1941-1945-ci ildə Hitiər Almaniyası ilə müharibədə Sovet dövləti müttəüqlərin (Amerika, İngiltərə) köməyi ilə qələbə çaldı. Ancaq bu müharibə ağır itkilər, iqtisadi dağıntılarla başa çatdı. Beş illik müharibədə almanlar artıq bir çox Avropa dövlətlərini işğal etmişdi. Müharibə Şimali Qafqaza qədər gəlib çatmışdı. Rusiyanın iri şəhərləri dağıdılmışdı. Leninqrad mühasirədə idi. Şəhər əhalisi ordu ilə birlikdə düşmənə qarşı ölüm-dirim müharibəsi aparırdı. Moskvadan Mərkəzi Komitənin aparatı Kuybışev şəhərinə köçürülmüşdü. Bütün bu çətinliklərə baxmayaraq qanlı döyüşlər Sovet dövlətinin qələbəsi ilə başa çatdı.

5 may 1945-ci ildə milliyətcə gürcü olan Kantariya və onun döyüşçü yoldaşları qələbə bayrağını Berlində – Reyxstağın üzərinə sancdılar. Bu qələbə Ali Baş komandan İ.V.Stalinin müdrikliyi və Sovet ordusunun bütünlükdə müxtəlif rütbəli komandirlərinin, marşallarının cəsarətli və yorulmaz rəhbərliyi sayəsində qazanıldı.

Marşal Jukov, Rokosovski, Konyev, Qreçko, Vasilyevski, Katukov, Rıbalko, Lelyuşenko, Rakasovski və yüzlərlə digər mərd komandirlər qələbənin təmin olunmasında xüsusi rol oynadılar.

Sovet İttifaqının tərkibində olan digər millətlərin nümayəndələri kimi Azərbaycanın da 100 minlərlə oğul və qızları müharibənin ilk günlərindən ümumi düşmənə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Və müxtəlif istiqamətli döyüşlərdə ad-san qazanmışlar.

İsrafil Məmmədov, Ziya Bunyatov, Abas Quliyev, Nəcəfqulu Rəfiyev, Qəzənfər Əkbərov, Səlahəddin Kazımov, Səyyad Binnətov, Qafur Məmmədov, generallar Heybət Heybətov, Hacıbala Zeynalov, Kamal Məmmədov, iki dəfə Sovet İttifaqı qəhrəmanları Musa Qulier, tank qoşunları gvardiya general: Həzi Aslanov və neçə-neçə igid ərənlər döyüşlərdə qəhrəmanlıq göstərərək xalqımıza şöhrət gətip mişdilər. Beş il davam edən qanlı müharibədə Azərbaycan xalqı 500 minə yaxın qurban verib.

***

Mən sulu torpaq sahəsinə görə 1944-1945-ci dərs ilində yenidən Arıxlı məktəbinə qayıtdım. Məktəbdə müəllim və tədris işləri üzrə müavin işlədim. Və qələbənin ilk xəbərini də Arıxlı kəndində eşitdim. Bu tarix heç vaxt unudulmayan 9 may 1945-ci il idi. Kənd arası Tiflisdən Bolnisə gedən maşınların sürücüləri, sərnişinlər: “Müharibə qurtardı”, – deyə xalqa xəbər verir, sevinə-sevinə uca səslə hay-haray salır, əhaliyə göz aydınlığı verirdilər. May ayı uşaqdan böyüyə hamı üçün əsil bayram ayına döndü. Hər gün neçə-neçə evdə şadlıq məclisi qurulurdu. Bir tərəfdən ordudan tərxis olunanlar, müharibədən sağ-salamat qayıdanlar, digər tərəfdən də əlillərin, yaralıların hər gəlişi bir şənliyə çevrilirdi. Qurbanlar kəsilirdi, kənddən kəndə görüşlərin, gediş-gəlişlərin sayı hər gün artırdı. Müharibədə həlak olanlara, itkin düşənlərə ehsanlar verilir, yas saxlanılırdı. Ataların, anaların, bacı-qardaşların nisgilli göz yaşları, elin qəmi, kədəri və sevinci bir-birinə qarışmışdı. Yenidən döyüşsüz, davasız sakit həyat başladı. Hərbi əsirlikdən azad edilənlər keçirdikləri ağır günlərdən danışdılar. Ölənlərin xatirəsi yad edildi. Ancaq çox qapılar əbədi bağlı qaldı. 300 nəfər müharibədə həlak oldu (Allah hamısına rəhmət eləsin!)

Yaxın tarix göstərir ki, Gürcüstanda sovetləşmənin ilk illərində respublika partiya təşkilatına, biri-digərini əvəz edən Kartvelaşvili və Orxoloşvili rəhbərlik etmişdi. Bu illərdə (1922-1931) rəhbər partiya sovet orqanlarına kadrların seçilib yerləşdirilməsində siyasi, mənəvi və mədəni tədbirlərin həyata keçirilməsində milli balans nisbətən gözlənilmiş, qeyri millətlərlə yanaşı azərbaycanlılara da xüsusi hörmətlə yanaşılmışdı.

Respublikaların könüllü birliyi (Zakfederasiya) illərində azərbaycanlılar öz milli və mənəvi üstünlüyünü saxlamışdı. Səməd bəy Ağamalı oğlu Qafqaz birliyi icrakomunun, Hüseynqulu Şabanov (Sarvanlı) Ali Məhkəmənin sədri vəzifələrində işlədilər. Zaqafqaziyanın mərkəzi hesab edilən Tiflis şəhərində gürcü mədəniyyəti ilə yanaşı başqa millətlərin mədəniyyətlərinin inkişafına da şərait yaradılmışdır. Gürcü, Azərbaycan, erməni dillərində qəzət, jurnal nəşr edilirdi. Azərbaycan dilində məktəblərdə savadsızlığı ləğv kurslannın təşkili, N.Nərimanov adına xalq teatrının yaradılması, Pedaqoji Texnikumlann açılması ön planda idi.

Zaqafqaziya Kommunist Darülfununda Azərbaycan filialı təşkil olunmuşdu. Tiflis Dəmiryolu İnstitutunda Azərbaycan filialında onlarla azərbaycanlı gənc oxuyurdu. Rayonlaşmamn ilk illərində əhalinin 80-90 % azərbaycanlılar təşkil edən Borçalı, Lüsemburq (Bolnisi), Başkeçid (Dumanisi) rayonlannda maarif şöbə müdirləri, icra komitələrinin sədrləri, partiya komitəsinin I katibləri, milis rəisiləri və digər idarələrdə rəhbər vəzifələrdə azərbaycanlılar işləyirdilər.

Maraq üçün, 1922-ci ildən 1950-ci ilə kimi Borçalı və Lüksemburq rayonlarında işləmiş I katiblərin adlarını qeyd etməyi lazım bildik: Borçalı rayonunda Həsən Səbri, Zeynalov, Qəhrəmanov (bir il işləyib), Sexadze Ə.Eyubovun bacanağı (qadınları alman qızı idi), Tavadze, Sirunyan, Qoçuladze, Sanikidze, Lüksemburq rayonunda M.Cəfərli, Əbdül Eyubov, Kiryakov, Xantadze, Kobiridze, Lomadze, Firqə partiya komitəsinin I katibləri işləmişlər.

Siyahıdan aydın olur ki, Gürcüstanda Sovet hakimiyyətinin ilk illərində gizli partiya təşkilatlarında mətinləşmiş və kifayət qədər savadlı, siyasi cəhətdən hazırlıqlı, Borçalının Sarvan kəndindən olan Hüseynqulu Şabanov Gürcüstan Ali Məhkəməsi Kollegiyasına sədr, Həsən Səbri, Zeynalov, Əsgərov (Borçalı), M.Cəfərli, Ə.Eyubov, Lüksemburq-Bolnisi rayonlarında I katib vəzifələrinə irəli çəkilmişdilər. Ancaq, L.P.Beriya Gürcüstan Partiya Təşkilatına rəhbər etdiyi dövrlərdə ( 1931-1938) həmin şəxslər ciddi siyasi ittihamlarla aradan götürüldü və Lüksemburq (Bolnisi) rayon İcra Komitəsinin sədri Yahya Mustafazadə pambıqla əlaqədar, inqilabçı Əşrəf Yüzbaşov isə siyasi qarşıdurmaya görə özlərini intihar etdilər. Bu rayonlara bir daha I katib vəzifəsinə azərbaycanlı göndərilmədi. Beləliklə də gürcü ziyalıları arasında millətçiliyin təməli qoyuldu.

Bəs kim idi L.P.Beriya? Qısa arayış: 1899–cu ildə Suxumidə yoxsul kəndli ailəsində anadan olmuşdu. İlk təhsilini orada almışdı. 1915-ci ildə təhsilini davam etdimək üçün Bakıya gəlmiş, texniki təhsil verən məktəbə daxil olmuşdu. 1917-ci ildə Bakıda firqəyə qəbul edilmişdi. Burada da ilk inqilabi fəaliyyətinə başlamışdı. 1919-cu ildə gizli təşkilat onu Gürcüstana göndərmiş, lakin orada həlbs edilmişdi.

Həbsdən azad edildikdən sonra yenidən Bakıya qayıtmış, Azərbaycan Sənaye institutuna daxil olmuşdu. 1921-cı ildən 1931-cı ilə kimi kəşfiyyat və əks-kəşliyyat orqanlarında işləyib. Azərbaycanı da Fövqəladə komissiya sədri M.C.Bağırovun müavini, Gurcustan Dövlət Siyasi təşkilatının sədri, ZSFSR-da Dövlət Siyasi Təşkilatının səlahiyyətli nümayəndəsi olub. Siyasi fəaliyyətinə görə Gürcüstan, Azərbaycan və Ermənistanın “Qırmızı əmək bayrağı” ordeni ilə təltif olunub.

1931-ci ildə Gürcüstan Partiya Komitəsinin I katibi, Zakafqaziya Ölkə (Kraykom) Partiya Komitəsinin katibi seçilmişdi. Zaqafqazıya Respublikalarlnda birinci beşillik planın müvəffəqiyyətlə yerinə yar rilməsinə görə 1935-ci ildə Lenin ordeninə layiq görülmüşdü. Həmin ildə Tiflisdə partiya fəalları yığıncağında “Zaqafqaziya bolşevık təşkilatının tarixinə dair məruzə etmişdi. Məruzə İ.V.Stalin tərəfındən yüksək qiymətləndirilmişdi. 1934-cü ildə Partiyanın XVII qurultayında Sovet İttifaqı Mərkəzi Komitəsinə üzv seçilmişdi. 1938-ci ildən 1945-ci ilə kimi SSRİ daxili işlər Naziri işləmişdi. 1941-ci ildə Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilmişdi. 1943-cü ildə dövlətin müdafiə qüdrətinin möhkəmləndirilməsində şəxsi xidmətlərinə görə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdü. 1944-cü ildə Dövlət Müdafiə Komitəsinin sədr müavini vəzifəsinə irəli çəkilmişdi. 1945-ci ilin 9 mayında ona Sovet İttifaqı Marşalı kimi yüksək hərbi rütbə verilmişdi.

İlk baxışda belə fıkir yarana bilər ki, bu həyatını siyasi mübarizələrə həsr etmiş bir inqilabçının tərcümeyi-halıdır. Əcaba, burada təəcüblü nə var ki?! Ancaq bu tərcümeyi-halda L.P.Beriya hələ gənc yaşlarından yüksək vəzifələrə irəli çəkilmişdi. O, arzu etdiyi vəzifəyə çatmaq üçün yaxın dostlarına belə güzəştə getməmişdi. Həm yeti gəldikdə onlara qarşı amansız olmuşdu. Bu yolda qarşısına çıxan bütün maneələri aradan götürmüşdü. Ayaqları altında qalan 100-lərlə günahsız qurbanlarm cəsədi üzərindən irəliləmiş va piləkən-piləkən sürətlə yüksəklərə qalxmışdı. O, məqsədlərinə yaxmlaşdıqca İ.V.Stəlinin etibarını qazanmışdı.

“Min ocaq söndürüb, qapı bağlayan” Beriyanın şəxsi psixoloji anları ilə yaxından tanış olmaq üçün onun “Zaqafqaziya bolşeviklər kılatının tarixinə dair” (1935) kitabını oxumaq kifayət edər. O da unudulmamalıdır ki, minlərlə insanların günahsız həyatına son qoyan 1931 və 1937-ci illərin qanlı represiyaları da Beriyanın Gürcüstanda partiyaya rəhbərlik etdiyi illərdə (1931-1938) baş vermişdi.

Beriya 1938-ci ildə Moskvaya dəvət olunur və Yejovun yerinə SSRİ daxili işlər naziri vəzifəsinə təyin edilir. Moskvada fəaliyyət göstərdiyi illərdə, mərhələ-mərhələ yüksəldikcə bir müddət İ.V.Stalinin “görən gözləri, eşidən qulaqları olmuşdu”. Kremldə intriqaları, etibarsızlığı, qısqanclığı qızışdırmışdı.

Ancaq o illərdə belə söhbətlər gedirdi ki, Stalin 1946-cı ildə məzuniyyət zamanı Qara dəniz kənarında dincələrkən bəzi keçmiş inqilabçı dostları ilə görüşmüşdü. Burada Stalinin inandığı dostları Gürcüstanda hakimiyyəti ələ keçirmək məqsədilə Meqrel təşkilatının yaranması barədə narahatlıqlarını bildirmişlər. Stalin Moskvaya dönən kimi dərhal Gürcüstanda olan bir qrup vəzifəli və nüfuzlu meqrelləri həbs etdirmişdi. Çox güman ki, bu hadisə həm də Stalinin Beriyadan şübhələnməsinə və Beriyanın siyasi karyerasının qismən zəifləməsinə əsas yarada bilərdi.

Əgər əcəldən macal olsaydı, bir qədər artıq yaşasaydı, öz “sevimli” nazirləri Lakoba və Yejovu, eləcə də yüzlərlə başqalarını “gedər-gəlməzə” göndərən Stalin Kremldə ətrafında olan bəzi şəxslərlə birlikdə Beriya haqqında da güman-şübhələrə özü son qoyardı və bizim bu barədə fıkirləşməyimizə ehtiyac qalmazdı.

Beriya müxtəlif illərdə, çox saylı, səlahiyyətli və məsul vəzifələrdə törətdiyi faciələrlə yanaşı, bu gün Azərbaycanda onun əməllərinə zidd olan xeyirxahlığı barədə bir söhbət də dolaşmaqdadır. Onu da qeyd edim ki, mötəbər yerlərdə müharibə illərində də bu barədə danışılırdı. Qeyd edirdilər ki, Şimali Qafqaz xalqları öz tarixi torpaqlarından sürgün edilən zaman xalqımızın Kremldə olan A.Mikoyan və başqa bədxahları Siyasi Büroda Azərbaycan xalqının da yerli-dibli sürgün edilməsi məsələsini qaldırmış, hətta qərar da qəbul edilibmiş, ancaq Beriya gənclik illərində 15 ildən artıq Bakıda azərbaycanlı dostları ilə kəsdiyi duz-çörəyi unutmamış, dərhal M.C.Bağırova bu barədə telefonla məlumat çatdırmışdır. Bağırov isə yubanmadan təyyarə ilə Moskvaya uçmuş, Stalinlə görüşmüş və qərarı ləğv etdirmişdir. İşlədikləri dövrlərdə düşünülmüş və ya məcburi yol verdikləri bütün qüsurlara baxmayaraq, əgər bu söhbətlər doğrudursa Beriya və Bağırov Azərbaycan xalqının əsil mənada xilaskarları hesab edilə bilərlər.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur