Qıcıların Musanın güzarı Sarvana düşür. Draxtına getməyi qərara alır. Sən demə, həmin vaxtlarda bu ətraflarda dəliqanlılığı ilə tanınan Dəli Əhməd də başının dəstəsi ilə draxtmdaymış. Musa içəri girəndə Dəli Əhmədin gözü ona sataşır və üstünə qışqırır:
– Eşiyə çıx, köpəyoğlu! Onsuz da yer daracaqdı, gəlib sən də bir yandan yerimizi dar eləmə!
Musa bir anlığa duruxur və düz Dəli Əhmədin qənşərinə gəlir:
– Ayə, köpəyoğlu da varsan, itoğlu da. Qanm Faxralının suyunu içənə hər qodux artıq-əskik söz deyəmməz. Belə sözün cavabı güllədi, – deyir və şinelinin altından silahını çıxardanda kimsa əlini onun çiyninə qoyur. Musa qanrılıb baxır – Təhməzqulu ağaymış..
“Dava bardaqları” dillərini “kəsir”. Təhməzqulu kişi Musanı qürrə ilə süzür və deyir:
– Bu gədələrin cavabını verməsəydin elin adını batırdığına görə səni güllələyəcəkdim. Sən ki, belə el təəsübü çəkənsən, ananın südü sənə halal olsun!..
Mənbə: Rəşid Faxralı – “Oğuz eli Faxralı”