Yahaların Oruc kişi dünyasını dəyişəndə atı yüyən gəmirir, ayaqlarını yerə döyəcləyir. Mərhum dəfn olunandan sonra atı otlağa ötürürlər və at o gedən olur, tapılmır ki, tapılmır.
Kəndin qəbristanlığının yanından keçən bir nəfər Oruc kişinin atını; qəbristanlıqda görür və Yahalara xəbər göndərir. Orucun oğlu qəbristanlığa gəlir və gördüyündən heyrətlənir: at Oruc kişinin məzarı üstündə göz yaşı tökürdü…
Vəfalı at mərhumun “yeddi”sinğə də, “qırx”ında da itirdiyi sahibinin məzarını ziyarətə gəlir, məzarın hələ qurumayan torpağını göz yaşı ilə nəmləndirir.
Və… Oruc kişinin “qırxı” çıxan günün səhəri günü at ölür…
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”