İki düşmənlinin qərib eldə qarşılaşması
Təhməzqulu oğlu İman təqiblərdən baş götürüb Türkiyəyə keçmişdi, Məsim oğlu İlyas əsirlikdən qaçıb Türkiyəyə gəlmişdi. Taleyin gərdişi ucbatından hər ikisi Vətəndən iraqda yaşayırdı. Günlərin birində bu qan düşmənləri İstanbulda qarşılaşır. Belə bir təsadüfü heç birisi arzulamazdı. Məsimoğlu İlyas İmanı görəndə duruxur: “Varı varımdan çoxdu, pulu pulumdan. Özü də məndən güclüdü. Mənə istədiyi yamanlığı eləyə bilər.
Ətraflı