Məhəmməd oğlu Abbasəli, Poladdı nəslindəndir. Anası saxlancıl arvad olub, ciblərındə həmişə şirniyyat saxlayarmış. Buna gorə də kənddə “Tükən” adı ilə tanınırmış. Abbasəlini bu səbbədən Tükən oğlu deyə çağırırdılar. İri cüssəli Abbasəli bir az pələpötür adam olub, dilavərliyi, hazırcavablığı ilə tanınınıb.
Abbasəlinin güzarı Sarvana düşür. Sarvanın ac ağalarından biri onu tanıyıb zarafat eləmək istəyir. Görüşəndə əlini Abbasəlinin üzünə qoyub öz əlini öpür. O biri ağalar şaqqanaq çəkib gülüşürlər. Abbasəliı bu masqaralığa, lağ-şəbədəyə məhəl qoymadan soyuqqanlılıqla:
– Ağa, – deyir. – Gərək bağışlayasan, bu gün üzümü yumamışam. Ayaqlarımı isə tər-təmiz yumuşam. Əyil ayağımdan öp, agzın dada gəlsin.
Ağalar pərtləşib uzaqlaşırlar…
* * *
Təhməzqulu kişi vacib bir sözü çatdırmaq üçün Abbasəlini quberniyaya göndərir. O, yorğun-arğın gəlib çıxır quberniyaya. Qapının ağzında rastlaşdığı adamdan qubernatorun yerini sonrşur. Abbasəlinin təhər-töhürü, sir-sifəti bu vəzifəli adamın xoşuna gəlmir. Elə bu səbəbdən də Abbasəıini “sancmaq” fikrinə düşür:
– Quberniyaya göndərməyə kəndinizdə adam yoxuydumu?
Abbasalı kefıni pozmadan deyir: – Niyə ki, var, amma adamları adam yanına yolladılar, məni də sizin yanınıza… (İbrahim xan Molla Pənah Vaqifi elçi kimi Şahsevənli Fərəculla xanın iqamətgahına göndərir. Eyni mükalimələşmə onların arasında olur. Abbasəlinin bu hadisəni eşitməsi istisna deyil).
* * *
Abbasəli kişi çəpərinə dolaşan uzunqulaqlan aparıb dama salır. Heyvanların yiyələri gələndə əlinə bir arşın alıb uzunqulaqların qulağını ölçməyə başlayır. Hamı maraqla bu ayar kişinin əlinə kbaxsa da, onun məqsədini anlaya bilmir. Biri maraqla soruşur:
– Abbasəli dayı, neyləyirsən?
Abbasəli kişi səbrini pozmadan dillənir:
– Heç zad, a bala. Bu qanmazların qulaqlarını ölçürəm ki, hərəsindən qulağının uzunluğuna görə cərimə alım…
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı