Faxralı camaatı əməksevər olmaqla bərabər, çox qürulu, qormaz, şən, yeyib-içən insanlardır. Onlar istirahət və bayram vaxtlarını (məsələn, 1 may bayramını -“mayovka” gününü)  mənalı keçirmək üçün kəndin yaxın ətrafında yerləşən səfalı meşələrin, buz kimi soyuq bulaqların ətrafında yeyib-içib kef məclisləri qurmağı çox sevirlər.

Faxralılar həm də qonaqpərvərdirlər. Onların qonağa xüsusi hörməti vardır. Heç ola bilməz ki, Faxralıya qonaq gələsən, onun gözəl meşələrində yeyib-içməyəsən.

Faxralının meşələrində “kef” məclislərinin yerləşdiyi yerlərdə üstüörtülü xüsusi “stollar” qurulmuşdur. Həmin “stollar” adətən zamanında bu yerlərdə yeyib-içən kimi tanınan şəxslərin, şəhid və həyatdan nakam köçənlərin xatirəsinə adlandırılmışdır. Məsələn, onlardan aşağıdakıları qeyd etmık olar:

  • “Təhməz”in “Daşın altı” bölgəsində  yerləşən “kef-məclis” stolları:

1.Fəxrəddin Yasin oğlu Xəlilovun adına
2.Məhəmməd Abbasovun adına (ləqəbi: Qaqarin) 
3.Fəxrəddin Qiyas oğlu Abdıyevin adına
4.Qulam Namaz oğlu Göyüşov adına (“Baba” deyirlər)
5.Qumara Bədəlin adına
6.”Böyük stol” (“Sovxoz” tərəfindən qurulub)

 

  • “Təhməz”in yuxarısında yerləşən ”kef-məclis” stolu:

  • “Xəmmətli”də yerləşən “kef-məclis” stolları: 

1.”20 Yanvar” şəhidi İlqar Əhmədovun şərəfinə “İlqarın bulağı” və eyni adlı stolu


2.”Tək cöyüzün dibi”ndəki stol

 

  • “Yovşanlı” kimi adlanan təpədə qurulan “kef-məclisi” stolu:
  • “Qızıl Qaya”nın ətəyində yerləşən “Qoşa bulaq” və s.

“Kef” məclislərini aşıqsız, sazsız təsəvvür etmək mümkün deyildir. Borçalının Aşıq Ələsgəri hesab olunan Şair Nəbinin sözləri bu məclislərin yaraşığı hesab olunur.

Faxralılar elliklə bayram etməyi çox sevirlər. Aşağıdakı şəkildə faxralı cavanları Qaradaşın zirvəsinə qalxaraq “Kef” məclisi açıblar:

 

REDAKTOR

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur