İlin alaçalpoy vaxtlarıydı (buna Boz ay da deyirlər). Mənci Məhərrəm də aran alafını yedızdırəndən sonra binəyə köçməliydi. O mal-qarasını el göməsin deyə gecə köçməyi qərara alır. Arvadı – Pəri (Güllər Pərisi) nə qədər üz vurursa da ərini inadından döndərə bilmir. Nə isə, barxana qavqarlır, arabalar nizamlanır, şər qarışan vaxtlarda mal-qaranı da qabaqlay1b yola düşürlər.
“Yalaxlar” hamısını yorub əldən salır. Yeddi qızın kiçiyi peydar aglaylr, kirimək bilmir. Bir yandan da mal-qara dağılışır. Mal-qaranı bırtəhər toparlayırlar. Gəlib çatırlar “Port-portun gəzdəyi”nə. Atlar, ulaxlar yorulduğundan köç dayanır. Ocaq qalayıb qızınırlar. Sinəsi söz bulağı olan Pəri nənə boş dura bilərdimi? -elə ordaca sözu sözə qonuşdurur:
Xalq gündüz gedəndə bu gedir gecə,
Görmür ha yolları göz merət qalmış.
Harava çaqqaxdı, ulax da çəkmir,
Harava-ulağı tez merət qalmış.Mal bir yana qaçdı, buzoy bir yana,
Səsimiz-küyümüz düşdü hər yana.
Bu zülmət gecədə qaldıq giryana,
Bilinmir hardadı iz merət qalmış.“Qoşa bulaq” üstə bərk yağış yağdı,
Buzoylar əmişdi, inəyi sağdı.
Elə bil bizim də kefımiz çağdı,
Kirimir bu yanda qız merət qalmış.“Port-port”a çatanda qaladıq ocaq,
Daşıdıq odunu biz qucaq-qucaq.
Aman da vermədi yağışlar ancaq,
Qızdırmır canımı köz merət qalmış.Məhərrəm getmədi isin düzünə,
Əzəldən baxmadı mənim sözümə.
Təzədən peşmandı özu-özunə,
Tutormu deməyə üz merət qalmış.Eşitsə nə deyər bəs Xanış lələm,
Çoxunu gizlədib demərəm hələm.
Dodaxdan çıxdısa eşidər aləm,
Qalaımı bir yerdə söz merət qalmış.Siz deyin neyləsin Güllərin Pəri,
Olarmı uğurdan qayıtsın geri.
Yarəb! Kim bildi ki, özümdən qeyri,
Yolsa da olmadı düz merət qalmış…
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”