlını bir az da ruhlandırıb. Axı, insan qarşıya qoyduğu məqsədin arxasınca gedəndə istər-istəməz öz arzusuna qovuşmalıdır. Bu gün də Etimad Eyvazlı İnşaat Mühəndisləri Universitetinin nəzəri mexanika kafedrasında dosent vəzifəsində çalışır. Bununla yanaşı o, həm də Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi vəzifəsində işləyib. Hazırda müəllimlik fəaliyyətini davam etdirir. Görünür, həyat o şəxsləri sevir ki, onlar düzgün yol tutur və bu yolla gedərək işığa doğru hərəkət edirlər. Etimad Bayram oğlunun yolu da Tanrı yolu, haqq yoludur. Etimad müəllim də elin məhəbbətini qazana-qazana bu yolun yolçusu olub. Böyük şairimiz Zəlimxan Yaqubun dediyi kimi:
…Haqq yolunda zaman – zaman
Döyüş olur, savaş olur.
Ona çatmaq qəfil olmur,
Gediş yavaş-yavaş olur…
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.