Budaqlının Alı. Güclü adam olub. 1937-ci ildə kənddə çevrilmiş ÇTZ markalı traktoru təkbaşına dikəldib…
Sadaxlıdan dağ kəndlərindən birinə gəlin aparırlarmış. Sarvanda toyun qabağını kəsən gürcülər mərc olaraq bir cöngə tələb edir. Bu, çox böyük nəmər idi; öz gücünə güvənən gürcü oğlan evi tərəfdən meydana çıxanın hamısını yıxır. O illərdə (1937-1938) Budaqlının Alı “paltaratonka” maşınında sürücü işləyirdi, həmin gün Sarvandaymış. Adam göndərib onu çağırtdırırlar…
Gürcü Alını tutmaq istəyəndə Alı bir qədər yana əyilir və əl atıb rəqibinin kəmərindən yapışır, onu xırxınalığa atır. Gürcülərin suru düşür…
Toyu Başkeçidə kimi aparan Alı verilən nəməri də götürmür, “Məndən təzə bəyə pay olsun!” – deyir və Faxralıya qayıdır…
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”