Faxralıda gəlinlərin qaynataya, qayına hörmət, onlardan utanıb-çəkinmək adət-ənənəsi ta qədim zamanlardan bu günə kimi davam edir. Bu, gəlinin hüquqlarının məhdudlaşdırılması deyil, onun böyüklərə hörməti, sayğısıdır. Gəlin-qaynata, qayın, qaynana münasibətləri yüksək əxlaqa söykənir. Gəlin onların yanında yüksəkdən danışmaz, yersiz gülməz, bəzənib-düzənməz və s. O, ərə gəldikdə adətə görə başını örtər, həmin şəxsləri gördükdə və ya onlarla danışdıqda baş örtüyünün qolları vasitəsilə üzünün dodaq nayihəsini bağlar (buna “yamşaq tutmaq” deyilir), alçaqdan danışmaqla onlarla ünsiyyətdə olar.

Faxralıda qədim adət-ənənə saxlanmaqla paralel olaraq, müasir adət-ənənələr də mövcuddur. Yəni, bəzi gəlinlər müasir dəbdə geyinsə də, “yaşmaq” tutmasa da, yenə qaynata, qayın münasibətləri böyük hörmətlə yerinə yetirilir. Gəlinlər həmin şəxslərlə utancaqla sakit təbdə danışar, ünsiyyət qurarlar.

Bir sözlə, Faxralıda gəlin qaynata, qayın və s. münasibətləri formasından asılı olmayaraq yüksək əxlaq və müsbət dəyərlər üzərində qurulmuşdur.

REDAKTOR

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur