Kremldə rəhbər partiya aparatında yaşlı, iş qabiliyyətini itirmiş və xəstə adamların (Brejnev, Andropov, Çemenko) biri digərini əvəz etmələri və arenadan getmələri, 1985-ci ildə Mixail Qorbaçov kimi hiyləgər, xəyanətkar siyasət dəllalının hakimiyyətə gəlməsinə yol açdı.

M.Qorbaçov Stavropol ölkəsində Partiyanın Mərkəzi Komitəsinin I katibi işləyirdi. Əhatəsində isə daima erməni daşnaq partiyasının gizli fəaliyyət göstərən iş adamları, mafiya başçıları ona sədaqət göstərir, dostluq edirdilər. Hətta Qorbaçov Mərkəzi Komitəyə I katib seçildikdən sonra dərhal haqqında bir sıra yalan-doğru söhbətlər də yayıldı. Onun hələ Stavropolda I katib olarkən erməni toylarında tez-tez iştirak etməsini, ermənilərlə xüsusi yaxınlığını qeyd edənlər də var idi. 1985-ci ildə Qara dəniz kənarı sanatoriyalarından birində dincəlmiş azərbaycanlı müəllim, istirahətdən qayıdandan sonra danışırdı ki, onunla bərabər sanatoriyada dincələn ermənilər M.Qorbaçovun I katib seçilməsini eşidən kimi görünməmiş bayram şənliyi keçirdilər, bütün günü şadlıq etdilər. Səbəbini soruşduqda onlar açıq-açığına sevinclərini gizlətmədən, etiraf edirdilər ki, nəhayət, onların adamı hakimiyyət başına gəldi.

M.Qorbaçovu Moskvada – Kremldə qarşılamaq üçün də xüsusi erməni siyasətbazları (Aqambekyan, Şahnazarov, Kıdılyan və s.) əvvəlcədən hazırlanmışdı. Bu qədirbilməz təcavüzkarlar nəinki SSRİni yerli-dibli dağıtmaq, hətta ilk planları Orta Asiya və Azərbaycanın Moskvada rəhbər vəzifələrdə olan nümayəndələrini uzaqlaşdırmaq, bu respublikaların adlı-sanlı katiblərini aradan götürmək, sonra da Azərbaycanı parçalayıb Qarabağı Ermənistana birləşdirmək idi. 25 noyabr tarixli “Liberasyon” qəzetində Azərbaycan haqqında yazılmış məqalədə ermənilərin və M.Qorbaçovun müsəlmanlara qarşı törətdiyi cinayətkar əməllər daha obyektiv əksini tapmışdı. Məqalədə göstərilirdi ki, Qorbaçovun və onun əhatəsində olan erməni havadarlarının ilk günahsız qurbanı Brejnevin yaxın dostu, Özbəkistanın rəhbəri Şərəf Rəşidov oldu. Qorbaçov 1984-cü ildə Rəşidovun ölümündən sonra qəbirdən çıxartdı və respublikada pambıq məsələsi ilə bağlı israfçılıq və fırıldaqçılıqda təqsirləndirərək yenidən onu ölümə məhkum etdi. Sonra Qazağıstanın əfsanəvi katibi sayılan Kunayevi katiblikdən azad etdi, qardaşı ilə birlikdə partiya sıralarından çıxartdı. Hələ 1987-ci ildə “Pravda” qəzetində təriflənən, adı və şöhrəti yayılmış Başqırdıstan Partiya Komitəsinin l katibi Midhəd Şakirov da Qorbaçovun döşünə yatmadı, çünki o, türk-müsəlman idi, cəzanmalı və vəzifədən getməli idi.

Özbəklərin “pambıq” məsələsi də daxil olmaq şərtilə bütün bu ağır façiələr əvvəlcədən Qorbaçovun əhatəsində olan erməni millətçiləri tərəfindən hazırlanmış, icra üçün ona verilmişdi. Məhz Qorbaçov da bu plan əsasında öz aqressiyasına Özbəkistandan başladı. Bu məqsədlə də özünün sağ əli olan Qıdlyan, İvanov və Alagözov kimi çinayətkar dəstəni oraya göndərdi. Pambıq bəhanəsi ilə Qıdlyanın talancı dəstəsi Özbəkistanın aullarına, qışlaqlarına əsil mənada basqın etdi, hətta aullarda maldarlıqla məşğul olan özbək qadınlarının qızıl-gümüş əşyalarına qədər talayıb, özlərinə zəngin sərvət topladılar. Yığdıqları küllü miqdarda qənimətin bir hissəsini də Ermənistana göndərdilər. Hətta Qorbacovun həyasızlığı o həddə catdı ki, 1985-cı ildə Qazağıstana, Kunayevin yerinə əvvəllər Gürçüstanda idealoji katib işləmiş rus namestniki Kolbini İ katib göndərdi. Bu da yerli əhali tərəfindən narazılıqla, nümayişlə qarşılandı. Nümayiş rus ordusu tərəfindən günahsız insanların tökülən qanları hesabına, insafsızçasına yatırıldı.

Belə şəraitdə Kremldə ikinci şəxsiyyət sayılan H.Əliyev vəzifədə qala bilməzdi. Milətciliyin və təzyiqlərin sağlamlığına pis təsir etdiyini hiss edən H. Əliyev siyasi bürodan və vəzifədən uzaqlaşdı. Az kecmədi ki, H.Əliyev əleyhinə “Literaturnaya qazeta” da (21.İX.1988) yazı təşkil olundu. Sonra yazı “Ədəbiyyat və inçəsənət” qəzetində (14.X.1988-ci il, Arkadi Vaksberq  “Gürültulu alqışlar”) təkrar nəşr olundu. Məsələ aydın idi. Erməni millətciləri Azərbaycan liderini arenadan götürmək ücün əsaslı dəlil tapmalı idilər. Bu məqsədlə də özümüzün ziyalılarımızdan sübut və şahid axtarırdılar.

Bir sözlə Qorbaçovun Baş katib seçilməsi Sovet imperiyasına əsil mənada bədbəxtlik gətirdi. Yenidənqurma şüarı adı altında ölkəni kökündən dağıtdı, ancaq yenidən qurmadı. Onu əhatə edən həmfikirləri ilə birlikdə qurmaq planları da yox idi. Ona görə də özbaşınalıq, haqsızlıq, ədalətsizlik son həddə gəlib çatmışdı. Ölkə gündəm günə dağılırdı. Dövlət əleyhinə narazılıqlar, nümayişlər, etiraz mitinqləri getdikcə qızışırdı. Hətta bəzi regionlarında milli mində qarşıdumıalar da baş verirdi.

1986-cı il dekabr ayının 26-da Qazağıstanda qan bahasına yatırlan nümayişdən sonra, buna bənzər faciəli hadisə (9 aprel 1989) Gürcüstanda da baş verdi. “Qanlı qızıl ordu”nun silah gücünə yatırdığı bu nümayişdə 20 nəfər gənc həlak oldu. Onlardan 12 nəfəri qız və qadın idi. 157 nəfər isə ağır xəsarət almışdı. Dəhşətli burasıdır ki, bu nümayişdə hərbiçilər tərəfindən müxtəlif yaşlı günahsız insanlara qarşı odlu silahlardan, dəhşət doğuran tanklardan və zəhərli qazdan da istifadə edilmişdi. Bu hadisə Qorbaçovun şəxsi faciəsi idi. Ancaq, təəssüf doğuran bu idi ki, Baş katib bu barədə düşünmək belə istəmirdi.

M.Qorbaçovun heç bir qanun çərçivəsinə sığmayan zülmü və ədalətsizliyi elə bir arzu olunmayan həddə çatmışdı ki, hətta ”dünyanın əvvəl-axır” mifini onun şəxsiyyətinə (başındakı qara xalla) bağlayan insanlar da vardı. Bəzi şəxslər belə düşünürdülər ki, Qorbaçov Allah tərəfındən, dünyanı məhv etmək üçün göndərilib. Bu barədə dini kitabların hansındasa göstərilib…

Hələ bir il bundan əvvəl, 1988-ci ildə Qorbaçovdan xeyir-dua alan ermənilər sovet ordusunun köməyi ilə azərbaycanlıları son nəfərinə qədər Ermənistandan qovdular. Əzəli torpaqlarından, dədə- baba yurdlarından, illərlə qazandıqları var-dövlətdən məhrum etdilər. Qorbaçov keçmiş SSRİ məkanında öz çirkin və dağıdıcı əməllərini, müsəlmanlara qarşı aqresiyam həyata keçirmək üçün tez-tez Amerikaya, İtaliyaya – Vatikana səfərlər edib, ABŞ prezidenti Reyqandan və xaç atasından (II İyohan Paveldən) məsləhətlər alırdı. Maraqlıdı, bu nə demək idi, bəlkə də Qorbaçovun Sovetlər birliyində müsəlmanlara qarşı törətdiyi qanlı cinayətlər əsrlərin dərinliyindən baş alıb gələn xristian-ınüsəlman davasının XX əsrdə davam edən bir cinahı idi.

1988-ci il fevralın 21-də Xankəndində ermənilər sessiya çağırdı; Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Respublikasının tərkibindən çıxması və Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. Yenə həmin ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Xankəndində imza toplandı. 1988-ci ildə fevral ayının 24-də Xankəndi yolunda ermənilərlə azərbaycanlıların toqquşması nəticəsində iki nəfər azərbaycanlı öldürüldü. Bu hadisə düşmənçiliyi və milli ehtirasları daha da qızışdırdı. Ermənilər xarici havadarların, xüsusən “Daşnaqsütun” və “Asala” təşkilatlarının köməyinə arxalanaraq istədiklərinə nail olmaq üçün Moskvaya qarşı təzyiqlərini gücləndirdilər.

Qorbaçov isə iki üzlü siyasət yürüdürdü. Aşkarda, çıxışlarında demokratiyadan, respublikaların sərhədlərinin bütövlüyündən, toxunulmazlığından, insan hüquqlarından danışır, gizlində ermənilərə vəd verir, onların arzularına əməl olunacağını bildirirdi. Belə çıxışların birində (26 fevral, 1988-ci ildə) Qorbacov ermənilərə təsəlli verərək deyirdi, “mən sizi başa düşdüm, səbriniz olsun”. Bu çıxışdan 2 gün sonra (28-29 fevralda) Sumqayıt faciəsi baş verdi.

Baş katibin “səbriniz olsun” deyə, erməniləri dözümlü olmağa çağırması o demək idi ki, yəni hər şey planlaşıb, bu günlərdə nə isə baş verəcəyini görəcəksiniz, tələsməyin.

Şübhə yoxdur ki, Sumqayıt faciəsi Moskvanın və Ermənistanın təhlükəsizlik orqanlarında xidmət edən şəxslərin, həmçinin yerli manqurtların iştirakı ilə, çox məharətlə hazırlanmış təxribat idi. Bu qanlı faciənin həyata kecirilməsi ilə erməni millətçiləri beynəlxalq aləmə çatdırmaq istəyirdilər ki, baxın və yaxşı görün, azərbaycanlılar vəhşidir, onlarla bir dövlətin ərazisində yaşamaq mümkün deyil. Qeyd etdiyim kimi, bu aksiya uzun müddət düşünülmüş və ciddi hazırlanmışdı. Bunun ücün də respublikanın iqtisadi və ekoloji cəhətdən narahat nöqtəsi Sumqayıt seçilmişdi.

Əslində bu faciənin planlaşdırılması və icrasına rəhbərlik işini Moskva həyata keçirir, içra edənlər isə ermənilər idi. Hətta ermənilər Sumqayıt şəhərində yaşayan Eduart Qriqoryam da əvvəlcədən hazırlamışdılar. O isə burada milli münaqişənin yaranmasında əsas r0l oynadı. Hadisədən qabaq Sumqayıtda Ermənistandan müxbirlər, reportiorlar da göndərilmişdi. Ancaq hadisə zamanı həbsə alınan və Moskvaya aparılan, məhkəmə məsuliyyətinə cəlb edilən yenə azərbaycanh gənclər oldu (Əhməd Əhmədov, İsmayıl İsmayılov, Yavar Cəfərov).

M.S.Qorbacovun vaxtmda və ondan sonra da ermənilər terrorizm fəaliyyətinə son qoymadı. Sumqayıt faciəsindən sonra azərbaycanlıları Ermənistandan silah gücünə qovdular, bu da onunla nəticələndi ki, Azərbaycandan (Bakı, Sumqayıt, Şamaxı, Gəncə, Şəmkir, digər şəhər və kəndlərdən) ermənilər ailəliklə cıxarıldı. Dənizdən dənizə xülyası ilə məst olmuş, geniş ərazi arzusu ilə yaşayan ermənilər durmadan Moskvaya təzyiqlərini artırdılar . Mərkəzi komitənin plenumlarına, Ali Sovetin Dağlığ Qarabağa həsr olunmuş sesiyalarına məhəl qoymadılar .

Nəhayət ermənilərin çirkin əməlləri 20 yanvar, 1990 – cı il Bakı qırğını ilə nəticələndi. Bu qanlı faciəni əks etdirən çoxsaylı kitablar nəşr olunduğuna görə bu barədə geniş dayanmayacağam. Lakin bir həqiqət məlumdur ki, Bakı qırğını Moskvanın ermənilərlə birlikdə düşünülmüş, planlaşdırılmış terror aksiyası idi.

M.S.Qorbaçov qırğını təşkil etmək üçün Müdafıə naziri Yazovu, Baqatini, Primakovu, Qrilenkonu Bakıya göndərmişdi.

Həmin faciədə 170 nəfərin həyatına son qoyuldu. 370 nəfər yaralandı, 321 nəfər itkin düşdü. Həmkəndlim Əhmədov İlqar Hümbət oğlunun da ömrü bu qətilamla sona yetdi. Politexnik institutun tələbəsi olan İlqarın yolunu Gürcüstanın Faxralı kəndində ata-anası səbirsizliklə gözləyirdilər.

M.S.Qorbacovun vaxtında və ondan sonra da ermənilər terrorizm fəaliyyətinə son qoymadı. Moskvadan planlaşdırılan, ermənilərin əli ilə həyata keçirilən Sumqayıt faciəsindən sonra azərbaycanlıları Ermənistandan silah gücünə qovdular, bu da onunla nəticələndi ki, Bakı və rayonlarda yaşayan erməni ailələri respublikadan çıxarıldı.

Bu acı xatirələrin, yaddan silinməyən soyqırımının ağrılı-acılı müsibətləri insanların qəlbini indi də göynədir. Çox təəssüf ki, Azərbaycanın o zamankı fərsiz rəhbərləri qırğının səbəblərini beynəlxalq aləmə çıxara bilmədilər. Qatillər yenə də Rusiyada, Ermənistanda rahat gəzirlər. Bizi isə gücsüz və təhlükəsiz hesab edirlər. Xalqımızın milli düşmənləri törətdikləri qanlı qırğınlara, terrorçuluğa görə beynəlxalq məhkəməyə cəlb olunmadı, cəzasız qaldılar. Əksinə, törətdiyi milli ədavətlər, tökdürdüyü qanlı göz yaşları nəzərə alınmadan Qorbaçova Nobel mükafatı verildi.

Erməni quldurları isə bir an belə öz yırtıcı, terror əməllərindən əl çəkmədilər. Bağanis Ayrım kəndində bir nəfər məzlum və günahsız azərbaycunlını qətlə yetirdilər sonra da yandırıb ətrafında dairəvı halay çəkib oynudılnr. Bu odda yandırılan azərbaycanlının ətrafında şadlıq edib oynayan erməni kəndliləri sərxoş idilərmı? Yox, narkotik maddəmi qəbul etmişdılər? Yenə də yox. Bu erməni millətinin hər bir nəfərinin ana südündən gələn və əslər boyu milli təfəkküründə, psixologiyasında formalaşmış qaniçənlik id. Türklərə – azərbaycanlılara qarşı paxıllıqdan doğan vəhşilik idi. Duz-çörək kəsdikləri, süfrələrinin başında əyləşdikləri tarixi qonşularına qarşı irsən ürəklərində yaşatdıqları xəyanət idi.

Onlar dünya üzünə gələndə bu ruhda, bu əqidədə tərbiyə olunurlar. Yalan, iftira, xəyanət, zərərli milli düşmənçilik hissləri ilə qidalanırlar. Bu mərəz sahibi olan ermənilər 1988-ci ildən başlayaraq azərbaycanlıları elan olunmamış, gözlənilməz müharibəyə sövq etdilər. Sumqayıt fəsadlarını törətdilər. 1993-cü ilə qədər davam edən qanlı döyüşlərdə 10 minlərlə günahsız qanlar töküldü. Onların sırasında Faxralının igid oğulları Vəzir və başqaları da həlak oldular. Rus ordusunun iştirakı sayəsində erməni millətçiləri bütövlükdə Dağlıq Qarabağı və Azərbaycanın digər rayonlarını işğal etdilər. Bir milyondan artıq qaçqınlar və köçkünlər ordusu yarandı. İndi nə müharibə, nə də sülh vəziyyətindəyik. Erməni quldurları Tbilisidən Bakıya gələn sərnişin avtobusunu, rus kəşfiyyatının köməyi ilə Bakı metrosunu partlatdılar, 1991-ci ilin noyabrın 20-də Dağlıq Qarabağa sülh və əmin-amanlıq məramı ilə gedən vertalyotu (Dağlıq Qarabağ səmasında) xaincəsinə raketlə vurub saldılar, respublikanın ən adh-sanlı, yüksək vəzifəli şəxslərini qətlə yetirdilər.

Bu faciəli erməni xəyanəti bəşəriyyətin bütün dövrlərində nifrətə layiq öz izlərini qoyub. Tarixən bütün əsrlərdə ermənilər güclü, qüdrətli dövlətlər qarşısında diz çöküb, özlərini məzlum, yazıq göstərib. Əvvəlcə himayəsinə sığındıqları dövlətlərin hörmətini, etibarını qazanıb, adlarını, familiyalanm həmin güclü dövlətin sakinlərinin adlan, familiyalarına uyğunlaşdırıb, hətta ən yüksək vəzifələr əldə ediblər. Müəyyən ictimai-mövqeyə qalxıb, mənsəb sahibi olublar. Sonra da şərait yetişəndə həmin dövlətə xəyanət ediblər. Arxadan qəflətən zərbə vurublar. Nəhəng, köklü, köməkçi ağaçları içindən qurd yeyib çürütdüyü kimi, bir zamanlar pənah gətirdikləri dövləti də ermənilər öz bəd əməlləri ilə zəiflədib, daha güclü, qüdrətli dövlətə arxalanaraq, onun tapşırıqlarına əməl ediblər.

Bəli, bizim eradan əvvəllər Yunan-Roma imperiyası zamanında da belə olub, İranda Kirin hakimiyyəti zamanında da belə olub, I minilliyın əvvəllərində Alban dövlətinin əfsanəvi qəhrəmanı Cavanşir xəyanəılə qətlə yetiriləndə də, Babək ermənilər tərəfindən ərəblərə satılanda da, Osmanlı İmperiyasının sultanı II Sultan Həmidin vaxtında vəzir vəzifəsi etibar edilən Nubar paşa da, xəzinədar Akop paşa da, XlX yüzillikdə İranda xəzinədarlıq edən xacə Mirzə Yaqub da (Markaryan), general Həzi Aslanovun qətlini təşkil edən erməni generalı Baqramyan da, azərbaycanlılara və Azərbaycana xəyanət edən Şaumyan, Mikoyan, Kapitukyan, Xanzadyan, Ulubabyan, Balayan da və onlarla müasir “daşnaq”, “savaq” təşkilatlarının tör-töküntüləri də erməni soyuna mənsub olan xəyanətkarlardı. Təsadüfü deyil ki, ermənilərin bu xəyanətkarlığı, üzüdönüklüyü Ksenofond və Plutarx kimi qədim müəlliflərin şah əsərlərində də öz əksini tapmışdır. Bu bir daha göstərir ki, erməni xəyanətinin tarixi kökləri bəşəriyyətin ən qədim və dərin qatlarına gedib çıxır.

***

Boris Yeltsin Sverdlovskda anadan olmuşdu. Orada da vilayət partiya komitəsinin I katibi vəzifəsinə qədər yüksəlmişdi. Bu illərdə Aqambekyan və digər macəra axtaranlar SSRİ Elmlər Akademiyasının Sibir filialında çalışırdılar. Erməni millətçiləri orada fürsəti əldən vermədilər. Yeltsinlə dostluq əlaqəsinə girdilər. I katibin ən yaxın və etibarlı adamları oldular. Yeltsin Moskvaya partiya komitəsinə katib gəldikdən sonra da bu dostluğa sadiq qaldılar. Ermənilərlə azərbaycanlılar arasında baş verən Dağlıq Qarabağ münaqişəsinin ilk illərində mərkəzin nüfuzlu nümayəndəsi kimi Yeltsin Azərbaycana gəldi, oradan Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinə gedərək “hər şey sizin arzu etdiyiniz kimi olacaq” deyib ermənilərə təsəlli verdi. Əslində bu Moskvanın Qarabağ ermənilərinə verdiyi təsəlli yox, təminat, vəd idi. Sonrakı illərdə də Yeltsin ermənilərin ədalətsiz mövqeyində durdu. Erməni millətçiləri isə aqresiyalarmı daha da gücləndirdilər.

Ermənilər 1991-ci ildə Xocalı şəhərini mühasirəyə aldılar. 1992-ci ildə 4-cü ordunun 336-cı alayının köməyi ilə Xocalı şəhərini dağıdıb yerlə-yeksan etdilər, şəhərdə soyqırımı həyata keçirdilər. 336-cı tank alayında 69 nəfər erməni xidmət edirdi. Bütün hərbi texnika ermənilərin öhdəsində idi. Axşamdan başlayan səhər saat 4-ə kimi davam edən bu hücumda 613 nəfər Xocalı sakini şəhid, 487 nəfər şikəst ol. du. Onlardan 106 nəfər qadın, 83 nəfəri azyaşlı uşaq idi. Şəhid olanların 59 nəfəri son dərəcədə qəddarlıqla, 10 nəfəri isə küt alətlə qətlə yetirilmişdi. 4 nəfərin dərisi soyularaq başı kəsilmişdi.

1991-1992-ci illərdə Sovet imperiyası tamamilə dağıldı. Əvvəl Rusiya Federasiyası, sonra Belarusiya, Ukrayna və digər keçmiş müttəfıq respublikalar öz suverenlik və müstəqilliyini elan etdilər.

Yeltsin Rusiya Federasiyasının prezidentliyini ələ keçirdikdən sonra da Dağlıq Qarabağ münaqişəsində haqqı, ədaləti müdafıə etmədi. Bir halda ki, o, kimin haqsız, kimin haqlı olduğunu yaxşı bilirdi. Münaqişənin vaxtında qan tökmədən həllinə təşəbbüs göstərmədi. Əksinə olaraq Ermənistan Respublikası ilə hərbi ittifaq bağladı. Təcavüzkarlara bir milyard dollar dəyəri olan müasir silahları, təyyarələri, tankları, raketləri ermənilərə verdi. Erməniləri təpədən dırnağa qədər silahlandırdı. Ermənistan-Azərbaycan müharibəsində Qorbaçovun məkirli siyasi xəttini davam etdirdi. Milli respublikalarda, xüsusən, müsəlmanlara qarşı münasibətdə Qorbaçovun millətçi, xəyanətkar siyasətinin etibarlı davamçısı olduğunu təsdiq etdi. Beləliklə də Qorbaçovla yanaşı millətçilər erməni peşəkarlığı nəticəsində Yeltsini ələ aldılar və özlərinin tarixi xəyanətkarlıqlarınin icrasına çevirdilər.

***

Heydər Əliyev Moskvaya getdikdən sonra Azərbaycanda Mərkəzi Komitənin I katibi vəzifəsi Kamran Bağırova tapşırıldı. Xatırladım ki, Kamran Bağırovdan sonra da ölkə rəhbərliyinə seçilən Ə.Vəzirov, A.Müttəlibov, Y.Məmmədov, Ə.Elçibəy və onların komandasına daxil olan digər şəxslər Moskva rəhbərliyinin, xüsusən Qorbaçovun Azərbaycana qarşı məkrli münasibətini vaxtında başa düşmədilər. Azərbaycanda ayrı-ayrı şəxslərin tez-tez bir-birini əvəz etməsi, vəzifəpərəstlik azarı milli birliyin pozulmasına, vətəndaş müharibəsinin yaranmasına gətirib çıxardı. Vəzifə başına gətirilən adamlar əhalinin tərəflərə bölünməsinin əsasını qoydular. (Çox təəssüf ki, bu gün də davam edir). Respublikada növbə ilə rəhbərlik kürsüsünə əyləşənlər (Elçibəydən başqa) öz növbəsində Moskvanın hiylələri, yalanları, aldadıcı vədləri qarşısında acizlik göstərdilər.

Daha açıq desək, öz vəzifələrini saxlamaq xətrinə respublikanı diz çökdürdülər. Müqəddəs torpaqlarımız rus qoşunları tərəfindən hissə-hissə zəbt edilərək erməni millətçilərinə hədiyyə edildi.

Moskvada sıxışdırılan və vəzifədən uzaqlaşdırılan Heydər Əliyev Naxçıvana – doğma vətəninə qayıtdı. Orada da Naxçıvan Ali Məclisinə sədr seçildi. Və 1993-cu ildə, iyun ayında Bakıya gəldi. Ali Sovetin sesiyasında (13.06.93) ildə çıxış etdi. Bu ərəfədə Gəncə şəhərində kəskin qarşıdurma yarandı. Deputatlar həyacan içində idilər. Gəncədən həyacanlı xəbərlər gəlirdi. Belə məlumat vardı ki, qarşı duranlar müxtəlif cəbhələrə ayrılmış, silah işlətməkdən, cinayət etməkdən belə çəkinmirlər.

1993-cü il iyunun 13-də Milli Məclisin sədri İsa Qənbər və Baş nazir Pənah Hüseynov istefa verdilər. Heydər Əliyev iyunun 15-də Milli Məclisə sədr seçildi.

1993-cü il iyunun 17-də prezident Elçibəy gözlənilmədən respublikanı tərk etdi, Naxçıvana, oradan da doğma kəndləri Kələkiyə getdi. Beləliklə Heydər Əliyev prezident oldu. Ölkədə sabitlik yaratdı. Hər növ terrorizmin, satqınlığın və xəyanətkarlığın aradan qaldırılması üçün təsirli tədbirlər gördü.

Ölkədə əsas iqtisadi mənbələrdən hesab edilən neft sənayesinin inkişafı, bu sahədən səmərəli istifadə etmək məqsədilə bir sıra xarici dövlətlərlə əsrin müqavilələri bağlandı və maraqlı olan dövlətlərin fəal iştirakı üçün şərait yaradıldı.

Qarabağ problenmini danışıqlar yolu ilə aparmaq məqsədilə atəşkəs haqqında saziş bağlandı. Ancaq hələ də Dağlıq Qarabağ və əlavə 7 rayonun ərazisi ermənilərin işğalı altındadı. Kəndlərimiz, şəhərlərimiz xarabaya dönüb. Bir milyondan artıq qaçqın və köçkünlərimiz çadırlarda, ibtidai insanların şəraitində yaşayır. Respublika nə sülh, nə müharibə vəziyyətindədir. Kim-kimə xidmət edir, hələlik məlum deyil… Sabaha ümidlə yaşayırıq…

***

Demək olar ki, qonşu Gürcüstanda da vəziyyət Azərbaycandan fərqli deyildi. Hələ 1989-cu ildə Moskva Tbilisidə qanlı 9 aprel faciəsini törətmişdi. Respublika əhalisinin ağır dərdinə, kədərinə bütün Azərbaycan xalqı şərik oldu. Qırğını törədən rus ordusuna özlərinin sonsuz nifrətlərini bildirdilər. Azərbaycanın hər yerindən Gürcüstana, gürcü xalqına baş sağlığı teleqramları göndərildi. Gürcüstanın Azərbaycan rayonlarında çox millətli əhali isə bu kədəri gürcülərlə birlikdə çəkdilər.

Azərbaycanın Qazax rayonundan mərhum müəllim Qurban Musayev “Sovet Gürcüstanı” qəzetinə göndərdiyi şeirində bu faciəni törədən amansız rus ordusunun dinc və günahsız gəncləri qanına qəltan etməsini sonsuz kədərlə belə qələmə almışdı:

… Qoca Qafqaz, qoca Qafqaz,
Nədir bu top, bu tank, bu qaz?
Dərdim məzara da sığmaz.
9 aprel, 9 aprel….

Bu hadisədən sonra respublikada hakimiyyət böhranı yarandı. Moskvanın “parçala, hökmranlıq et” siyasəti işə düşdü. Gürcüstanı daimi olaraq təsiri altında saxlamaq üçün daha yeni tədbirlər düşünüldü. Respublikada həmişə əmin-amanlıq şəratində rahat yaşayan Osetiyanın, Abxazyanın Gürcüstandan ayrılması problemi hazırlanıb ortaya atıldı. Beləliklə gürcü xalqının başını daxili münaqişəyə qatdılar. Elə bir münaqişə ki, bu gün də həll olunması çətin olan bir problem kimi qalır.

Bir qədər dərindən mülahizə etdikdə bu siyasi hiyləgərlik gedişi, Ermənistan Azərbaycan münaqişəsinin nizama salınması və həllini gözləyən Rusiyadan tam mənada asılı olan Dağlıq Qarabağ problemi ilə eynidir.

Belə çirkin əməllərin başlanması həm də Gürcüstanda millətlər arasında düşmənçiliyin yaranmasına səbəb oldu. Məhz bu məqsədlə də 1990-1991-ci illərdə Moskvanın təhlükəsizlik orqanları erməni millətçilərinin köməyi ilə hər növ fitnəkarlığa əl atdılar. Əksər əhalisini azərbaycanlılar təşkil edən Dmanisi, Bolnisi və Marnauli rayonlarında yerli əhali milli qarşıdurmaya məcbur edildi. Bir çox hallarda bu qarşıdurına və zorakılıq heç bir günahı olmayan insanların ölümü ilə nəticələndi. Respublikada rəhbərlər tez-tez dəyişildi G. Qumbaridze, Patiaşvili kabinetləıində yerlərini isitməmiş biri-digərini əvəz etdi. Bəzən planlı, bəzən də kortəbii xalq hərakatı gücləndi. Bu hərəkatda respublikada yenə də gürcü familiyası daşıyan ermənilər ön planda gedirdilər. Qarışıqlıq, millətçilik hissləri son həddə çatmışdı.

Bəla burasındadır ki, qarşısı alınmayan bu münaqi” şələr gündən-günə güclənirdi. Rayonlarda və Tbilisidə azərbaycanlılara qarşı münasibət son dərəcə kəskinləşmişdi. “Yerli”,“yersiz’, “daimi”, “gəlmə” termınləri gürcü gənclərinin bəzilərinin şüurunu zəhərləmişdi. Xalq cəbhəsinin savadsız, cahil, öz xalqının və respublikada yaşayan çox saylı digər millətlərin tarixinə bələd olmayan yalançı “vətənpərvərləri” meydana çıxmışdı. Uzun illər ciddi hazırlıq görmüş (təlim görmüş köpəklər kimi əksəriyyəti gürcü familyası daşıyan, lakin gürcü olmayan ermənilər) bu cahil və nadanlardan məharətlə istifadə etdirdilər. Onlara millətçilik və düşmənçilik fikirləri aşılayırdılar.

Jurnalist Kamandar Eyvazlının vaxtilə (25.12.1990) “Azərbaycan gəncləri” qəzetində nəşr olunmuş yazısından aydın olur ki, Bolnisi rayonundan Azərbaycan əhalisinin kütləvi halda qovulmasında o zamankı dövlət başçıları ilə yanaşı erməni gəncləri, xüsusən qızlar da əsas rol oynamışdı. Bu ekstremistlər qonşu Xaçın kəndində, əvvəla hazırlanmış və yetkinlik yaşına çatmamış məktəbli qızlardan ibarət imiş.

Bir də acınacaqlı burasıdır ki, azərbaycanlıların bütünlüklə Bolnisi rayon mərkəzindən qovulması o vaxtki rəhbərliyin olduqca eybəcər tədbiri səviyyəsində həyata keçirilmişdi. Evlərini həmişəlik tərk edən azərbaycanlı vətəndaşlara hətta, evlərinin dəyərindən aşağı miqdarda rayon rəhbərliyi tərəfindən pul da verilmişdi. Şübhəsiz, bu mənəvi təhqir hələ bir neçə nəsil azərbaycanlıların qəlbində yaşayacaq və bir faciə kimi də tarixə çevriləcək.

1989-1991-ci illər Gürcüstan Respublikasının ən ağır illəri olub. Bu illərdə respublikada ilk milli qarşıdurmalar yaranıb. Müxtəlif əqidəli, müxtəlif istiqamətli partiyalar meydana çıxıb. Xalq cəbhəsi, onun iyrənc millətçilik ideyaları bu illərdə tüğyan edib. Hətta Konstantin Qamsaxurdiyanm şovinizm ideyalarını təbliğ edən “Qurucu David” (II cildlik) romanı ilə tərbiyələnmiş Zivyad Qamsaxurdiya tarixi faktlara əsaslanmadan Gürcüstanda yaşayan azərbaycanlıları “qonaq” adlandırmışdı. O, belə yanlış fikirdə idi ki, bu ərazidə azərbaycanlılar XVII əsrdə məskunlaşmışlar.

Azərbaycanlılar yaşayan rayonlarda millətçilik ideyasının güclənməsində, azərbaycanlıların tez-tez təhqir olunmasında, ata-baba yurdlarından qovulmasında hətta, çox zaman dövlət təhlükəsizlik orqanlarında və daxili işlər idarələrində çalışan bəzi şübhəli, milliyəti məlum olmayan şəxslər də fəal iştirak etmişlər. Orqan işçiləri çox zaman baş verən cinayət xarakterli təhqirlərə, insanların oğurlanması hallarına göz yummuşdular.

Kamandar Eyvazlı yenə adım çəkdiyimiz məqalədə qeyd edir: “Adamlar cəza tədbirlərinin fəal üzvlərindən birini tez-tez yada salırdılar. Lakin heç kim onun adını düzgün bilmirdi. Kimi “Mişa” kimi də “Teymur” çağırırdı. Deyirdilər, Bolnisi rayonu Daxili İşlər şöbəsinin işçisidi. Əvvəllər Qax rayonunda yaşayıb, katibin sağ əlidir.“

Bəli, bu həmin Teymur idi ki, həqiqətən də I katib Devnozoşvilinin sağ əli idi. 1990-cı ildə əslində adı Teymur kimi məlum idi. Həqiqi adı və familyası, hansı millətə mənsub olması, yalnız onu Tiflisdən Bolnisə göndərən inzibati orqanlara, bir də Bolnisi rayonunun bəzi rəhbər işlərində çalışan adamlara məlum idi. Həqiqətən əvvəllər I katib işləmiş Sanikidze də, ondan sonra bu vəzifəyə gəlmiş I katiblər də Teymur Məmmədov kimilərinin (milliyyəti məlum olmayan) saxta məlumatları əsasında istedadlı, savadlı yerli azərbaycanlı ziyalılara divan tutdular.

Binnət Mahmudov, Əli Əliyev, Kərim Kərimov, Uğurlu Hüseynov, Musa Həsənov, Saraçlıdan uzun illər namusla, vicdanla prokuror işləmiş mərhum Nəbi Nəbizadə, Mahmud Nəbizadə, İmirhəsən kəndindən Mirzəli Fətullayev, Ayorta kəndindən rayon İcra Komitəsinin sədri işləmiş Əmir Məmmədov və onlarca kəndinə, xalqına ürəkdən bağlı olan, təsərrüfat işini gözəl bilən adamlar növbə ilə kolxoz sədri, sovxoz direktoru və rayonda digər məsul vəzifələrə irəli çəkilmiş, sonra da müəmmalı şəkildə, səbəb olmadan vəzifədən kənar edilmişlər. İndi adlarını çəkdiyim şəxslərin çoxu dünyasını dəyişib, sağ qalanlar isə hələ də vaxtilə vəzifədən çıxarılmalarının səbəbini özləri üçün aydınlaşdıra bilmirlər.

Bu dözümsüzlüklə bağlı keçmiş şagirdlərim, vaxtilə Faxralı orta məktəbini, sonra da Gəncə şəhərində Kənd Təsərrüfat İnstitutunu bitirmiş iki nəfəri misal gətirmək istəyirəm.

Kərim Kərimov kənd təsərrüfatı üzrə mütəxəssis idi. Vaxtı ilə Faxralı kolxozuna sədr vəzifəsinə irəli çəkilmişdi. İşlədiyi bir neçə il müddətində doğma kəndində içməli su probleminin yaxşılaşması şahədə xeyli əmək sərf etmişdi. Artezian quyuları qazdırmışdı. Kəndlilərin evlərinə su kranı çəkdirmişdi. Orta məktəb üçün yardımçı bina tikdirmişdi. Kolxozun əmlakının qorunmasına xüsusi qayğı göstərmişdi. Yeni kənd təsərrüfat texnikası, yük maşınları almışdı. Və digər ümumi problemlərin həllinə məsuliyyətlə yanaşmışdı. Ancaq uzun müddət fəaliyyət göstərməsinə rayon tərəfindən imkan verilmədi.

Kərim Kərımovdan sonra əvvəl kolxoz sədri, sonra sovxoz direktoru işləmiş Uğurlu Hüseynov da kənd əhalisinin hörmətini qazanmış, ona tapşırılmış vəzifəyə yüksək məsuliyyətlə yanaşmışdı. Təsərrüfatın müxtəlif sahələrinin ritmik inkişafını təmin etmişdi. Maldarlıq, qoyunçuluq, digər mühüm sahələrin artması, məhsuldarlığın yüksəlməsinə xüsusi diqqət yetirmişdi. Sovxozun illik gəlirini milyon manatlara çatdırmışdı. Sovxoz direktoru işlədiyi illərdə hər il yüksək nailiyyətlər qazanmışdı. Sovxozun neçə-neçə qabaqcıl fəhlə və qulluqçusu orden və medallarla təltif olunmuşdur. Bəs belə bir şəxs nə üçün vəzifədən götürülmüşdü?! I katiblərin vaxtilə yol verdikləri bu özbaşınalığı nə ilə izah etmək olardı?! Heç şübhə etmirik ki, bu haqsızlıqlar yalnız, bəzi I katiblərin şəxsi eqoizmi və azərbaycanlı kadrlara qarşı olan millətçilik münasibətindən irəli gəlmişdi.

Müşahidələr göstərir ki, 1990-cı ildə Gürcüstanda yaşayan azərbaycanlılar daha ağır faciələrlə qarşılaşıblar. Təəssüf doğuran budur ki, bu vəziyyət sonralar da davam edib. Azərbaycanlılara qarşı yersiz və səbəbsiz təzyiqlər davam etmişdi. Savadlı, iş təcrübəsi olan ziyalılar rayon təşkilatlarında tutduqları vəzifələrdən azad edilmiş, nüfuzlu sovxoz direktorları vəzifələrdən uzaqlaşdırılmışdı. Hətta müqavimət göstərməyə səy edən savadlı, cəsarətli şəxslər oğurlanaraq fıziki və mənəvi təhqirlərə məruz qalmışdılar. Şərif Kərimli “Azərbaycan” qəzetində (23. 11.1994) dərc etdirdiyi məqaləsində ürək yanğısı ilə bildirirdi ki, “son bir ildə Dumanisidən 28, Bolnisidən 15, Marneulidən 22 nəfər oğurlanıb. Vaxtilə Dumanisidə 37 sovxoz direktoru azərbaycanlı idi. Lakin bölgəyə köçürülən svanların quldurluğundan təngə gələn azərbaycanlı direktorların əksəriyyəti öz ərizələri ilə işdən getdilər… Onda belə bir sual ortaya çıxır: bəs indi qeyri azərbaycanlı olan sovxoz direktorları niyə belə təzyiq və təqiblərə məruz qalmır? İki ildə bir gürcü, yaxud svan sovxoz direktoru oğurlanmayıb?”

Buradan aydın olur ki, milli təxribat nəinki rayon mərkəzlərini əhatə etmişdi, hətta kəndlərdə də öz cinayətkar təzyiqlərini göstərmişdi. Bəzi silahlı cinayətkar dəstələr Azərbaycan kəndlərinə tez-tez hücumlar edir, onların mənliyini sındırmağa çalışırdılar.

Yaxşı yadımdadı, Gürcüstan Daxili İşlər Nazirliyinin Faxralı kəndinə tankla hücuma keçmək istəyən bir dəstəsinin qarşısı yerli əhali tərəfındən qəhrəmancasına alınmışdı. Yaşayış məntəqəsinə çatmamış tanklı, silahlı dəstəni bütün kənd əhalisi mühasirə etmişdi. Qazıoğlu Həmidin 14-15 yaşlı oğlu Mübariz isə sinəsini açaraq tankın qarşısını kəsmiş: “Cəsarətiniz çatırsa, vurun”, – deyə gürcü eksiremistləıini təəcübləndirmişdi. Gürcü təxribatçıları qarşısında onun belə cəsarətli hərəkəti indi də kənddə iftixar hissi ilə yad edilir.

Bu dəhşətli vaxtlardan artıq illər keçir. Gürcüstanda Xalq Cəhhəsi öz təxribatçı, qatı millətçi hərəkətləri ilə gürcü xalqının məhəbbətini qazanmadı. Onun lideri Zivyad Qamsaxurdiya özünün böhranlı anlarında yenə Azərbaycana sığınmaq istədi. Bu məqsədlə də Gəncə şəhərinə gəldi. Ancaq harada isə onun taleyi faciə ilə sona çatdı. Onun vaxtında Azərbaycan kəndlərində sovxoz direktoru vəzifələrini ələ keçirmiş gürcülər və svanlar sovxozları dağıtdılar. İllərdəu bəri qazanılmış əmlakı bir iki ilin ərzində taladılar. Heç kim də haqq-hesab soruşmadı.

Vaxtilə Faxralı sovxozunun gəliri hər il milyonlarla hesablanırdı. 1980-ci ildə Uğurlu Hüseynov sovxoz direktoru, Binnət Mahmudov baş mühasib işləyən vaxtlarda Faxralı sovxozunun gəliri 8 milyon manata çatmışdı. 1991-ci ildə sovxozda 1231 baş iribuynuzlu malqara, 3700-dən çox qoyun, 1400 baş donuz, 2400 hektar əkin sahəsi, 318 hektar üzüm bağı, 32 hektar meyvə bağı, 110 kənd təsərrüfat maşını (traktor, kombayn, molotilka və s.), 88 yük maşını olub. İndi sovxozun bu varı-dövləti haradadır? Kimlərə satılıb? Əldə olan vəsaitə kim sahib olub? Bu gün bu suallara cavab tapmaq çətindi.

Faxralı kəndində son illərdə sovxoz direktoru vəzifəsini gürcü millətindən olan Zurab Caparidze ələ keçirmişdi O sovxozun dağılması bəhanəsindən istifadə edərək milyonlarla qiyməti olan əmlakı dağıtdı. Nəticədə kəndin torpaq sahələrinə də əl atdı. Xalqın dolanması, mal-dövlətin saxlanması üçün son dərəcə əhəmiyyətli olan sahələr Həsənli, Babaşlı, Vərzalar, Güllər və digər tayfaların qışlaqlarl icarə adı ilə gürcülərə verilib. Kəndin geniş otlaq və əkin sahələri hərraca qoyulub. 800 hektar sulu torpağı rayonun perfekti Zurab Caparidze öz öhdəsinə götürüb. Bu torpaq sahələri hər il yerli sakinlərə icarəyə verilir özü də hektarı 400 dollardan. Görün neçə minlərlə dollar şəxsi cibləri doldurur.

Torpaqlann müəyyən hissəsini perfekt Faxralıdan 25-30 km aralı məsafədə olan torpaqları rayon mərkəzində yerləşən idarə rəhbərlərinə və ya şəxsi adamlara (12 hektar RAPO sədri Çaladzeyə, 57 hektar rayonun kordinasiya şurasına, 400 hektar Kostava fonduna, 5 hektar A.Kapanadzeyə) bağışlayıb. Bir haldakı hələ 1990-cı ildə kəndin üzümlük sahəsindən 200 hektar torpağın ayrılıb Kostava fonduna verilməsi məsələsi qaldırılmışdı, o zaman kənd sovetinin binası qarşısma toplaşan qoca, cavan, kişi, qadın ciddi etiraz səslərinin ucaltdılar. Bir xalq kimi öz varlıqlarını təsdiq etdilər. Yığıncaqda çıxış edən Kərim Kərimov, Uğurlu Hüsyenov, Rəhim Mahmudov, rəhmətlik Sədrəddin Namazov belə təkliflərin ortaya atılmasını xalqın hüquqlarının tapdalanması, mənəviyyatının təhqir edilməsindən başqa bir məqsəd daşımadığını qeyd etdilər. Bəs sonradan nə baş verdi? Hansı sehrli qüvvə xalqın etiraz səslərini susdurdu? Səbəb aydındır. Faxralı sovxozunun əziz xələf direktoru Zurab Caparidze 1994-cü ildə sovxoz dağıldıqdan sonra rayona perfekt keçir… Faxralı kəndindən açıq-aşkar intiqam alaraq Kostava fonduna əvəllər tələb olunan 200 hektar torpaq əvəzinə 400 hektar ayırdı, üstəlik də Faxralı torpaqlanın rayonda yaşayan dost-tanışlarına bağışladı. O, öz ədalətsiz hökmünü hər gün davam etdirirdi. Faxralıda isə xalq bundan betərindən ehtiyat edərək susur. Və hətta bəzi şəxslər bu ədalətsizlikləri Gürcüstan hökumətinin növbəti “tədbirlərindən” biri hesab edirlər.

Əlavə edim ki, hələlik Gürcüstanda torpaq islahatı və özəlləşdirmədə də bir sıra anlaşılmazlıqlar vardır. Hələ 1990-1991-ci illərdə Bolnisi rayonunda 32 Azərbaycan kəndinin adı dəyişdirilib: Faxralı-Talaver, Arıxlı-Naxeduru, Qoçulu-Cavala, Muğanlı-Farizi, Daşlıqullar-Muxrani, Cəfərli-Samdredi, İncəoğlu-Şua Bolnisi, Molla Əhmədli-Xataveri, Kolagir-Surtava, İmirhəsən-Savanta, Əsmələr-Mskneti və s. kimi qondarma, azərbaycanlılar üçün mənaları anlaşılmayan adlarla əvəz edilib. Adların bu şəkildə dəyişdirilməsi isə əsil mənada bu kəndlərdə yaşayan azərbaycanlıların şəxsiyyətini təhqir etmək, onların varlığı ilə hesablaşmamaq deməkdir.

Yuxarıda göstərdiyimiz kimi, hazırda Faxralı kəndinin əhalisi ata-babların vaxtilə qızıl pulla aldıqları şəxsi torpaqlarından demək olaf ki, məhrumdurlar. Az bir miqdarda həyətyanı sahələri kəndlilər arasında ayrı-seçkiliyə yol verərək müqavilə əsasında verilmiş müxtəlif ölçüdə torpaqları çıxmaq şərtilə hər il istifadə etdikləri torpaqların müqabilində (hektara 400 dollar) pul ödəməlidirlər.

Torpaqdan istifadə sahəsində olduğu kimi, maldarlığın, qoyunçuluğun inkişafına da maneələr yaradılıb. Kənd əhalisi malını, qoyununu kənddən kənara otlaq sahələrinə çıxartmaq üçün hər baş heyvanın müqabilində gürcü qardaşlara pul ödəməlidir.

Bolnisi rayonu perfekti Zurab Caparidzenin Faxralı kəndinə qarşı bu bağışlanılmaz münasibəti keçmiş zamanlardan qalan bir atalar sözünü xatırladır: “Kovxanı gör, kəndi çap”, yəni tala, xaraba qoy.

Kəndlinin torpaqlarının əlindən alınması, var-dövlət saxlamasının məhdudlaşdırılması və digər iqtisadi imkanlardan məhrum edilməsini, harada olmasından asılı olmayaraq, indiki zamanda həmin kəndin və əhalinin blokadada saxlanmasından başqa bir adla adlandırmaq olmaz. Bu isə Gürcüstan dövlətinin indiki xarici və daxili siyasətindən çox uzaqdı. Əslində Bolnisi rayonunda, xüsusən də Faxralıda əhaliyə və ümumən kəndə qarşı olan bu yanlış münasibətləri biz hazırkı Gürcüstan Respublikasının ağıllı, şüurlu hakim təbəqələrinin siyasi münasibətləri kimi də qəbul etmirik.

O da məlumdur ki, bu hadisələrin iqtisadi və siyasi cəhətdən çətin və müvəqqəti dövrlərini yaşayan Gürcüstanın, onun yeni və daha demokratik Konstitusiyasının hazırki milli siyasəti ilə heç bir əlaqəsi yoxdur. Faxralı kəndində yaranmış belə ağır süni gərginlik olsa-olsa Bolnisi rayonunda Zivyad Qamsaxurdiyanın hələ də miras qalmış və erməni ideologiyası ilə zəhərlənmiş bir qrup yerli, millətçi və mafioz ünsürlərin yanlış, iki dost xalq arasında gərginlik və narazılığı qızışdırmaq cəhdləridir. Bu isə uzun müddət ömür sürə bilməz. Yəqin ki, Gürcüstanın hakim dairələri bu əyintilərin aradan qaldırılması üçün tezliklə tədbir görəcək.

Gürcüstanda Xalq Cəbhəsinin və onun lideri Z.Qamsaxurdiyanın məğlub olmasından sonra respublika öz müstəqilliyini əldə etdi. Əvvəllər SSRİ Xarici İşlər naziri işləmiş E.A.Şvernadze demokratik dövlətin prezidenti seçildi. Şvernadze ilə Heydər Əliyevin çoxdan başlamış dostluğu daha real məna aldı. İki respublikanın siyasi və iqtisadi əməkdaşlığına çevrildi. Şvernadze özünə qədər Gürcüstanda hökm sürən millətçiliyin, xüsusən azərbaycanlılara qarşı baş qaldıran düşmənçilik münasibətlərini aradan qaldırdı. Hazırda Bakı – Supsa, Bakı-Ceyhan neft kəmərlərinin Gürcüstan ərazisindən keçməsi də dostluq əlaqələrinin siyasi və iqtisadi zəmində möhkəmlənməsinə xidmət edir. Tarixi dostluq və əməkdaşlıq günbəgün möhkəmlənir.

Şvernadzenin səyi nəticəsində 6 nəfər azərbaycanlı Gürcüstan Ali məclisinə deputat seçilib. Marneuli, Bolnisi, Dmanisi rayonları üzrə bir nəfər azərbaycanlı qubernatora müavin təyin edilib. Ancaq hələ də Gürcüstanda azərbaycanlılara qarşı münasibətlərdə həllini gözləyən məsələlər çoxdu.

Xüsusən Bolnisi rayonunda dəyişdirilən kənd adlarının məsələsi təxribatçılıq kimi qalır. Keçmiş adlar geri qaytarılmayıb. Vaxtilə bu adları dəyişməyə cəsarət edən millətçi ünsürlər bu günə qədər cəzasız qalıb. Min illərlə tarixi, milli etnoqrafik əhəmiyyəti olan kəndlərin adlarının yenisi və heç bir məna daşımayan adlarla əvəz edilməsi milli dostluğa, qonşuluğa xəyanətdən başqa heç bir məqsəd daşımır. Əsas yaşayış mənbəyi, torpağa bağlı olan Azərbaycan kəndlərində torpağı tam özəlləşdirməmək hazırda bəzi mafioz qruplar üçün xalq əmlakını dağıdıb talayan adamlar üçün əhəmiyyətlidi. Kəndlilərin müqəddəs torpağa bağlanmasına əngəl törətdiyi kimi, respublikanın iqtisadiyyatı üçün də son dərəcədə zərərlidir. Nəhayət, vaxtilə kolxoz və sovxozların əmlakını dağıdıb, şəxsi əmlak kimi mənimsəyən şəxslər kimliyindən asılı olmayaraq dövlət məsuliyyəti qarşısında dayanmalıdır. Günahlarına görə də cəza almalıdırlar…

Gürcüstanda olan Azərbaycan kəndlərinin adının dəyişdirilməsi bizim ən ağrılı məsələmizdir. Yuxarıda xatırlatdığım kimi, bu gün bu ağrılı-acılı məsələ köhnəlir. İnana bilmirəm ki, gürcü dostlarımız belə bir milli faciəni “arxivə” atmaq fikirində olsunlar. Hələ vaxtilə 1992-ci ildə millət vəkili, professor Şamil Qurbanov Bakıda Svernadze ilə görüşü zaman Bolnisi rayonunda Azərbaycan kəndlərinin adlarının dəyişdirilməsinə münasibətini bildirməyi ondan xahiş etmişdi. Və Faxralı kəndinin “Talaver” adı ilə əvəz edilməsini prezidentə misal çəkmişdi, bu ədalətsiz ad dəyişməyə yenidən baxmasına xahiş etmişdi. Millət vəkili onu da demişdi ki, bütün yer üzündə olan xalqların bir Allahı var. Ancaq, azərbaycanlılarla gürcülərin bir olan Allahdan başqa bir də yarım allahları var, o da Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Sizsiniz, kimin tərəfindən qəbul edilməsinə baxmayaraq, ıki xalq arasında milli münasibətlərin normal axara düşməsinə mane olan bu haqsız qərarı Siz ləğv edə bilərsiniz.

Professor Ş.Qurbanov prezidentdən Faxralı əvəzinə işlənən “Talaver” sözünün gürcü dilində mənasını soruşduqda isə Şvernadze gürcü dilində belə sözün olmadığını etiraf etmişdi. Şamil Qurbanov müsahibinə onu da bildirmişdir ki, “Talaver-Dələver” Faxralı kəndinin içindən keçən çayın adıdı. Türk sözüdü. Hətta Türkiyədə bu adda kənd də var. Bəs belə olan halda bir türk adını başqa bir türk adı ilə əvəz etmək gürcü dostlara nə verə bilər?!

Təəccüb doğuran burasıdır ki, Ş.Qurbanovla Şvernadzenin bu barədə ciddi və rəsmi söhbətindən artıq 8 il keçir. Gürcüstanın kəndlərində (Bolnisi rayonunda) yaşayan azərbaycanlıların bəziləri öz milli hisslərini itirərək yeni adlara alışırlar, səssiz-səmirsiz dayanıb, bəlkə də kənardan kömək gözləyirlər…

Bəs bu kənd adlarının dəyişməsi üçün min illər bundan qabaq miras qoymuş babaların, ataların narahat ruhları qarşısında kim cavab verəcək?!

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur