Kosalar Məhəmmədlə Şair Nəbinin arasında sıxı salağatdıq varıydı. O, şairi öz saztutanı Dəllək Dünnü ilə birlikdə oğlunun toyuna dəvət eləyir. Toydan sonra iki gün də qonaq saxlayır.
Məhəmməd qonağını Faxralıya yola saldığı gün çay daşıbmış. Məhəmməd bilirdi ki, xətrini qardaş qədər əziz saxladığı şair sudan ehtiyatlanan adamdı. Minək olmadığından onu çaydan çiynində keçirməlidi.
Dəllək Dünnü fürsətləyib Məhəmmədə deyir ki, yaxşı məqamdı, şairi suya salacağınla qorxut. Boynuna qoy ki, bir söz qoşsun. Məhəmməd belə də eləyir. Şair Nəbi çar-naçar razılaşır. Çayı keçəndən sonra incik baxışlarla Dəllək Dünnünü süzür, bilir ki, bu ijmə ondan keçib. Şair Nəbi söz vermişdi, söz də deyir:
Kosalara düşdü yolum,
El tanıdı, bildi məni.
Həddən aşdı hörmətləri,
Üç gün qonaq buldu məniSunurunda axan Araz,
Boz-bulanıq, dərin, dayaz.
Keçmək istəyirdim, qərəz,
Bir dərinə saldı məni.Məhəmməd gətdi ötürə,
Bizi mənzilə yetirə.
Qıymadı könül xatıra,
Arxasına aldı məni.Gəlir suyun qalmağalı,
Çox çətindi onun halı.
Özü keçdi Dünyamalı,
Əl də çalıb güldü məni.Daşqın çaynan olmaz inad,
Nə söz qanır, nə də minnət.
Nəbim deyər, sağ-salamat,
Axır yola saldı məni.
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”