Bu kitab çağdaş Azərbaycan poeziyasının Gürcüstanda yaşayıb-yaradan istedadlı qadın nümayəndələrindən olan Fatma Aslan-Əliyevanın toplu halında oxucularla ikinci görüşüdür. Dörd bölmədən ibarət olan, ayrıca bayatıların, laylaların, ağıların bir araya toplandığı bu kitabda da müəllif öz yaradıcılıq dəst-xəttinə sadiq qalaraq, yurd, Vətən sevgisi, ali insanlıq duyğuları, həyatın çeşidli yaşantıları ilə bağlı mövzulara üstünlük vermişdir. Haqqında ayrıca bir bölmə olan kitab dəyərli soydaşımız, xeyirxah iş adamı, müəllifin qardaşı mərhum Arif Əliyevə ithaf olunub və bu üzdən daha çox kədərli notlarla yüklənib.
Zərif könül duyğuları ilə zəngin olan bu şeirlər toplusunun maraqla oxunacağına ümid edirik.
Qeyd: Kitabın PDF formatda tam versiya yuxarıdakı linkdə yerləşdirilmişdir.