Nəbi:
Mən uğradım eşq oduna, bir belə candan ötəri,
Müjganların sinəm üstə dolaşır qandan ötəri.
Ey aqillər, əfsanədi, uymayın dünya malına,
Yanarlar eşq oduna şövkəti-şandan ötəri.
İbrahim:
Ey könül, çox havalanma, ol gülü-xardan ötəri,
Seyraqub yollara çıxar bəd nazardan ötəri.
Düşmə xam xəyallara, bir gün düşərsən zillətə,
Bəsləmə gəndini sən marı-şahmardan ötəri.
Nəbi:
Əvvəlindən mən bilirəm, dünya Nuh tufanıdı,
Quran gəldi Məhəmmədə, haqdan din islamıdı.
Bütpərəstlik sona yetdi, ol hökm Quranıdı,
Göydən endi Seyfullahı, şahı-mərdandan ötəri.
İbrahim:
Qazandığın malı-mülkün axrı fanidi, fani,
Əxrət üçün abad eylə əməlinlə dünyanı.
Əbrüşim, malı-mahut bəzəsin dörd bir yanı,
Qurban eylə şirin canı, bir düz ilqardan ötəri.
Nəbi:
Gəl biçarə şair Nəbi, tök mətahın bazara,
Özün haqsan, sözün haqdı, gəlməyəsən nazara.
Söz anlamaz, əxrət qanmaz çıxan zaman güzara,
Haqq yolunda divan qurdun əxrət-imandan ötəri.
İbrahim:
İbrahim, gəl, uyma belə bu eşqin sevdasına,
Bel bağlamaq həvəs işdi gözəllər xülyasına.
Qat səsini bu dünyada əhli-dillər səsinə,
Çox canına cəfa vermə yarı-şikardan ötəri.