Faxralı kəndində istifadə edilən dialekt sözlər:
| Abeşik | Meşəbəyi |
| Açalaq-umalaq | Tələsik |
| Ağuşqa (Aquşka) | Pəncərə |
| Ağzımurdar | Canavar |
| Ağzıpartoy | Etikadan kənar pis söz danışan adam |
| Alaçalpoy | Boz-bulanıq |
| Al diliylə | Dilə tutub söz demək |
| Andır | Ölən adamdan qalan,heç nəyə yaramayan geyim |
| Anşırmaq | Seçmək |
| Asılanmaq | Öz-özünə gileylənmək |
| Aşqal | Çox arıq |
| Ayar | Zarafatcıl |
| Basarat | Fərasət |
| Basma | Bir yaba tutumu |
| Batdax | Palçıq |
| Beddam | Bədnam |
| Bejit | Tələsik |
| Bölmə | Nəlbəki |
| Bir hovurluq | Az müddət |
| Bordax | Kökəldilən |
| Bulul (Bulun) | Ot tayası |
| Cələfsiz | Çox arıq |
| Cəm | Boşqab |
| Cımxır | Həqiqi |
| Cırtqoz | Hər şeyə cırnayan |
| Cifsir | Belə |
| Çaqqax | Tökülüb itən |
| Çalpaşıx | Qəribə |
| Çatı | Uzun kəndir |
| Çatma | Nehrə çalxamaq üçün ucu haça şəkilli üç ədəd ağac |
| Çezik | Ərköyün |
| Çəkkildək | Ev ayaqqabısı |
| Çimir almaq | Mürgüləmək |
| Çıtırıq | Çoxlu, bol |
| Çivin | Milçək |
| Daçka | Araba |
| Dalağı sancmaq | Şübhələnmək |
| Darqursax | Səbirsiz |
| Daylax | Qulun, 1 yaşında at balası |
| Dəhmərləmək | Tələsdirmək |
| Dini dirildi | Işi düzəldi |
| Dingiriş | Yüngül xasiyyət |
| Dımbılı | Balaca |
| Dıncıxmaq | Narahat olma |
| Dınqırıya süzmək | Məcməyi, sini səsinə oynamaq |
| Dızqax | Qorxaq |
| Dönəlgə | Barışığa meyl |
| Dranqalet | Köhnə, tökülüb itən |
| Dümsük | Böyürə vurulan zərbə |
| Eylik | Yaxşılıq |
| Eymənmək | Qorxmaq |
| Əcələ | Tələsik |
| Əfçi | Hər işə qarışan kişi (arvad xasiyyətli) |
| Əcər | Təsir |
| Əyriplan | Təyyarə |
| Ferşil | Tibb bacısı |
| Fəfi | Fərasətsiz |
| Fəhmələnmək | Şübhələnmək |
| Fır | Şiş |
| Firəngi | Iri bıçaq |
| Gap | Söhbət |
| Göz yağı yemək | Bir-biri ilə yola getməmək |
| Gözünün pisini tökmək | Ağlamaq |
| Havax | Nə vaxt |
| Həncəri | Necə, nə cür |
| Hörrə | Sıyıq |
| Höyüş | Nəm |
| Hoylanmaq | Yaranın iltihabı |
| Xəflənmək | Hürkmək |
| Xorramaq | Gözə götürməmək |
| Xuruşdu | Şuluq |
| Xuylanmaq | Xoflanmaq, incimək |
| İdim | Görkəm |
| İjmə | Qurğu |
| İkqavax (ilqavax) | Əvvəlcə |
| İncafara | Nə yaxşı ki |
| İsmarıc | Soraq, xəbər |
| İşgil | Dolaşıq |
| Kalça | Camış balası |
| Kıxmıx | Odun qamqalağı |
| Kora | Mismar |
| Körəməz | Köç zamanı süd və qatığın qarışığından ibarət sərinləşdirici içki |
| Qahmar çıxmaq | Tərəf saxlamaq |
| Qalet | Peçenye |
| Qaxtağan | Son dərəcə simic və xəsis insan |
| Qara bağır | Ciyər |
| Qarım | Dəyəndə yığıntı dəriləri üçün ayrılan yer |
| Qənsələr | Idarə heyətinin binası |
| Qəzyə | Pis hadisə |
| Qıfçax | Səliqəli |
| Qılan | Cod |
| Qırım | Məqsəd, niyyət |
| Qoqara | Baş |
| Qoqarazdanmq | Təkəbbürlük |
| Qosara | Qulançardan hazırlanan qida |
| Qumanda | Səliqə |
| Quloyşa | Yaltaq |
| Qurdanquş | Hər işə qarışan |
| Quyruxlu | Avgərdən |
| Laxanqa | Paltar yumaq üçün metal təknə |
| Laf | Söhbət |
| Lalıqqa | Dinməz, sakit |
| Ləlöyün | Acgöz |
| Lobbaz | Özünü dartan |
| Lüyən (lüyəndə olmaq) | Evlənmək (evlənmə vaxtı) |
| Mağmın | Fağır |
| Malmadıx | Əlindən bir şey gəlmiyən |
| Mansıra | Mühasirə |
| Masqara (ayar) | Zarafatcıl |
| Müşə | Fəhlə, günəmuzd işləyən |
| Naqolay | Yöndəmsiz |
| Nəmənədi | Nə olan şeydi, ucuzdu |
| Nıxdı tutulmaq | Danışa bilməmək |
| Nöydərəmət | Çoxbilmiş |
| Öfgə | Ağ ciyər |
| Öddək olmaq | Qorxmaq |
| Öy | Ev |
| Öy damı | Divarları daşla hörülmüş dam |
| Öynə | Yemək vaxtı |
| Patava | Çarığın iç hissəsi |
| Peydar | Durmadan |
| Peşqon | Fətir yaymaq üçün əşya |
| Pencər | Göyərti |
| Pəl vurmaq | Mane olmaq |
| Pələpötür | Yöndəmsiz |
| Pərinə dəymək | Xətrinə dəymək |
| Pompul | Tomağa |
| Pustal | Ayaqqabı |
| Püfə | Ağac oxantısı |
| Püsür | Zibil |
| Püş | Qyru peyin |
| Raqqı | Əl-üz sabunu |
| Salavey | Selbə |
| Sapılca | Mətbəx əşyası, tava |
| Sədri taxtı | Enli taxt |
| Səmə | Gəzəyən |
| Sim yerimək | Yara olan yerdən infeksiyanın bədəndə hərəkəti |
| Simsar | Hər şeydən iyrənən adam |
| Surux | Nazik, uzun ağac |
| Sümsük | Nəfsi iti olan |
| Şaad pulu | Dən üyütmək üçün ödənilən pul |
| Şamartı | Səs-küy |
| Şəltə | Qurğu |
| Şərvəti | Kasa |
| Şəvədə | Lağ |
| Şıldır | Qəzəlsiz qoz |
| Şırvanmaq | Yaltaqlanmaq |
| Şumal | Hamar |
| Tarpaşdamaq | Ağır (şiddətli) döymək |
| Tavoot | Fərq |
| Təfcinmək | Tərpənmək |
| Tənəkə | Nazik dəmir lövhə |
| Təppəcə | Hədə-qorxu |
| Tırınqı | Zümzümə |
| Tosoy | Gödək boylu |
| Törpü | Ağacın kələ-kötürünü götürmək üçün dülgər aləti |
| Tösmərək | Kök |
| Tuncu | Qart |
| Umsux | Nəfsi uzun |
| Unamaq | Güman etmək, hiss etmək |
| Usdufca | Yavaşca |
| Yanqır | Hər şeyi bilən |
| Yayma | Südlü aş |
| Yetik olmaq | Hali olmaq |
| Zağlı | Təp-təzə |
| Zıvıllıx | Qalın kol-kos |
| Zoxma | Yumruq |
Mənbə: Rəşid Faxralı, “Faxralı tək ağır elim var mənim” kitabı
və bəzi Faxrali sakinlərinin dedikləri
