Bu adət, Borçalıda, xüsusilə Faxralıda qədimdən bəri qorunub saxlanılır.

“Belə şəllənmə” o deməkdir ki, qadınlar, adətən uşağın anası öz kiçik yaşlı övladının ayaqlarını aralamaqla kürəyə qoyub böyük ölçülü şal və ya digər vasitələrlə onu belinə sarıyır.  Bu zaman uşağın ayaqları və bel nahiyəsi müəyyən məsafə gözlənilməklə anaya kip bağlanılır. Yəni, uşağın  ananın belindən düşməsi heç zaman mümkün olmur.

“Belə şəllənmə” zamanı uşaq özünü rahat hiss edir. Çünki, o ananın  bədəninin istiliyindən, onun zümzümə ilə oxuduğu laylasından xoşallanır və nəticədə çox zaman o, tez bir zamanda ananın belində yuxulayır.

Uşağın “Belə şəllənmə”si, onun sakitləşdirilib yatızdırılmasından başqa, həm də böyük tibbi əhəmiyyəti vardır. Çünki, körpə uşaqlarda çanaq-oyanaq mexanizmi bəzi hallarda işkişaf etməmiş olur. Bu tipli şəllənmə zamanı uşağın büd sümüyü çanaq oynağına toxunaraq onu bərkidir və nəticədə körpələrdə “yırğalanma” yerişi kimi adlanan anadangəlmə qüsur baş vermir.

REDAKTOR

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur