Təhməzqulu ağanın qardaşı oğlu Bayramalı (Mırıx Bayramalı deyirlərmiş) ölür. Hər kəndin Allah adamı da olur, ara vuranı, qəlbinə şeytan girəni də. Qaraürəkli bir naqqal “yerini isti eləmək” məqsədi ilə Zuraboğiu Mustafanın yanına gəlir. Xoş-beşdən sonra deyir ki, bəs, gözün aydın, düşmənin öldü.

– Kim öldü? – Mustafa kişi maraqla soruşur.

– Düşmənin, Mırıx Bayramalı öldü.

Zuraboğlu Mustafa əl ağacını götürüb düşür xəbər gətirib muştuluq uman adamın üstünə:

– Ayə, qurumsax haramzada! Bayramalı mənim düşmənim də olsa elin qeyrətli oğlu idi. Belə xəbərə sevinən adam dədəsindən beyxavar adam olar. Dur qapımdan itil, beynamus! – deyərək onu qovur.

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur